Özbəkistan Bakı-Tbilisi-Qars vasitəsilə yük daşınmasını artıracaq
Tarix: 20.09.2018 | Saat: 18:20:00 | E-mail | Çapa göndər


"Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistanın paytaxtı Daşkənd şəhərində Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olan dövlətlərin dəmir yolu administrasiya rəhbərlərinin ilk görüşündə ölkəmizi müşahidəçi qismində təmsil edib. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, görüşdə qurumun sədri Cavid Qurbanov son illər nəqliyyat sisteminin, xüsusilə də dəmir yolunun inkişafı sayəsində Azərbaycanın iri tranzit və logistik mərkəzə çevrilməkdə olduğunu, beynəlxalq və regional nəqliyyat layihələrinin reallaşması prosesində, ölkənin tranzit potensialının artırılması istiqamətində uğurlu addımlar atıldığını, mövcud dəmir yolu infrastrukturunun modernləşdirildiyini deyib. Qeyd edib ki, Bakı-Tbilisi-Qars, Şimal-Cənub, Cənub-Qərb nəqliyyat dəhlizlərinin, eləcə də Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun fəaliyyətinin gücləndirilməsi iştirakçı ölkələrin tranzit potensialının artırılmasına istiqamətlənib. Həmin nəqliyyat dəhlizlərinin fəal iştirakçıları məhz Şanxay Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrdir. Azərbaycanın nəqliyyat sisteminin ŞƏT-ə üzv olan dövlətlər ilə əməkdaşlıq şəraitində beynəlxalq nəqliyyat sisteminə inteqrasiyası gücləndirilib. Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətindən danışan Cavid Qurbanov diqqətə çatdırıb ki, bu marşrut Asiyanı Avropa ilə birləşdirir. İstismara verildiyi 10 ay ərzində bu marşrutla 3000-ə yaxın konteyner və digər təmayüllü vaqonlarda yük daşınıb. Qeyd olunub ki, Özbəkistan Bakı-Tbilisi-Qars dəmir yolundan fəal istifadədə və öz xarici ticarət yüklərinin daşınma həcminin artırılmasında maraqlıdır. İclasın sonunda müvafiq protokol imzalanıb.

Anar




 
Bölməyə aid digər xəbərlər
15.07.2019
Aqrar sahə üzrə KOB-lara öz təsərrüfatlarında təlimlər keçirilir
15.07.2019
Bakı-Şamaxı yolunda yenidənqurma işləri gələn il yekunlaşacaq
15.07.2019
İlk 5 ayda təzə meyvə ixracı 36,8 faiz artıb
15.07.2019
BMT-nin İnkişaf Proqramı ilə əməkdaşlıq imkanları müzakirə edilib
15.07.2019
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” açıq müsabiqə elan edir

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10827

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
3 Rufiz Qonaqov: “Avropa İttifaqı üçün Azərbaycan vacib strateji tərəfdaşdır”
4 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır
5 Израильские ученые совершили революционный прорыв в борьбе с диабетом


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info