“Qaregin Njdenin Hitlerin nasist ideologiyasının tərəfdarı olması ilə bağlı danılmaz sübutlar var”
Tarix: 20.09.2018 | Saat: 20:20:00 | E-mail | Çapa göndər


Erməni faşist cəlladı Qaregin Njde haqda yeni faktlar üzə çıxıb. Ötən gün rusiyalı tarixçi, qafqazşünas, hüquqşünas Oleq Kuznetsov keçirdiyi mətbuat konfransında bu haqda geniş məlumat verib.
O deyib ki, bu gün Ermənistanda qəhrəman kimi təqdim olunan Qareqin Njdenin Hitlerin nasist ideologiyasının tərəfdarı olması ilə bağlı danılmaz sübutlar var. Oleq Kuznetsov DTX arxivlərində Njdenin həyat və fəaliyyəti haqqında məxfi sənədlər tapıb. Tarixçinin sözlərinə görə, sənədlər arasında bir fakt onun diqqətini çəkib. Bu sənəddə Njdenin sitatları yer almışdı: “Nəhayət, hərəkət etməyi Hitlerdən öyrənmək lazımdır”.
Onun sözlərinə görə, Njdenin böyüyən nəslə Hitlerdən öyrənməklə bağlı çağırışı o zaman üçün məlahətli səslənirdi: “Başqa sözlə desək, Njde Hitlerin yəhudilərin başına gətirdiklərini misal gətirərək, ermənilərin türklərə və ümumilikdə, müsəlmanlara qarşı eyni hərəkət etməsi ilə bağlı çağırış edib. Qısası, bu, onun üçün yeni deyildi, o, dörd müharibədə bu praktikadan uğurla istifadə etmişdi”.
Ekspertin fikrincə, Zaqafqaziya Sosialist Federativ Sovet Respublikasının Daxili işlər xalq komissarlığının Dövlət təhlükəsizliyi idarəsinin 1935-ci il aprelin 7-nə aid olan 138 saylı sənədindən görünür ki, Njdenin formullarında erməni milliyyətçiliyi birmənalı formada Zaqafqaziya təhlükəsizlik orqanlarında faşizm kimi şərh olunurdu.
O, Njdeyə abidə qoyulmasına Rusiyanın münasibəti haqda da fikir bildirib: “Rusiyada rəsmi səviyyədə Njdeyə abidə qoyulmasına münasibət belə oldu ki, bütün bunlar, sadəcə, Ermənistanın daxili işidir. Hətta kremlyönümlü mediaya bu mövzu ilə bağlı hər hansı bir tənqidi material yazmaq belə qadağan edildi”.
Onun sözlərinə görə, postsovet məkanında, xüsusilə Baltikyanı dövlətlərdə və Ukraynada nasizm və faşizmin bütün hallarını pisləyən Rusiyanın siyasi elitası, Ermənistanda baş verən bu hala heç bir reaksiya vermədi. “Sadəcə, bununla özünün Cənubi Qafqazdakı yaxın müttəfiqi hesab etdiyi Ermənistanı “küsdürmək” istəmədi”, - deyə qonaq bildirib.
Mətbuat konfransında rusiyalı tədqiqatçı alim, Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin arxivlərində apardığı sistemli elmi tədqiqatın nəticələrini də ortaya qoyub. Əldə olunanlar ortaya xeyli sensasiya doğuracaq faktların çıxmasına səbəb olub. Rusiyalı tədqiqatçının sovetlərin xüsusi xidmət orqanlarının arxivlərindən əldə etdiyi qiymətli materiallar faşistlərlə əməkdaşlıq edən erməni təşkilatları barədə dolğun məlumat verir. Sovet təhlükəsizlik xidmətinin arxivləri ermənilərin iç üzünü bir daha üzə çıxarmağa imkan verir. “Bugünkü Ermənistanın əsaslandığı ideologiyanın faşist ideyalarına əsaslandığı aydın görünür. Sənədlərdən məlum olur ki, təhlükəsizlik xidməti əməkdaşları erməni millətçilik nəzəriyyəsinin otuzuncu illərdə nasist xarakteri daşıdığını üzə çıxarıb. Zaqafqaziya Sovet Federativ Sosialist Federasiyasının Daxili İşlər Komissarlığının tədqiq edilən sənədlərindən o da bəlli olur ki, erməni millətçiliyinin ideoloqları, “Daşnaksutyun” partiyası və şəxsən Njde, faşizmə yaxın olduqlarını bəyan etməyənə qədər, sovet xüsusi xidmət orqanları onlara qarşı loyal, hətta müsbət yanaşıblar. Lakin elə ki, onlar erməni millətinin ari irqinə və alman nasional-sosializminə yaxın olduqlarını bəyan etməyə başladılar – bundan sonra onların partiyadaşlarına qarşı ciddi tədbirlər start götürdü. Lakin elə ki, onlar özlərini Hitlerin bəşəriyyətə nifrət ruhunda tərbiyə verən ideyalarının davamçıları olduqlarını bildirdilər - bundan sonra onlara qarşı repressiyalar start götürdü. Məhz Qaregin Njde və onun çeqakron nəzəriyyəsi (“Tseğakron”(millətçi, xristian və bütpərəst mistizminin irqçi birləşməsi-müəl.) çekistlərini SSRİ-də yaşayan ermənilərə münasibətini dəyişib”.
Kuznetsov əalvə edib ki, onun əsl soyadı Njde deyil, Njdeydir. Soyadının tam tərcüməsi isə "mənfəət axtarışında vətənini tərk edən bir adam", müasir şəkildə - isə’ “qastarbeiter”(iş məqsədilə ölkəni tərk edən adam).
O xatırladıb ki, Nijde faşist Almaniyası ilə əməkdaşlıq çərçivəsində uzun müddət Sovet İttifaqına qarşı mübarizə aparıb və Balkanlarda, Qafqazda, Azərbaycan və Şimali İranda müsəlman inanclı insanların ölümündə günahkar olub.


DTX erməni daşnak qüvvələrinin terror əməllərini sübut edən arxiv materiallarını yayıb


Yeri gəlmişkən, Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) erməni daşnak qüvvələrinin terror əməllərini sübut edən arxiv sənədlərini yayıb. Dövlət Təhlükəsizliyi Xidməti arxivlərində saxlanılan sənədli materialların bir qisminin üzərindən məxfiliyi götürüb.
1813-cü ildə Gülüstan, 1828-ci ildə isə Türkmənçay müqavilələrinin imzalanması ilə Azərbaycanın tarixi və əzəli torpaqlarının bölünməsi başa çatmadı, əksinə, ərazilərimizin zorla qoparılması prosesi düşmən qüvvələrin himayəsi, təhriki və bilavasitə iştirakı ilə ardıcıl xarakter aldı və davam etdi. Bir çox qonşu ölkələrdə yaşayan ermənilərin məqsədli şəkildə Azərbaycan torpaqlarına köçürülməsinə başlandı və azərbaycanlıların dədə-baba yurdlarında “erməni vilayəti” adlandırılan qondarma inzibati ərazi bölgüsü yaradıldı. Daha sonra isə “böyük Ermənistan” xülyası təbliğ olunmağa başlanıldı və bu məqsədlə kökündə vəhşət və terrorun dayandığı müxtəlif erməni təşkilatları meydana çıxdı. Bununla da erməni-daşnak qüvvələrinin Azərbaycan xalqının məhv edilməsi və onun torpaqlarının qəsb olunması istiqamətində daha məkrli və məqsədyönlü siyasətinin bünövrəsi qoyuldu.
Müasir Ermənistanda terrorçuluq və faşizm ideologiyası dövlət siyasətinin ayrılmaz tərkib hissəsinə çevrilib. Bu ideologiya bünövrədən qonşu dövlətlərə əsassız ərazi iddialarının, azərbaycanlılara, türklərə və digər xalqlara qarşı etnik təmizləmə siyasətinin başlıca xəttini təşkil edir. Erməni terrorçu-daşnak qüvvələri hər zaman öz məkrli hədəflərinə çatmaq üçün ən çirkin üsullardan istifadə edib, hətta tarixi Azərbaycan torpaqlarında onların köçürülməsinə rəvac vermiş, himayə etmiş çar və sovet Rusiyasına qarsı çıxmaqdan belə çəkinməyiblər. İkinci Dünya müharibəsində faşistlərin silahlı birləşmələrinin tərkibində erməni cəlladlarının törətdikləri vəhşiliklər barədə tutarlı sübutlar incələndikcə bu dəhşətlərin nəticələri vahimə yaradır. Bu gün Ermənistanda hansı siyasi qüvvənin hakimiyyətə gəlməsindən asılı olmayaraq, şovinizm, ekstremizm, hərbi təcavüz, qəsbkarlıq hər zaman ən ifrat formada təbliğ və təşviq olunur, gənc nəsil qonşu xalqlara nifrət və dözümsüzlük ruhunda tərbiyə edilir, insanlığa qarşı cinayətlər törətmiş ermənilərin "qəhrəman" obrazının aşılanması, onlara abidə qoymaqla faşizm “vətənpərvərlik” əmsalı kimi ictimai şüura təlqin edilir.
Dövlət Təhlükəsizliyi Xidmətinin arxivlərində saxlanılan sənədli materialların araşdırılması zamanı erməni terrorçu-daşnak qüvvələrinin, o cümlədən terrorizm ideologiyasının daşıyıcısı olan “Dasnaksutyun” partiyasının, habelə İkinci Dünya müharibəsi illərində bəşəriyyətə qarşı cinayətlərdə xüsusi amansızlıqla fərqlənmiş erməni milliyyətindən olan şəxslərin qəddar əməlləri çoxsaylı faktlarla təsdiqini tapıb.
Bu arxivlərdəki sənədli materialların mütərəqqi dünyanın terrordan və faşizmin fəsadlarından qorunması baxımından elmi-tarixi əhəmiyyətini, Ermənistanın Azərbaycana qarsı yeritdiyi qəsbkarlıq və hərbi təcavüz siyasətinin nəticələrinin beynəlxalq ictimaiyyətə çatdırılmasının xüsusi aktuallıq kəsb etdiyini və bu siyasətin ifşa olunmasında ilkin sənədli mənbələrə istinadın zəruriliyini nəzərə alaraq, Dövlət Təhlükəsizliyi Xidməti arxivlərində saxlanılan sənədli materialların bir qisminin üzərindən məxfiliyin götürülməsi və onların geniş ictimaiyyətə açıqlanmasını məqsədəmüvafiq hesab edib. Həmin materialların DTX-nın rəsmi internet səhifəsində yerləşdirilməsinə qərar verilib.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
19.10.2018
ABŞ mətbuatı Ermənistanın işğalçılıq siyasətini ifşa edib
17.10.2018
“Ermənistanın dayanıqlı inkişafa nail olması mümkün deyil”
16.10.2018
“Ermənistan sülhə könüllü olaraq getmək istəmirsə, buna məcbur edilməlidir”
15.10.2018
“Ermənistan uğursuz şəkildə beynəlxalq ictimaiyyəti aldatmaq səylərini dayandırmalıdır”
12.10.2018
Pakistan Prezidenti: “Azərbaycan torpaqlarını işğal etdiyi üçün Pakistan Ermənistanı dövlət kimi tanımır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10286

1 Azərbaycanlı gənclər İtaliyada şirkət açıblar
2 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
3 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
4 Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”
5 Türkiyə mediası: “Star”Avropanın ən müasir müəssisəsi olacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info