Müxalifət yenə ianə yalvarışlarına başladı
Tarix: 20.09.2018 | Saat: 20:57:00 | E-mail | Çapa göndər


2018-ci il, əvvəlki illərdə olduğu kimi, müxalif qüvvələr üçün yenə uğursuz il oldu. Artıq il sona yaxınlaşsa da, müxalif qüvvələrin fəaliyyətində heç bir gözəçarpan uğurlu fəaliyyət görünmür. İlin əvvəlində xaricdə yaşayan bir qrup mühacirin formalaşdırdığı siyasi birliklər, TV-lər, saytlar sabun köpüyü kimi partlayıb məhv oldu. Seçki ili olduğu üçün xaricdəki ağalarının təkidi və maliyyə yardımları ilə aktivləşən bu qüvvələr sonradan daha çox çətinliklər, maliyyə sıxıntıları yaşamağa başladılar. Bu səbəbdən də müxalif qüvvələr arasında meydan savaşı gücləndi. Bu sıxıntıların fonunda “Meydan” TV-nin də ianələrlə bağlı dəfələrlə gündəmə gəlməsi adi hal almışdı. Son iki ayda isə bu mövzu gündəmə gətirilmirdi. Amma üç gün əvvəl “Meydan” TV-nin rəhbəri Emin Milli idarə etdiyi media qurumu ilə bağlı çıxışında yenidən yalvarışlarını ortaya qoyaraq, ianələrə ehtiyacın yarandığını dilə gətirib. O, sosial şəbəkələrdə paylaşdığı videogörüntüdəki çıxışında, guya, yardımların yalnız “Meydan” TV-nin inkişafı üçün xərclənəcəyini bildirib: “5 il əvvəl fəaliyyətə başladıq və anonimliyi qoruyub saxlamışıq. Kim bizə maliyyə dəstəyi göstəribsə, onların adlarını gizli saxlamışıq. Bizə yardım edənlərdən kiminsə sonradan problemi olubsa, bunu aşkar deyə bilər. Bizim saytda kimsə köşə yazıbsa, ola bilər ki, sonradan o problem yaşasın. Bu haqda da həmin adamlara əvvəldən xəbərdarlıq etmişik. Amma ianələrlə bağlı problem yaşaya bilməzlər”.
Guya, bu illərdə inkişaf edib daha çox auditoriyanı əhatə etdiklərini deyən Emin Milli fikrini onunla davam etdirib ki, onlara indi daha çox maddi yardım edilməlidir, buna daha çox ehtiyac yaranıb. 20 nəfərin çalışdığı bir media qurumu yaratdıqlarını deyən Emin Milli bu heyətin hansı maliyyə hesabına saxlanıldığını da izah etməyib. O fikirlərinə belə davam edib: “Biz çalışırıq insanları inandıraq ki, on min azərbaycanlı aylıq on dollardan olmaqla ianə verməyə başlasa, bu heç də onlar üçün böyük pul sayılmayacaq”.
“Meydan” TV-nin Azərbaycan cəmiyyətindən yardım dilənməsinin (bəli, bu addımın məhz dilənçilikdən başqa, adı yoxdur) əsas səbəblərindən biri odur ki, onlara edilən xarici yardımların həcmi azalıb. Adətən, belə TV layihələrə seçki ərəfəsində yardımlar edirlər ki, birdən “qələbə qazanarlar”. İndiki halda isə son seçkilərdə müxalifət növbəti dəfə ciddi məğlubiyyətə uğradı və hesab edirik ki, uzun müddət özünə gələ bilməyəcək. Odur ki, yaxın müddətdə hansısa xarici qüvvənin onlara ciddi yardım göstərməsi ehtimalı yoxdur. Beləliklə, ümidləri qalıb Azərbaycan cəmiyyətinə... Etiraf edək ki, cəmiyyətdə də xaricdə oturub öz ölkəsinin əleyhinə təbliğat aparanlara münasibət xoş deyil.
Maraqlıdır, gecə-gündür öz Vətənlərini tənqid, eləcə də təhqir atəşinə tutan bu adamlar, guya, Azərbaycanda bəzi sahələrdə şəffaflığın olmadığını iddia edə-edə, özləri fəaliyyətlərində şəffaflığı təmin etmirlər. Hətta yalandan belə vədlər də verirlər ki, guya, gələcəkdə onlar yardım aldıqları mənbələrin, şəxslərin adlarını aşkar şəkildə açıqlayacaqlar. İndi isə bu informasiyanı qorumağa məcburdurlar. Necə deyərlər, xalq daha bir nağılın Emin Millinin dilindən səslənməsinin şahidi oldu...
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
11.12.2018
Xaricdəki soydaşlarımız anım tədbirləri keçiriblər
11.12.2018
Müxalifət Ermənistandakı saxta seçkiləri niyə təqdir edir?
11.12.2018
General Körtis Skaparotti: NATO Azərbaycanın ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini dəstəkləyir
11.12.2018
Sovet televiziyasının əfsanəvi rejissoru dahi lider haqqında
11.12.2018
XİN: Danimarkanın “Novo Nordisk” şirkəti Dağlıq Qarabağ ərazisində heç bir iqtisadi fəaliyyətlə məşğul deyil

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10523

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
3 Türkiyədə yeni Azərbaycan diaspor təşkilatı qeydiyyatdan keçib
4 “Özümü qərib ölkədə hiss etmədim”
5 Çin şirkəti Gəncədə 5 metallurgiya zavodu tikəcək


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info