Azərbaycanda həndbolun inkişafına kömək göstərməyə hazırıq
Tarix: 21.09.2018 | Saat: 10:31:00 | E-mail | Çapa göndər



Ölkənizdə yaxşı oyunçuları görməkdən çox şadam. Bu həndbolçuların Avropa və dünya səviyyəli yarışlarda iştirak etmək potensialları var.

Bunu AZƏRTAC-a məxsusi müsahibəsində Dünya Həndbol Federasiyasının prezidenti Həsən Mustafa deyib.
Həsən Mustafa qeyd edib ki, onlara çox yaxşı məşqlərlə yanaşı, məşqçilər və güclü komandalarla oyun təcrübəsi lazımdır. Buna görə də yaxın ölkələrlə əlaqələr qurulmalıdır: “Biz Azərbaycan Həndbol Federasiyası ilə görüşlər keçirdik. İstəyimiz Azərbaycan həndboluna dəstək verməkdir. Çünki Azərbaycan o ölkələrdəndir ki, çoxsaylı idman yarışları və tədbirlər keçirir. Ölkə başçısının idmana yüksək diqqət və qayğısından da xəbərimiz var”.
“Yerli federasiya ilə birlikdə Azərbaycan həndbolunu inkişaf etdirə bilərik. Mən buradakı oyunçuların, məşqçilərin, hakimlərin səviyyəsini görməkdən çox şadam. Axırıncı il demək olar ki, həndbolun böyük inkişafı və təbliği ili olmuşdur. Bu o deməkdir ki federasiya bu idmanı Azərbaycanda inkişaf və təbliğ etmək üçün böyük işlər görür. Mən buna görə, federasiya üzvlərinə təşəkkür etmək istəyirəm. Həndbolun məktəblərdə keçirilməsi çox vacibdir. Dünya Həndbol Federasiyasında bu məsələ ilə bağlı mühüm layihə var. Biz beynəlxalq federasiya olaraq sizə kömək göstərməyə hazırıq”, - deyə Dünya Həndbol Federasiyasının prezidenti bildirib.
Qeyd edək ki, Azərbaycan Həndbol Federasiyasının qonağı olan Dünya Həndbol Federasiyasının prezidenti Həsən Mustafa sentyabrın 20-də Bakıda “Azərsu” və “Azəryol” arasındakı dostluq oyununu izləyib.




 
Bölməyə aid digər xəbərlər
09.12.2018
Futbol üzrə Azərbaycan Premyer Liqasının 14-cü turuna yekun vurulub
09.12.2018
İspaniya La Liqası: Kataloniya derbisində dörd qol vurulub
09.12.2018
“Mançester Siti”nin məğlubiyyətsizlik seriyasına son qoyulub
08.12.2018
Türkiyə Superliqası: “Qalatasaray” komandası öz meydanında xal itirib
08.12.2018
Qurbanov istefa verdi

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10522

1 Emil Rasimoğludan yeni şeir
2 “Sondakika.com”: “Türkiyənin ən böyük xarici investoru olan SOCAR yeni layihə həyata keçirir”
3 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
4 “Özümü qərib ölkədə hiss etmədim”
5 Çin şirkəti Gəncədə 5 metallurgiya zavodu tikəcək


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info