Sevinc Fətəliyeva: Paşinyan siyasi klounluqla məşğuldur
Tarix: 21.09.2018 | Saat: 10:35:00 | E-mail | Çapa göndər



Təəssüf ki, Ermənistanın yeni hakimiyyəti Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün çalışmaq əvəzinə, Azərbaycana qarşı əsassız fikirlər səsləndirməklə məşğuldur. Nikol Paşinyanın populist çıxışlarının əsas məqsədi diqqəti Ermənistanda baş verən ağır sosial-iqtisadi vəziyyətdən yayındırmaqdır. Məhz buna görə də siyasətdən uzaq Ermənistan rəhbərliyi bu cür sensasiyalı bəyanatlarla çıxış edərək siyasi klounluqla məşğuldur.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyasının beynəlxalq münasibətlər şöbəsinin müdiri, Milli Məclisin deputatı Sevinc Fətəliyeva bildirib. O qeyd edib ki, Paşinyan nəinki özündən əvvəlkilərin səhvlərini təkrarlayır, hətta daha da kobud səhvlərə yol verərək Azərbaycanın daxili işlərinə qarışır. Beynəlxalq ictimaiyyət, xüsusilə Minsk qrupu ölkələrinin rəhbərləri Paşinyanı təxribatçı əməllərdən çəkinməyə çağırmalıdır. Ermənistanın yeni rəhbərliyi qeyri-etik davranış nümayiş etdirərək həddini aşır və ölkəmizin daxili işlərinə qarışmağa cəhd edir. Bu gün Azərbaycanın beynəlxalq arenada qazandığı uğurlar, gündən-günə artan nüfuzu problemlər məngənəsində boğulan düşməni qıcıqlandırır və məntiqsiz açıqlamalar səsləndirməyə vadar edir. Prezident İlham Əliyevin onlara ünvanladığı tutarlı cavab işğalçı ölkənin rəhbərliyini ayıltmalı, nəyin nə olduğunu dərk etməlidirlər. Əks təqdirdə, vəziyyət daha da gərginləşərək ağır nəticələrə səbəb olacaq və bunun məsuliyyəti bütünlüklə Ermənistan rəhbərliyinin üzərinə düşəcək.




 
Bölməyə aid digər xəbərlər
15.07.2019
“Bir gün səbir kasası daşacaq”
14.07.2019
Azərbaycanın müasir tarixi ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır
14.07.2019
Azərbaycanda təhsilin hazırkı səviyyəyə çatmasında Heydər Əliyevin müstəsna xidmətləri olub
14.07.2019
Azərbaycanda əldə edilən hər bir uğur ulu öndər Heydər Əliyev zəkasının təcəssümüdür
13.07.2019
Ulu öndər Heydər Əliyev siyasəti Azərbaycanın idman uğurlarının təməlini təşkil edir

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10827

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
3 Rufiz Qonaqov: “Avropa İttifaqı üçün Azərbaycan vacib strateji tərəfdaşdır”
4 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır
5 Израильские ученые совершили революционный прорыв в борьбе с диабетом


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info