Naxçıvanda maliyyə və mühasibatlıq işçilərinin iştirakı ilə təkmilləşdirici təlimlər keçirilir
Tarix: 21.09.2018 | Saat: 10:45:00 | E-mail | Çapa göndər



Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində büdcə təşkilatlarında çalışan maliyyə və mühasibatlıq işçilərinin iştirakı ilə “Büdcə təşkilatlarında praktik mühasibatlıq” mövzusunda təşkil olunan təlimlər davam edir.

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, təlimlərə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun, Dövlət Miqrasiya Xidmətinin, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Təhlükəsizliyi və Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət idarələrinin, Mülki Müdafiə Alayının, ümumilikdə, 17 nəfər maliyyə və mühasibatlıq əməkdaşı cəlb olunub.
Kurs gündəliyə uyğun olaraq muxtar respublikanın Maliyyə və Vergilər nazirliklərinin ekspertlərinin təqdimatları üzrə davam etdirilir. Təlimlərdə müəssisələrdə Milli Mühasibat Uçotu Standartlarına əsasən hüquq-mühafizə orqanlarında maliyyə-mühasibat işinin aparılması, xəzinə əməliyyatlarının təşkili və uçot, vergi uçotunun təşkili, hərbi hissələrdə və hüquq-mühafizə orqanlarında maliyyə hesabatlarının hazırlanması ilə bağlı mövzular üzrə məlumatlar əhatəli şəkildə iştirakçıların diqqətinə çatdırılır.
Təlimlərdə praktik məsələ və testlərin həllinə yer ayrılır. Təlimçilər ekspertlər tərəfindən müşahidə edilir ki, bu da, öz növbəsində, təlimin keyfiyyətinin artırılmasına müsbət təsir göstərir. Bundan əlavə, iştirakçılara tədris prosesində və günlük işlərində faydalı ola biləcək təlim materialları təqdim olunur. Burada tədris edilən slayd materialları, müvafiq sahə üzrə normativ-hüquqi aktlar, sənəd formaları, təlimatlar, qaydalar və misallar öz əksini tapır. Təlimlər praktik iş, suallara cavab, testlərin işlənməsi və sorğu-anketlərin doldurulması ilə zənginləşdirilir.
Qeyd edək ki, təlimin yekununda tədris olunan mövzu ilə bağlı qiymətləndirmə mərhələsindən sonra iştirakçılara Maliyyə Tədris Mərkəzinin sertifikatları təqdim ediləcək.




 
Bölməyə aid digər xəbərlər
13.12.2018
Bakı Baş Gömrük İdarəsində könüllü qanvermə aksiyası keçirilib
13.12.2018
“Sağlam məktəbli” layihəsi davam edir
13.12.2018
Nazir Biləsuvar rayonunda vətəndaşlarla görüşəcək
12.12.2018
Atatürk parkında təmir-yenidənqurma işləri aparılır
12.12.2018
Qaradağ rayonunda Ulu Öndəri anma mərasimi keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10526

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
3 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
4 Fransa XİN rəhbəri Trampı ölkənin daxili işlərinə qarışmamağa çağırıb
5 OPEK-ə üzv ölkələr neft hasilatını azaltmaq barədə razılığa gəliblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info