Azərbaycanda “bir pəncərə” sistemi kifayət qədər rəğbət və populyarlıq qazanıb
Tarix: 21.09.2018 | Saat: 10:50:00 | E-mail | Çapa göndər



Sentyabrın 21-də Bakıda Dövlət İmtahan Mərkəzinin (DİM) təşkilatçılığı ilə “Vahid pəncərə sistemi əsasında vətəndaşlara əlçatan, şəffaf və səmərəli dövlət xidmətlərinin göstərilməsi” mövzusunda seminar işə başlayıb.

AZƏRTAC xəbər verir ki, Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” Proqramının “Demokratiya, yaxşı idarəçilik və sabitlik” Platformasının Dövlət İdarəçiliyi İslahatları Paneli çərçivəsində təşkil olunan tədbirdə vətəndaşlara dövlət xidmətlərinin göstərilməsi ilə əlaqədar funksiyaları yerinə yetirən müxtəlif dövlət orqanlarının struktur bölmələri, eləcə də tərəfdaş ölkələrin bu sahədə fəaliyyət göstərən qurumlarının nümayəndələri iştirak edirlər.
Tədbirin keçirilməsinin məqsədi “Şərq Tərəfdaşlığı” Proqramına üzv ölkələrin nümayəndələrinə Azərbaycanda dövlət xidmətlərinin göstərilməsində tətbiq edilən yeniliklər, vətəndaşların dövlət qurumlarına inamının artırılması və “bir pəncərə” prinsipi əsasında dövlət qurumları tərəfindən göstərilən xidmətlər barədə ölkəmizin təcrübəsini paylaşmaqdır. Həmçinin “Şərq Tərəfdaşlığı” Proqramına üzv ölkələrin müvafiq sahədə təcrübəsi barədə yerli iştirakçıları məlumatlandırmaqdır.
Tədbirdə DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Şərq Tərəfdaşlığı” Proqramı çərçivəsində ortaq tarixi keçmişə malik olan dövlətlərin əməkdaşlığını davam etdirməsinə dəstək verən bu cür səmərəli alətin yaradılmasına və bugünkü tədbirin təşkilinə görə Avropa İttifaqına minnətdarlığını bildirib. Diqqətə çatdırılıb ki, son dövrlərdə “bir pəncərə” sistemi Azərbaycanda kifayət qədər rəğbət və populyarlıq qazanıb. Belə tədbirlər bizə digər ölkələr ilə mövcud sistemlərimizi müqayisə etməyə, onların mənfi və müsbət tərəflərini araşdıraraq gələcək inkişaf perspektivlərini müəyyənləşdirməyə imkan verir.
Avropa İttifaqının Bakı nümayəndəliyinin təmsilçisi Aleksandra Nerisanu müvafiq platformanın Azərbaycanda qurumların fəaliyyətinin təkmilləşdirilməsinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib. Vurğulanıb ki, qarşılıqlı təcrübə mübadiləsi nəticəsində bəzi xidmətlərin təşkilində “bir pəncərə” prinsipinin elementlərindən istifadə etməklə vətəndaşlara göstərilən xidmətlərin keyfiyyəti yüksələ bilər.
Seminar “bir pəncərə” prinsipini tətbiq edən qurumların nümayəndələrinin çıxışları ilə davam edib.




 
Bölməyə aid digər xəbərlər
08.12.2018
Polşanın Varşava Universitetində Azərbaycanşünaslıq Mərkəzi fəaliyyətə başlayıb
07.12.2018
Bilik Fondu tələbələr arasında Cümhuriyyət tarixinə həsr olunan yarış keçirib
07.12.2018
Cümhuriyyət Parlamentinin yaradılması dövlətçilik tariximizin parlaq səhifəsidir
07.12.2018
Bu il Tarix İnstitutunda 37 adda yeni kitab çap olunub
07.12.2018
Məktəbəhazırlıq müəllimləri imtahan verəcəklər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10522

1 Türk Universiteti üçün Naxçıvanın seçilməsi əhəmiyyətli ola bilər
2 Emil Rasimoğludan yeni şeir
3 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
4 Bakıda müəllimlərin beynəlxalq seminarı keçirilib
5 “Sondakika.com”: “Türkiyənin ən böyük xarici investoru olan SOCAR yeni layihə həyata keçirir”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info