Qahirənin cənubunda 4 min yaşı olan məqbərələr aşkar edilib
Tarix: 21.09.2018 | Saat: 12:10:00 | E-mail | Çapa göndər


Alabama ştatı universitetindən olan bir qrup alim Misirin Qədim Abidələr Nazirliyi ilə birgə Misirdə aparılan tədqiqat işləri çərçivəsində Qahirənin cənubundakı Lişt kəndinin ərazisində yaşı təxminən 4000 il olan qədim qəbiristanlıq aşkar ediblər.
AZƏRTAC xəbər verir ki, alimlərin fikrincə, qəbiristanlıqdakı məzarlar təxminən eramızdan əvvəl 1785-ci ildə başa çatmış Orta çarlıq dövrünə aiddir. Bu yer həm də 12-ci sülaləyə mənsub olan bir neçə fironun piramida şəkilli kompleksləri ilə məşhurdur. Bu, öz ölçülərinə görə Misirdə ən böyük qəbiristanlıqlardan biridir. Lakin Lişt kəndindəki ehram kompleksləri turistlər üçün, məsələn, Qizedəki məşhur ehramlar kimi cəlbedici deyil, çünki onlar qismən dağıdılmış vəziyyətdədir.
Hazırda alimlər qədim məzar daşlarında qalmış heroqliflərin şifrini açmağa çalışırlar. Onlar öz tədqiqatlarını sənədləşdirib və qədim qəbiristanlığın 3D-xəritəsini tərtib ediblər.
Ehramlar kompleksinin başçısı Adel Okaşinin fikrincə, alimlərin bu ərazidə daha nə isə tapması ehtimalı azdır, çünki qəbirlərin əksəriyyəti hələ qədim zamanlarda qarət edilib.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
10.12.2018
Elmi dərəcə və adların verilməsi qaydaları təkmilləşdirilir
10.12.2018
Azərbaycan və Türkiyə iş adamlarının biznes forumu keçiriləcək
10.12.2018
Ermənistan atəşkəs rejimini 27 dəfə pozub
09.12.2018
Ümummilli lider Heydər Əliyevin xatirəsi Səudiyyə Ərəbistanında anılıb
08.12.2018
Ermənistan atəşkəs rejimini 28 dəfə pozub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10522

1 Emil Rasimoğludan yeni şeir
2 “Sondakika.com”: “Türkiyənin ən böyük xarici investoru olan SOCAR yeni layihə həyata keçirir”
3 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
4 Türkiyədə yeni Azərbaycan diaspor təşkilatı qeydiyyatdan keçib
5 “Özümü qərib ölkədə hiss etmədim”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info