“Gənclərimiz daha məntiqli və faydalı yol tutmalı, müsbət davranış nümunəsi göstərməlidirlər”
Tarix: 21.09.2018 | Saat: 12:30:00 | E-mail | Çapa göndər


“Onlar qana ehtiyacı olan insanları yaşatmaq üçün qanvermə aksiyalarına daha çox qatılırlar”
Hər il Azərbaycan keçirilən qanvermə aksiyalarında insanların iştirakı faizi artmaqdadır. Əksər ölkələrdən fərqli olaraq Azərbaycanda qanvermə aksiyaları daha çox müqəddəs aylarda, Məhərrəm ayında təşkil edilir. Bu nəcib aksiyalara dövlət öz dəstəyini əsirgəmir, özəl şirkətlər, QHT-lər və ayrı-ayrı tanınmış şəxslər, idman ictimaiyyəti fəal şəkildə bu işə qoşulurlar.
Xüsusən də bu aksiyalarda gənclərin aparıcı qüvvə olması qürurvericidir. Azərbaycan gəncliyi mütərəqqi ideyaların daşıyıcısı olmaqla yanaşı, dini inanclara hörmətlə yanaşan, adət-ənənələrimizi lazımınca qoruyub saxlayan qüvvəyə çevrilib. Bu mənada onların belə nəcib aksiyalara daha çox dəstək vermələri vacib amildir. Amma Məhərrəm ayında qanvermə aksiyalarına dini kəsimin bəzi hissəsi, çox az bir qismi o qədər də aktiv qatılmır, əvəzində yanlış hərəkətlərlə müşayət olunan qançıxarma, başyarma və ya zəncirvurma kimi arzuolunmaz adətləri davam etdirməyə çalışırlar. Sadalanan yanlış hərəkətlər çox az müşahidə edilsə də, hələ də qalmaqdadır. Amma gənclərimizin böyük qismi də artıq on beş, iyirmi il əvvəl olduğu kimi belə tədbirlərə qoşulmurlar, bunun əvəzinə, müqəddəs aylarda daha böyük savab sayıla biləcək, qana ehtiyacı olan insanları yaşatmaq üçün qanvermə aksiyalarına qatılırlar.
Gənclər və İdman Nazirliyi yanında Gənclərlə iş üzrə ictimai şuranın sədri Nurəddin Mehdiyev deyir ki, bugünkü gənclik gözüaçıq, hər şeyi öz sağlam düşüncəsi ilə analiz edib doğru qərarlar verə bilən gənclərlə daha da güclənib. Onun sözlərinə görə artıq ölkəmizdə dini yanlış istiqamətlərə yönəltmək istəyənlərin zamanı çoxdan gedib, insanlar dini bayramları da, mərasimləri də daha dolğun, islami şərtlərə uyğun qeyd edirlər. Bu işdə isə gənclərin böyük rolu var: “Öncə onu qeyd edim ki, Azərbaycanın əhalisinin böyük əksəriyyətinin müsəlmanlardan ibarət olduğunu nəzərə alsaq deyə bilərik ki, Azərbaycan İslam ölkəsidir. Yəni bu mübahisəsiz bəllidir. Xalqımız və onun aktiv hissəsi olan gənclərimiz öz dini etiqadlarına, ənənələrinə sadiqdirlər. Bu, bizim milli mənsubiyyətimizin tərkib hissəsi və özünüdərk prosesinin önəmli amillərindəndir. Ancaq bəzi hallarda müşahidə olunur ki, bir qism insanlarımız və əsasən də gənclərimiz dini inanc və etiqad azadlığı axtarışında yanlış yollara üz tutur, yanlış qapıları döyür, yanlış hərəkətlərə yol verirlər. Bu özünü xüsusən də müqəddəs aylarda daha qabarıq göstərir. Məsələn, İslam aləmində hamımızın hörmət və anlayışla yanaşdığımız Məhərrəm ayında keçirilən əzadarlıq tədbirlərində gənclərin bir qrupunun qan çıxarmaq naminə bədənlərinə vurduqları ziyanı göstərmək olar. Birincisi, əksər islam alimləri də bunu qəbul etməyərək Allahın əmanət etdiyi sağlam bədənə verilən zülmü savab saymırlar. Bu bədənə vurulmuş zərər və xətərdir. İslam bunu bəyənmir. İkincisi, hər bir hərəkətdə məntiqə söykənmək daha faydalı olardı. Amma bədənə ziyan vurmaq aksiyaları, yanlış hərəkətləri heç bir məntiqə söykənmir. Uçüncüsü isə din adına danışılan məsələlərin dində əsası yoxdur və dövrün tələbləri ilə uzlaşmır. Halbuki İslam aləmi üçün əhəmiyyətli olan bu ayda daha faydalı, savablı aksiyalar keçirmək olar və belə aksiyalarla gənclərə də örnək olmaq olar. Məsələn, qanvermə aksiyası kimi bir nəcib addım. Əvvəla gənclərimiz də bilsinlər ki, bu sağlamlıq baxımdan da xeyirlidir və vacibdir. Digər tərəfdən dövlətimiz də belə aksiyalara müsbət baxır və hətta nadir ölkələrdə rast gəlinən bir formada şərait yaradır. Qanvermə aksiyaları üçün xüsusi yerlər de ayrılır hətta bu istiqamətdə yeri gələndə maarifləndirici tədbirlər də təşkil edilir. Bütün bunları ona görə bir qədər ətraflı izah etməyə çalışdım ki, məsələlərin mahiyyətini dərindən dərk etməyən bəzi gənclər anlasınlar ki, onlar-gənclik daha məntiqli və faydalı yol tutmalı, yeni müsbət davranış nümunəsi göstərməlidirlər”.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
20.07.2019
“Paşinyan hakimiyyətinin zəiflədilməsi prosesinin sürətlənməsi ehtimalı qaçınılmazdır”
20.07.2019
Mediamız Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında xüsusi rol oynayıb
19.07.2019
Sizə inananlar bezdi, özünüz bezmədinizmi?..
19.07.2019
Azərbaycan mətbuatında müəyyən neqativ hallar var, amma sayı azdır
19.07.2019
Cavad Zərif ABŞ prezidentinin “PUA açıqlaması”na münasibət bildirib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info