UNEC dəyərlərini təsdiqlədi
Tarix: 21.09.2018 | Saat: 13:08:00 | E-mail | Çapa göndər


UNEC missiyasını layiqli şəkildə yerinə yetirmək və qarşısına qoyduğu strateji hədəfləri reallığa çevirmək məqsədilə Elmi Şurada öz dəyərlərini təsdiqləyib.
Regionun ən böyük iqtisadyönümlü ali təhsil müəssisəsinin bütün heyəti üçün vahid yanaşma formalaşdıran “UNEC-in dəyərləri” akademik azadlıq, akademik etika, layiqlilik, şəffaflıq, mükəmməllik, keyfiyyətlilik, iştirakçılıq, fərqliliklərə hörmət, cəmiyyətin mənafeyini düşünmək, ekoloji həssaslıq kimi yüksək mənəvi keyfiyyətləri özündə birləşdirib. “UNEC-in dəyərləri”nə əsasən, tədqiqat, tədris və sosial xidmət fəaliyyətlərində elmi prinsiplərə sadiq olaraq, akademik azadlıq və akademik etika qorunur, müəlliflik hüquqlarına hörmətlə yanaşılır. Dəyərlərə görə, UNEC-də akademik və inzibati vəzifələrdə hər bir fərdə bərabər imkanlar yaradılır və layiq olana üstünlük verilir. Bu ali təhsil müəssisəsinin bütün fəaliyyəti daima ictimaiyyətə açıq şəkildə həyata keçirilir. UNEC dəyərləri ehtiva edir ki, fəaliyyətlərində hər zaman daha mükəmməl olanı əldə etməyə çalışan UNEC ailəsi, həm də yüksək keyfiyyət prinsipinə sadiqdir. Səmərəli idarəetmənin bütün mərhələlərində UNEC üzvlərinin fəal iştirakı təmin edilir. Dəyərlərə görə, cəmiyyətin mənafeyini fəaliyyətinin önündə tutan UNEC, bu istiqamətdə bütün maraqlı tərəflərin fərqli fikirlərinə böyük önəm verir. UNEC dünya universitetlərinin beynəlxalq reytinqlərində “Yaşıl universitet” statusunu qazanaraq, dayanıqlı inkişaf naminə ekoloji tarazlığın qorunması istiqamətində də inamla addımlayır.




 
Bölməyə aid digər xəbərlər
17.10.2018
Aİİ-də “Multikulturalizm və fəlsəfi əsasları” mövzusunda növbəti seminar keçirilib
17.10.2018
UNEC “Təhsil almaq üçün hansı universiteti seçərdiniz” nominasiyasının qalibi olub
17.10.2018
Rektor Elmar Qasımov 26 Prezident təqaüdçüsü ilə görüşüb
17.10.2018
Lera Kurmakaeva ADU-da təlim keçib
17.10.2018
Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10266

1 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
2 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
3 Vətən uzaqda deyil
4 Tovuzda insanların poeziyaya olan məhəbbəti tükənməzdir
5 Dadaizm və Sürrealizm cərəyanının görkəmli nümayəndəsi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info