2 mindən artıq insanı mövsümi işlə təmin edən müəssisə, ilk müasir kənd təsərrüfatı kompleksi
Tarix: 21.09.2018 | Saat: 12:46:00 | E-mail | Çapa göndər


Son illərdə Azərbaycanda iqtisadiyyatın qeyri-neft sektorunda böyük çəkiyə malik olan kənd təsərrüfatı sahəsi sürətlə inkişaf edir . Ölkənin artan inkişaf göstəriciləri arasında kənd təsərrüfatının xüsusi çəkisinin olması isə təsadüfi deyil. Dövlət əhalinin ərzağa olan daxili tələbatını əsasən öz potensialı və imkanları hesabına ödəyə bilməsi üçün regionlarda infrastruktur sahələrinin yaradılması və kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində mühüm islahatlar reallaşdırıb və özəl şirkətlər, sahibkarlar üçün də lazımi şərait yaradılır, bu proseslər davam edir. İqtisadiyyatda kənd təsərrüfatı neftdən sonra ən iri sahələrdən biri olmaqla iş yerləri ilə təminatda da ən böyük pay sahibidir. Eyni zamanda, bu sahə həm də kənd yerlərində yoxsulluğun azaldılmasına əsaslı təsir edən sektordur. Zaman-zaman jurnalistlər üçün bölgələrə təşkil edilən mediaturlardan kənd təsərrüfatının inkişaf etdirilməsi və müasirləşdirilməsi istiqamətində mühüm işlər görülməsinin şahidi oluruq. Yeni texnikalar alınır, yeni aqro xidmət sahələri yaradılır, kənd təsərrüfatı məhsullarının qablaşdırılması, istehsalı məşğul olan yerli və əcnəbi şirkətlər fəaliyyət dairələrini genişləndirirlər. Yəni bu bir reallıqdır ki, ölkəmizdə aqrar sektorda məhsul istehsalının artması yeni emal müəssisələrinin yaradılması tələbatını da ortaya qoyub. Azərbaycan iqtisadiyyatının inkişafı, kənd təsərrüfatının və ümumilikdə ərzaq təhlükəsizliyinin təmin olunmasında böyük rolu olan “Azərsun” şirkəti də bölgələrdə mühüm işlər görür, kənd təsərrüfatı məhsulalrının istehsalı ilə bağlı proseslərin təkmilləşdirilməsi, hətta kənd təsərrüfatında intensiv metodların tətbiqinin stimullaşdırılması, ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı, müasir texnologiyalara əsaslanan iri təsərrüfatların yaradılması kimi məsul və ağır işlərin öhdəsindən uğurla gəlir. Şirkətin Biləsuvar rayonuna tşkil etdiyi mediatur zamanı şahidi olduq ki, “Azərsun” daim kənd təsərrüfatı məhsullarının istehsalı və emalına xüsusi diqqət yetirir, müasir texnologiyaların tətbiqi yolu ilə mövcud aqroemal müəssisələrinin istehsal gücünün artırılması və bu sahədə yeni müəssisələrin yaradılması istiqamətində kompleks tədbirlər həyata keçirilir.
“Azərsun Kənd Təsərrüfatı Məhsulları” müəssisəsində isə görülən işlər daha çox təqdir edilməlidir.
Azərbaycanın ilk müasir kənd təsərrüfatı kompleksi olan bu müəssisə artıq 12 ildir ki, uğurla fəaliyyət göstərir və 4500 hektar ərazini əhatə edir. İllərdir həm ölkəmizdə həm də xaricdə istehlakçılar tərəfindən böyük rəğbətlə qarşılanan “Bizim Tarla” markasının hazırlandığı məhsullar məhz bu sahələrdə yetişdirilir. Daha sonra yetişdirilən məhsullar təravətini itirmədən kənd təsərrüfatı kompleksinin nəzdində fəaliyyət göstərən Biləsuvar Konserv Zavoduna göndərilərək emal edilir. Kompleksdə həmçinin heyvandarlıq fermaları qurulub ki, burada iri və xırda buynuzlu heyvanlar yetişdirilir.
Müəssisəyə dəvət olunan media mənsublarına bu ərazilərin əvvəl əkinə tamamilə yararsız olduğu bildirildi. Qeyd edildi ki, “Azərsun Holdinq” tərəfindən rekultivasiya işləri aparılaraq drenaj xəttləri çəkilib və ən müasir aqrotexniki avadanlıqların Azərbaycanda ilk dəfə istifadə olunaraq bu sahələrdən yüksək məhsuldarlıq əldə edilib. Media turda iştirak edən jurnalistlər “Azərsun Holdinq”in Müşahidə Şurasının sədri Abdolbari Goozalın Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Məşvərət Şurasının sədri seçilməsinin bu sahəyə müsbət təsir edəcəyini bildiriblər. Adıçəkilən Şirkətlər Qrupunun kənd təsərrüfatı sahəsindəki təcrübəsindən, innovativ idarəçilik üsulundan digər sahibkarlar və fermerlərin də yararlanaraq böyük uğurlar qazana biləcəyi qeyd olundu.
“Azərsun Holdinq”in İctimaiyyətlə Əlaqələr və Biznesin İnkişafına Dəstək Departamentinin müdiri Afiq Səfərov jurnalistlərin suallarını cavablandırarkən bu müəssisənin fəaliyyəti nəticəsində mövsümdə 2 mindən artıq insanın işlə təmin olunduğunu və yarandığı gündən ətraf ərazilərdə yaşayan insanların sosial-rifah halının yüksəlməsində müstəsna rol oynadığını bildirib. O, “Azərsun Holdinq”in Müşahidə Şurasının sədri Abdolbari Goozalın kənd təsərrüfatı sahəsində bilik və təcrübəsinin bu uğurlu nəticələrin əldə olunmasında bilavasitə rol oynadığını qeyd etdi. Həmçinin Şirkət rəhbərinin yerli kənd təsərrüfatı mütəxəssislərinin yetişdirilməsi və müasir aqrotexniki vasitələrin istifadəsini düzgün koordinasiya etməsi bu uğurlu nəticələrin əldə olunmasına mühüm töhfə verdiyi bildirildi. Daha sonra jurnalistlərin suallarını cavablandıran bitkilərin qorunması üzrə mütəxəssis Nazifə Söyləməz kənd təsərrüfatı məhsullarına qulluğun, onların vaxtında zəruri dərmanlarla təmin edilməsinin vacibliyindən danışdı və bu işlərin xüsusi əhəmiyyətindən söz açdı. Mütəxəssis bildirdi ki, bu məsələyə kənd təsərrüfatı ilə məşğul olan bütün fermerlər çox həssas yanaşmalıdır, çünki bəzən kiminsə bu işə məsuliyyətsiz yanaşmasının digər kənd təsərrüfatı komplekslərində yetişdirilən məhsullara zərər dəyə bilir. Nazifə Söyləməzin sözlərinə görə “Azərsun Holdinq” məhsulların sağlamlığının və təbiiliyinin qorunması üçün ən müasir üsullardan istifadə edir. Yetişdirilən məhsulların gübrə tələbatı da burada qurulmuş gübrə istehsalı müəssisəsi hesabına təmin olunur.
“Azərsun Kənd Təsərrüfatı Məhsulları”nın digər mütəxəssisi Bəstiyar Səfərov isə müəssisənin Global Gap və digər dünyada böyük nüfuza malik sertifikatlara sahib olduğunu və hər il bu sertifikatların yenilənməsi istiqamətində zəruri addımların atıldığını bildirdi.
Müəssisəni ziyarət edən jurnalistlər əkin sahələrini gəzərək bütün proseslərlə əyani olaraq tanış oldular və keyfiyyətə nəzarətin ən yüksək səviyyədə təmin olunduğuna şahid oldular.
Gəzinti zamanı media mənsublarına kənd təsərrüfatı kompleksinin nəzdində fəaliyyət göstərən qoyunçuluq və maldarlıq fermaları da nümayiş etdirilərək, məlumat verildi. Burada bəslənən ətlik heyvanlara yüksək səviyyədə qulluq edildiyini bildirən mütəxəssis Elvin Sadıqlı əldə olunan ət məhsullarının əsasən “Bazarstore” super marketlər şəbəkəsində satışa çıxarıldığını bildirdi.
Qeyd edək ki, keyfiyyətə nəzarətə və müştəri məmnuniyyətinə xüsusi həssaslıqla yanaşan “Azərsun Holdinq” mütəmadi olaraq istehsal müəssisələrinə jurnalistlər üçün media turlar və istehlakçılar üçün “açıq qapı” günləri təşkil edir.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
20.10.2018
Neftin bir barrelinin qiyməti 0,5 dollaradək bahalaşıb
20.10.2018
Azərbaycan şərabları Bordo şərab muzeyində sərgilənəcək
19.10.2018
Gürkan Kumbaroğlu: “Star” neft emalı zavodu gücümüzə güc qatacaq“
19.10.2018
Albaniyada TAP-ın dəniz hissəsinin tikintisinə başlanılıb
19.10.2018
Kənd təsərrüfatı naziri Masallıda cənub bölgəsinin vətəndaşlarını qəbul edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10286

1 Azərbaycanlı gənclər İtaliyada şirkət açıblar
2 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
3 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
4 Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”
5 Türkiyə mediası: “Star”Avropanın ən müasir müəssisəsi olacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info