“ Dövlət qulluğuna qəbul üçün təqdim olunan rəhbər vəzifələrə maraq göstərilmir”
Tarix: 21.09.2018 | Saat: 13:34:00 | E-mail | Çapa göndər


Dövlət qulluğuna qəbul üçün təqdim olunan rəhbər vəzifələrə namizədlər tərəfindən çox maraq göstərilmir. Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə sentyabrın 21-də jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, dövlət qulluğuna qəbul zamanı daha çox maraq BB qrupuna daxil olan icraçı vəzifələr üzrə müşahidə edilir. M.Abbaszadə deyib: “Kütləvi vəzifələrə maraq daha çoxdur. Çünki burada namizədlər üçün qoyulan tələblər daha azdır. Eyni zamanda, iş stajı da çox tələb olunmur. Ona görə müəyyən imtahanlarda 1.000-1.500, digər imtahanlarda isə 100-150 namizəd iştirak edir. Bu say imtahanın növündən və təqdim olunan vakant yerlərin sayından, təsnifatından asılıdır”.
DİM Direktorlar Şurasının sədri bildirib ki, dövlət qulluğuna qəbul üçün hər ay imtahan keçirilir. Bu imtahandan əvvəl isə sınaq imtahanları təşkil olunur. “Namizədlərin imkanı var ki, əvvəlcə sınaq imtahanında özlərini yoxlasınlar, daha sonra isə dövlət qulluğuna qəbul imtahanında iştirak etsinlər. DİM dövlət orqanları tərəfindən təqdim olunmuş bütün vakant yerlər üzrə müsabiqələr elan edir. Dövlət qulluğuna qəbul üçün hər bir vəzifə üzrə olan tələblər isə fərqlidir”, - deyə M.Abbaszadə əlavə edib.




 
Bölməyə aid digər xəbərlər
11.12.2018
“Heydər Əliyev dövrü Azərbaycanın çoxəsrlik tarixinin şərəfli bir mərhələsidir”
11.12.2018
“Ümummilli Lider Azərbaycanın çoxəsrlik salnaməsinin tarixi qəhrəmanıdır”
11.12.2018
Azərbaycanda Milli Təhsil Forumu keçiriləcək
11.12.2018
İnnovasiya Müsabiqəsinin qalibi olan Bakı Ali Neft Məktəbinin tələbələri təltif olundular
10.12.2018
Rusiyalı şagirdlər ölkəmizdə keçiriləcək beynəlxalq olimpiadaya dəvət olunublar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10523

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
3 Türkiyədə yeni Azərbaycan diaspor təşkilatı qeydiyyatdan keçib
4 “Özümü qərib ölkədə hiss etmədim”
5 Çin şirkəti Gəncədə 5 metallurgiya zavodu tikəcək


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info