Bakıda “Fransız məktəbi” fəaliyyətə başlayacaq
Tarix: 02.07.2013 | Saat: 01:27:00 | E-mail | Çapa göndər


Fransanın Azərbaycandakı səfiri Paskal Mönye və Fransa Neft İnstitutunun rektoru Filip Pinşon Bakı Ali Neft Məktəbinin (BANM) qonağı oldu. Tədbirdə çıxış edən BANM-nin rektoru Elmar Qasımov Prezident İlham Əliyevin təhsil sahəsinin inkişafına mühüm əhəmiyyət verdiyini bildirdi. Rektor qeyd etdi ki, Prezident İlham Əliyevin “Neft kapitalını insan kapitalına çevirməliyik” şüarı da məhz bu sahəyə yetirilən diqqətin göstəricisidir.
Onun sözlərinə görə, BANM-nin yaradılmasında məqsəd Azərbaycanda, istərsə də xaricdə fəaliyyətini genişləndirən və artıq transmilli şirkətə çevrilən Azərbaycan Dövlət Neft Şirkəti üçün beynəlxalq standartlara cavab verən, ingilis dilli kadrların hazırlanması olub: “Azərbaycan və Fransa dövlətləri arasında bir çox sahələrlə yanaşı, elm və təhsil sahəsində də münasibətlər yüksək səviyyədə inkişaf edir. Fransanın Neft İnstitutu dünyanın ən ali neft institutlarından biridir. BANM Fransanın neft-qaz və kimya sənayesi sahəsində fəaliyyət göstərən institutları ilə əməkdaşlıq əlaqələrinin qurulmasında və onların təcrübəsindən yararlanmaqda maraqlıdır. Məktəbimizlə Fransa Neft İnstitutu arasında anlaşma memorandumunun imzalanması da gələcək inkişafa öz müsbət töhfəsini verəcək. Bir sıra neft kompaniyaları ilə bağladığımız müqavilələr vasitəsilə həmin ölkələrin ali məktəbləri ilə əməkdaşlıq etmək imkanı əldə etmişik. Hazırda da dünyanın ən nüfuzlu neft mühəndislərini hazırlayan ali məktəblərdən biri olan Fransa Neft İnstitutunun rektoru ölkəmizə səfər edib. Təcrübə bir neçə istiqamətdə olacaq ki, buraya akademik, müəllim, tələbə mübadiləsi, həmin institutun bir sıra nüfuzlu ixtisasları-geologiya, geofizika, mexanika mühəndisliyi, qazma mühəndisliyi kimi ixtisasların bizim ali məktəbdə tədrisini təmin etmək və digər istiqamətlər daxildir”. Rektor onu da bildirdi ki, yaxın müddətdə ölkəmizdə fəaliyyətə başlayacaq “Fransız məktəbi”ndə istedadlı gənclər təhsil alacaqlar. Ali məktəblərə abituriyentlər TQDK-nın qəbulu əsasında qəbul olunduğunu deyən rektor bildirdi ki, sadəcə olaraq həmin tələbələr fransız dilini yüksək səviyyədə mənimsəyəcəklər.
Fransa Neft İnstitutunun rektoru Filip Pinşon bildirdi ki, rəhbərlik etdiyi ali təhsil ocağı BANM ilə əməkdaşlıq etməyə və təcrübələrini paylaşmağa hər zaman hazırdır: “Bu gün qloballaşan dünyada neft yataqlarının qazılması, onların tapılmasında daha uğurlu əməliyyatların tətbiq edilməsi, bu sahədə mövcud olan bilik və bacarıqların gələcək nəslə ötürülməsi, onların düzgün baza ilə inkişaf etdirilməsi vacibdir. Fransa neft ölkəsi olmaya-olmaya bu sənayeni inkişaf etdirməkdə maraqlıdır. Çünki Fransanın “Total” kimi böyük neft şirkəti və neft emalı sahəsində böyük uğurları var. Neft sənayesinin inkişafı sahəsində Azərbaycan bizim üçün lider ölkələrdən biridir. İrəlidə bizi gözləyən təşəbbüsün öhdəsində də uğurla gəlmək üçün daima çalışacağıq. Bakıda olmağımdan çox böyük sevinc hissi duyuram. Bakı Ali Neft Məktəbi ilə əməkdaşlıqdan məmnunam. Əməkdaşlığımızın potensialı böyükdür. İstər müəllim, istərsə də tələbə heyəti, istərsə də proqramların birgə hazırlanması bizə imkan verir ki, fəaliyyətimizi düzgün məcrada quraq”.
Fransanın Azərbaycandakı səfiri Paskal Mönye isə bildirdi ki, Azərbaycan və Fransa arasında enerji, siyasi, iqtisadi, elm və təhsil sahələrində əməkdaşlıq əlaqələri günü-gündən inkişaf etməkdədir: “Sizin ölkənizin iradəsi budur ki, gənclər yaxşı təhsil alsınlar və gələcəkdə ölkəni inkişaf etdirə bilsinlər. Fransanın ali təhsil ocaqları da bu sahədə sizinlə birlikdə olmağa hazırdır”.
Tədbirin sonunda BANM ilə Fransanın Neft İnstitutu arasında anlaşma memorandumu imzalanıb.


Səfir Paskal Mönye:
“Bizim əsas potensialımız gənclərdir”
Fransanın Azərbaycandakı səfiri Paskal Mönye jurnalistlərə açıqlamasında bildirdi ki, Azərbaycanla siyasət bazasını düzgün tədris və düzgün anlaşma siyasəti təşkil edir: “Bizim əsas potensialımız gənclərdir və onlar bir ölkənin gələcəyidir.
Burada gənclərin potensialı böyükdür. Ona görə də 14 iyun tarixdə universitetlərarası forum təşkil etdik ki, ali təhsil səviyyəsində əməkdaşlığımızı daha da genişləndirək. Fransada artıq ingilis dilində təhsil almaq mümkündür. Bir çox fransız universitetləri ingilis dilində proqramar təklif edirlər. Ancaq fransız dilində danışmaq çox böyük üstünlükdür. Çünki nə vaxtsa tələbə universiteti bitirib işə düzəlmək istəyəcək və ingilis dilindən başqa fransızca danışmağı böyük üstünlük hesab ediləcək. Ona görə də gənc azərbaycanlıların fransız dilini yaxşı bilməsi üçün iki qərar qəbul etmişik. Onlardan biri kimi ilk növbədə böyük universitetlərdə iştirakımızı genişləndirəcəyik, ikincisi isə “Fransız məktəbi”nin yaranmasıdır. Bakı Ali Neft Məktəbi ilə imzaladığımız memorandum da bu siyasətin tərkib hissəsidir. Bu məsələ iki ölkə prezidenti arasında imzalanmış sazişdə öz əksini tapıb”. O bildirdi ki, bu ilin sentyabrından Bakıda Heydər Əliyev Fondunun təşəbbüsü və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin dəstəyi ilə “Fransız məktəbi” fəaliyyətə başlayacaq. Səfirin sözlərinə görə, bağça səviyyəsindən etibarən azərbaycanlılarla yanaşı, digər millətlərdən olan gənclər də həmin məktəbə gedə biləcəklər: “Sonra uşaqların alacağı bu diplom həm Azərbaycan, həm də Fransa ali məktəblərinə daxil olmaq imkanı verəcək. Artıq məktəbdə təhsil almaq üçün qeydiyyat prosesi başlayıb. 60-a yaxın şagird məktəbdə təhsil almaq üçün qeydiyyatdan keçib. Maraqlananlar Fransanın Azərbaycandakı səfirliyindən daha ətraflı məlumatı əldə edə bilərlər”.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Neftçalada tikilən modul tipli 7 məktəb binasında işlər ilin sonunadək başa çatacaq
20.11.2018
Gömrükçülər narkotik vasitə aşkarlayıb
20.11.2018
NDU-da YAP-ın yaradılmasının 26-cı ildönümü ilə bağlı konfrans keçirilib
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info