Tümen vilayəti Azərbaycanla ikitərəfli sazişlər imzalamağı planlaşdırır
Tarix: 21.09.2018 | Saat: 13:37:00 | E-mail | Çapa göndər


Tümen vilayəti Azərbaycanla ikitərəfli sazişlər imzalamağı planlaşdırır. Tümen vilayətinin qubernatoru Aleksandr Moor bunu IX Tümen Neft-Qaz Forumu çərçivəsində xarici ölkələrin diplomatik missiyalarının bu regiona səfər etmiş nümayəndələri ilə görüşdə bildirib. Görüşdə Azərbaycanın Yekaterinburqdakı baş konsulu İlqar İsgəndərov da iştirak edib.
Baş Konsulluqdan AZƏRTAC-a verilən məlumata görə, qubernator qeyd edib ki, Tümen vilayəti ilə Azərbaycanın iqtisadiyyatları arasında oxşar cəhətlər çoxdur. A.Moor bu fikrini belə izah edib: “Azərbaycan ilə bizim iqtisadiyyatlarımız oxşardır. Hər iki halda iqtisadiyyatın əsasını yaxşı inkişaf etmiş neft-qaz sahəsi təşkil edir. Son üç ildə biz əməkdaşlığı fəallaşdırmışıq. Bir sıra müştərək layihələrin reallaşdırılmasına marağımız var. Yaxın vaxtlarda saziş imzalamağı planlaşdırırıq. Hazırda bu sənəd federal dövlət hakimiyyəti orqanlarında razılaşdırmanın final mərhələsindədir”.
Azərbaycanın Yekaterinburqdakı baş konsulu İlqar İsgəndərov qeyd edib ki, bu əməkdaşlıqda neft-qaz sahəsi ilə yanaşı, aqrar-sənaye kompleksi və turizm də prioritet ola bilər. Diplomat deyib: “Ölkəmizin rəhbərliyi bu istiqamətlərin inkişafına böyük diqqət yetirir. Biz Tümen vilayətinin turizm kompleksinin inkişafı layihəsi ilə tanış olduq. Bu, çox diqqətəlayiq layihədir”.
Qubernator ilə görüşdə Qazaxıstan, Vyetnam, Bolqarıstan və Hindistan nümayəndələri də iştirak ediblər.




 
Bölməyə aid digər xəbərlər
17.10.2018
Türkiyə mediası: “Star” neft emalı zavodu xaricdən asılılığı aradan qaldıracaq
17.10.2018
“APM Terminals” şirkəti “Petlim” konteyner limanını SOCAR-a təhvil verib
17.10.2018
Çində keçirilən Sammitdə Bakı Limanı barədə məlumat verilib
17.10.2018
Ölkəmizdə ilk dəfə Ucarda “Mozzarella“ pendirinin istehsalına başlanılacaq
17.10.2018
AzerTelecom Türkmənistanda beynəlxalq sərgidə iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10263

1 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
2 Vətən uzaqda deyil
3 Tovuzda insanların poeziyaya olan məhəbbəti tükənməzdir
4 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
5 Dadaizm və Sürrealizm cərəyanının görkəmli nümayəndəsi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info