Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
Tarix: 21.09.2018 | Saat: 14:04:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin sentyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Göygül rayonunda həmin rayonun, Daşkəsən, Samux rayonlarının və Gəncə şəhərinin sakinlərini fərdi qaydada qəbul edərək, müraciətlərini dinləyib.
Qəbuldan əvvəl S.Babayev və Göygöl şəhər İcra Hakimiyyətinin başçısı Arif Seyidov xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini dərin ehtiramla yad ediblər.
Qəbula gələn vətəndaşların müraciətləri əsasən əmək hüquqlarının müdafiəsi, sosial təminat, sosial sığorta münasibətləri, tibbi-sosial ekspertiza və reabilitasiya, məşğulluq, şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik yardımların verilməsi, müharibə əlilləri və şəhid ailələrinin mənzillə təmin olunması və s. məsələlərlə bağlı olub.
Əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində aparılan işlərdən bəhs edən S.Babayev bildirib ki, dövlət başçısının tapşırığına əsasən, sosial təminat və əlilliyin qiymətləndirilməsi sistemlərinin bütün həlqələrində şəffaflığın və ünvanlılığın tam təmin edilməsi, bu sistemlərin ilk növbədə sosial ədalət prinsipi üzərində formalaşdırılması hazırda Nazirliyin əsas məqsədlərindən biridir. Aparılan islahat tədbirlərinin bu məqsədə xidmət etdiyini vurğulayan nazir Göygöl, Daşkəsən, Samux rayonlarında və Gəncə şəhərində yaşayan Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzillə təminatı, aztəminatlı ailələrin özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə təsərrüfatlarının yaradılmasına dəstəyin göstərilməsi və digər sahələrdə görüləcək işlər barədə də məlumat verib. S.Babayev Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 19 aprel 2018-ci il tarixli Fərmanının icrası ilə əlaqədar bildirib ki, aidiyyəti qurumlar tərəfindən nazirliyə təqdim edilmiş siyahılar üzərində dəqiqləşdirmə işləri artıq yekunlaşıb. Bu yaxınlarda vərəsələrinə birdəfəlik ödəmələr verilməli olan şəhid hərbi qulluqçuların ümumiləşdirilmiş siyahısı nazirliyin saytında təqdim olunacaq.
Qəbul zamanı S.Babayevin tapşırığı ilə aidiyyəti məsələlər elə yerindəcə həll olunub. Potensial imkanları nəzərə alınaraq vətəndaşlardan bir qisminin özünüməşğulluq proqramına cəlb ediməsi, peşə bacarıqlarına uyğun iş yerləri ilə təmin olunmaları üçün yaşadıqları ərazi üzrə vakant iş yerlərinə göndərişlər verilməsi tapşırılıb. Həmçinin sorğu xarakterli müraciətlərlə bağlı vətəndaşlara ətraflı hüquqi izahatlar verilib.
Qəbul zamanı vətəndaşlar əhalinin sosial müdafiəsinin gücləndirilməsinə, məşğulluq imkanlarının artırılmasına göstərilən diqqət və qayğıya, həmçinin bölgələrdə vətəndaşlarla belə görüşlərin keçirilməsinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.




 
Bölməyə aid digər xəbərlər
23.07.2019
Fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb
22.07.2019
Qaradağ Rayon İcra Hakimiyyətində Milli Mətbuatın 144 illiyi qeyd edilib
22.07.2019
Masallının “Yeni həyat“ qəzetinin redaksiyasında Milli Mətbuat Günü qeyd edilib
22.07.2019
Milli Mətbuat Günü münasibətilə keçirilmiş müsabiqənin nəticələri təsdiq edilib
22.07.2019
Əlilliyi olan bir qrup şəxs “Duzdağ” fizioterapiya mərkəzinə yola salınıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
2 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
3 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”
4 “Ermənistana qarşı iqtisadi sanksiyalar tətbiq olunmalıdır”
5 Подготовка армянских «джавахкских» боевиков-сепаратистов против Грузии в оккупированным Карабахе уже идет полным ходом - FOTO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info