Aİ rəsmisi Azərbaycanda “bir pəncərə“ prinsipi ilə görülən işləri təqdir edib
Tarix: 21.09.2018 | Saat: 15:15:00 | E-mail | Çapa göndər


Azərbaycan hökuməti dövlət orqanları tərəfindən təqdim olunan xidmətlərin "bir pəncərə" prinsipi ilə həyata keçirilməsi üçün bütün səylərini göstərir.
Bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin təmsilçisi Aleksandra Nerisanu deyib. Onun sözlərinə görə, görülən işlər vətəndaşların dövlət orqanlarına müraciət etmək imkanlarının asanlaşdırılmasına, korrupsiya ilə mübarizənin təmin edilməsinə, sənədləşdirmə işlərində şəffaflığın təmin edilməsinə yönəlib.
A.Nerisanu hesab edir ki, bu sahədə təlimlərin keçirilməsi, ölkələrin bir-biriləri ilə qarşılıqlı mübadiləsinin həyata keçirilməsi "bir pəncərə" modeli şəklində tətbiq olunan xidmətlərin sayının artmasına xidmət edir.
Aİ təmsilçisi bildirib ki, lisenziyaların verilməsinin sadələşdirilməsi ölkənin iqtisadi inkişafı üçün olduqca vacibdir: "Son illər ərzində Azərbaycanda iqtisadi və biznes mühiti ilə bağlı araşdırmalar aparılıb və qənaətə gəlinib ki, ölkədə biznes sahəsi üzrə xidmətlərin "ASAN xidmət" tərəfindən həyata keçirilməsi işləri davam etdirilir. Bu tədbirlər hökumət tərəfindən yüksək səviyyədə dəstəklənir. ASAN xidmət sistemi ölkənin iqtisadi inkişafı üçün çox vacib komponentdir".
A.Nerisanu müvafiq platformanın Azərbaycanda qurumların fəaliyyətinin təkmilləşdirilməsinə töhfə verəcəyinə ümid etdiyini bildirib və qarşılıqlı təcrübə mübadiləsi nəticəsində bəzi xidmətlərin təşkil edilməsində “bir pəncərə” prinsipinin elementlərindən istifadə etməklə vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksələ biləcəyini vurğulayıb.

Fuad




 
Bölməyə aid digər xəbərlər
10.12.2018
Azərbaycan 2019-cu ildə yeni bazarlara fındıq ixrac edəcək
10.12.2018
Prezident Beynəlxalq Şahmat Federasiyasının prezidentini qəbul edib
10.12.2018
“AtaTravel” və “Edem Resort”dan xüsusi aksiya
10.12.2018
Avtomobildə külli miqdarda pirotexniki vasitə aşkarlanıb
10.12.2018
Vergi Məcəlləsinə son dəyişikliklər kimlərin xeyrinə olacaq?

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10522

1 Emil Rasimoğludan yeni şeir
2 “Sondakika.com”: “Türkiyənin ən böyük xarici investoru olan SOCAR yeni layihə həyata keçirir”
3 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
4 Türkiyədə yeni Azərbaycan diaspor təşkilatı qeydiyyatdan keçib
5 “Özümü qərib ölkədə hiss etmədim”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info