Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb
Tarix: 21.09.2018 | Saat: 15:18:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Prezidentinin tapşırıq və tövsiyələrinə uyğun olaraq, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə Qazax şəhərində vətəndaşlarla görüşüb. Görüşdə Qazaxla yanaşı, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy rayonlarının da sakinləri iştirak edib. Vətəndaşların müraciətləri dinlənilib, qaldırılan məsələlərin həlli üçün nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib. Əksər müraciətlər yerindəcə öz müsbət həllini tapıb. Müraciətlər telekommunikasiya, internet, poçt xidmətləri, yol təmir-tikintisi, yeni marşrut xəttinin açılması, marşrut qrafiklərində dəyişiklik edilməsi, işə qəbul kimi məsələləri əhatə edib. Bəzi vətəndaşlar tərəfindən qaldırılan məsələlər nazirliyin səlahiyyətlərinə aid olmadığı üçün müvafiq qurumlara ünvanlanması üzrə qeydiyyata alınıb. Qeyd edək ki, görüş mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin sentyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilib.

Anar




 
Bölməyə aid digər xəbərlər
19.10.2018
Ramin Quluzadə Beyləqanda vətəndaşlarla oktyabrın 23-ü görüşəcək
19.10.2018
Göyçay sahibkarları açıq məkanda reklam yerləşdirilməsi qaydaları ilə tanış ediliblər
19.10.2018
“Layihələrin yazılması və idarə edilməsi” adlı təlimlər keçirilib
18.10.2018
Tərtər rayonunun bütün yaşayış məntəqələrinin qazlaşdırılması başa çatıb
18.10.2018
“AtaSığorta” yeni tibbi sığorta məhsullarını təqdim edir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10273

1 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
2 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
3 Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”
4 “Odessada gənclərimiz çox maraqlı layihələr həyata keçirirlər”
5 Türkiyə mediası: “Star”Avropanın ən müasir müəssisəsi olacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info