Həkim olacaqdı, lakin BANM-i seçdi
Tarix: 21.09.2018 | Saat: 15:38:00 | E-mail | Çapa göndər


Müsahibimiz Bakı Ali Neft Məktəbinin tələbəsi Vüsal Həsrətlidir:


- Özünüz haqda bir az məlumat verərdiniz.

- Mən Vüsal Həsrətli, 19 yaşım var. Biləsuvarlıyam və orda yaşayıram. 7,8,9-cu sinifləri Lənkəranda liseydə oxumuşam. 2016-cı ildə isə M.İbrahimov adına Biləsuvar Liseyindən məzun olmuşam. Uzun müddət şahmatla məşğul olmuşam. Təbiətcə sakit, səbirli və dostcanlı biriyəm.

- Həkimliyə marağınız nədən yaranmışdı?

- Həkimliyə heç vaxt marağım olmayıb. Sadəcə, ailə böyüklərinin arzularını reallaşdırmaq və məktəbin yönləndirməsilə belə alınmışdı.

- Bəs nə baş verdi ki, Prezident təqaüdçüsü olan tibb tələbəsi təhsilini yarımçıq qoyaraq hər şeyi kökündən dəyişdi?

-Tibbdə təhsilin ilk ayları normal keçdi, lakin sonradan həvəssiz olduğum üçün bu təhsil məndə maraq oyada bilmədi. Uzun müddət ayrılmağı düşündüm. Amma nə vaxt bu barədə danışsam, hamı həkimliyi tərifləyirdi, deyirdilər ömürlük işdi, hər zaman qazancın olacaq, hamı hörmətini saxlayacaq və s.

- Mühəndisliyə marağınız nə zamandan formalaşdı?

- Jül Vernin “Sirli ada” əsərini oxumuşdum, orda bir obraz var - Mühəndis Sayres Smit. Onun adada gördüyü işlər, etdiyi ölçmələr və düzəltdiyi cihazlar məni heyran etmişdi. Sonradan kimya dərsini keçməyə başlayanda başa düşdüm ki, mən məhz bu sahənin adamıyam.

- Bu hadisə ölkədə nadir hallardan biri hesab edilir. Bəs niyə məhz BANM?

-11- ci sinifdə bizi universitetlərlə tanış olmaq məqsədilə BANM-ə gətirmişdilər. Elə o zamandan universitet çox xoşuma gəlmişdi. Hətta qayıtdıqdan sonra qrupumu dəyişib 1-ci ixtisas qrupu üzrə qəbul imtahanı vermək istədim, amma gec idi. BANM mənim ixtisasım üzrə ən yaxşısıdır.

- Sizcə, BANM-i digər universitetlərdən üstün edən amil hansıdır?

- BANM digər universitetlərlə müqayisədə yeni olsa da ilk ilindən fərqini ortaya qoymağı bacarmış bir universitetdir. Məzunları haqqında bir az məlumat oxumaq kifayətdir.

- Hər bir tələbənin gələcək üçün müəyyən hədəfləri olur. Gələcəkdə hansı böyük layihəni gerçəkləşdirmək istəyirsiniz?

- Mən vətənpərvər insanam. Həmişə istəmişəm ki, ölkəm üçün, xalq üçün böyük işlər görüm. Xalqıma xidmət edəcək istənilən layihəni reallaşdırmağa varam.

- İki fərqli ixtisasa yüksək balla qəbul olunan tələbənin maraqları nədən ibarətdir?

-İdmanın, demək olar ki, bütün sahələrinə marağım var, əsasən də döyüş növlərinə. Futbol və voleybolu yaxşı oynayıram. Müntəzəm idmanla məşğul oluram. Dərs oxumadığım vaxtlarda film izləyirəm, radio dinləyirəm. Bir də çoxlu bioqrafiya oxuyuram. Bağ işləri görürəm. Ümumiyyətlə, vaxtımın boşa keçməsini xoşlamıram.

- Hazırlaşdığınız hər 2 ixtisas qrupunda Tarix fənni yoxdur. Bəs tarixə marağınız nə dərəcədədir?

- Mən tarixi həmişə oxumuşam. Liseydə oxuyarkən yarışlarda Tarix fənni üzrə kifayət qədər uğurlu nəticələr əldə etmişəm. Amma, düzü, 10-cu və 11-ci siniflərdə buna imkan çox olmayıb.

- Hazırda mühəndisliyə maraq artmaqdadır. Fikrinizcə, bu sahənin bu qədər aktual olmasına səbəb nədir?

- Mühəndisliyə maraq insanlarda, əslində, həmişə olub. Sadəcə, son dövrlərdə bu sahə sürətli inkişaf etdiyinə görə tələbat artır, insanlar isə hər şeyin yaxşısını istəyir. Bu səbəbdən də əvvəlkindən daha çox gəncin mühəndisliyə marağı artır.

- Həkimlik və mühəndislik. Fikrinizcə, ölkəmizdə bu 2 peşənin hansında peşəkarlar daha çoxluq təşkil edir?

- Düşünürəm ki, yaxşı həkim çox azdır, ən azından bölgələrdə bu belədir. Son dövrlərdə mühəndislərin sayı artıb, amma peşəkarlıq səviyyələri haqqında hələ ki, heç nə deyə bilmərəm.

- Prezident təqaüdçüsü statusunu itirdiniz. Buna görə üzülürsünüzmü?

- Məncə, daha çox valideynlərim üzülür.

- BANM-in 4 maraqlı ixtisası var. Niyə məhz “Kimya mühəndisliyi”ni seçdiniz?

Hazırda “Kimya mühəndisliyi” geniş bir sahədir və mən daha çox emal işinə yönələcəyimi düşünürəm.

- Növbəti illərdə tələbə adını qazanmaq istəyən abituriyentlərə məsləhətiniz nədir?

-Məsləhətim odur ki, dərslərini müəyyən qrafiklə oxusunlar və smartfon, televizor, kompüterdən tamamilə uzaq olsunlar.

- Səmimi müsahibəyə görə təşəkkürlər. Dərslərinizdə uğurlar diləyirik.

- Mən də müsahibəyə görə təşəkkür edirəm. Maraqlı müsahibə oldu.

Nigar







 
Bölməyə aid digər xəbərlər
18.10.2018
Təhsil müəssisələrində dövlət müstəqilliyimizin 27-ci ildönümü qeyd olunub
18.10.2018
BANM-ın rektoru və tələbələri təltif olundular
18.10.2018
Rusiya səfiri Azərbaycan Dillər Universitetinin qonağı olub
18.10.2018
Azərbaycan və Çin musiqiçiləri arasında təhsil əlaqələri inkişaf etdiriləcək
18.10.2018
Dövlət qulluğuna qəbul olmaq istəyən şəxslər üçün sınaq imtahanına qeydiyyat davam edir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10269

1 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
2 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
3 Dadaizm və Sürrealizm cərəyanının görkəmli nümayəndəsi
4 Vətən uzaqda deyil
5 Tovuzda insanların poeziyaya olan məhəbbəti tükənməzdir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info