Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
Tarix: 21.09.2018 | Saat: 15:45:00 | E-mail | Çapa göndər


2018-2019-cu tədris ilində yüksək bal toplayaraq Azərbaycan Dövlət Pedaqoji Universitetinə (ADPU) qəbul olunan tələbələrlə görüşlər davam edir. Növbəti görüş Kimya və biologiya, Riyaziyyat və informatika, Fizika və texnologiya fakültələrinə qəbul olunan tələbələrlə keçirilib. Görüşdə ADPU-nun rektoru, professor Cəfər Cəfərov, Tədris işləri üzrə prorektoru, dosent Eldar Aslanov, Elm və innovasiyalar üzrə prorektoru, professor Asəf Zamanov, Sosial və humanitar məsələlər üzrə prorektoru, professor Fikrət Rzayev, fakültələrin professor-müəllim heyəti və tələbələri iştirak ediblər.
Məlumat üçün bildirək ki, bu il Kimya və biologiya fakültəsinə 88 nəfər gənc 500-dən yüksək bal toplayaraq qəbul olunub. Onlardan 68 nəfər “Kimya və biologiya müəllimliyi” ixtisasına, 3 nəfər “Kimya müəllimliyi” ixtisasına, 11 nəfər isə “Biologiya müəllimliyi” ixtisasına qəbul olunub. Qeyd edək ki, “Kimya və biologiya müəllimliyi” ixtisasına qəbul olunanlardan 6 nəfəri 600-dən yüksək bal toplayıb.
Riyaziyyat və informatika fakültəsinə 83 nəfər gənc 500-dən yüksək bal toplayaraq qəbul olunub. Onlardan 14 nəfər “Riyaziyyat müəllimliyi” ixtisasına, 66 nəfər isə “Riyaziyyat və informatika müəllimliyi” ixtisasına qəbul olunub. “Riyaziyyat və informatika müəllimliyi” ixtisasına qəbul olunanlardan 3 nəfəri 600-dən yüksək bal toplayıb. Fizika və texnologiya fakültəsinin “Fizika müəllimliyi” ixtisasına 2 nəfər gənc 500-dən yüksək bal toplayaraq qəbul olunub.
Görüşü giriş sözü ilə açan rektor Cəfər Cəfərov bildirib ki, yüksək bal toplayan gənclərin ali təhsil almaq üçün ADPU-nu seçmələri bizə böyük sevinc və qürur hissi yaşadır. Ölkəmizin 3 ən böyük universitetindən biri olan ADPU-da 18 minə yaxın tələbə təhsil alır. Siz ADPU-nun böyük ailəsinin yeni üzvlərisiniz. Yüksək bal toplayan gənclərin müəllimlik peşəsini seçmələri Azərbaycanın müasir həyatının dönüş nöqtəsidir. Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır. Bu kadrlar orta məktəblərdə, ali təhsil müəssisələrində yetişir. Orta məktəb bu prosesdə mühüm yer tutur. Bu il 2090 nəfər gənc yüksək bal toplayaraq müəllimlik peşəsini seçib. Prezident İlham Əliyev bu faktı xüsusi qeyd edib. Müəllim peşəsinə marağın artması həyata keçirilən islahatların müsbət nəticəsidir. 2018-2019-cu tədris ilində ADPU-ya 4 mindən çox tələbə qəbul olunub. Cari tədris ilində filiallarla birlikdə yüksək bal toplayan 566 nəfər gənc ADPU-nu seçib. Bu, çox yüksək göstəricidir. Bu yüksək göstəriciyə dövlət səviyyəsində müəllim peşəsinə inamın bərpa edilməsi və ADPU kollektivinin fədakar əməyi nəticəsində nail olunub. Eyni zamanda bu yüksək göstərici bizim üzərimizə böyük məsuliyyət qoyur. Müasir tədris prosesi xeyli fərqlidir. Biz sizə bilik və bacarıqlarınıza uyğun təhsil verməliyik. Rektor çıxışının sonunda tələbələrə yüksəkixtisaslı müəllim və fəal vətəndaş kimi yetişməyi tövsiyə edib, onlara həyatda və təhsildə daha böyük uğurlar arzulayıb.
Görüşdə tələbələrin tədris prosesi, imtahan qaydaları, Bolonya prosesi, kredit sistemi, yataqxana və dərslik təminatı, müəllim hazırlığı ilə bağlı sualları cavablandırılıb.
Görüşün sonunda 648 bal toplayaraq Kimya və biologiya fakültəsinə qəbul olunmuş Afət Sadıqovaya, 616 bal toplayaraq Riyaziyyat və informatika fakültəsinə qəbul olunmuş Aygün Xəlilovaya, 537 bal toplayaraq Fizika və texnologiya fakültəsinə qəbul olunmuş Ləman Neymətliyə hədiyyələr təqdim edilib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
13.12.2018
Bakı Ali Neft Məktəbinin tələbələri beynəlxalq olimpiadada iştirak ediblər
13.12.2018
“Azərbaycanda sufilik” mövzusunda “dəyirmi masa” keçirilib
13.12.2018
“Ümummilli Lider Azərbaycanın çoxəsrlik salnaməsinin tarixi qəhrəmanıdır”
13.12.2018
“Hədəf Liseyi“ Robototexnika üzrə dünya nəhəngi ilə müqavilə imzaladı
13.12.2018
Eksternat imtahanlarına sənəd qəbulu başa çatır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10527

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
3 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
4 Əli Həsənov: “Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaqdır...”
5 OPEK-ə üzv ölkələr neft hasilatını azaltmaq barədə razılığa gəliblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info