“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
Tarix: 21.09.2018 | Saat: 15:29:00 | E-mail | Çapa göndər



“Bu təşkilat həmişə Ermənistanın təhlükəsizlik məsələsinə biganəlik nümayiş etdirib”


«Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Birləşmiş Ştabının rəisi Anatoli Sidorov Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətin sülh yolu ilə həll olunacağına ümid edir». Bu barədə Sidorov "Russia Today" agentliyinin təşkil etdiyi telekörpü zamanı Ermənistan-Azərbaycan sərhədindəki son durumla bağlı sualları cavablandırarkən deyib. «Ermənistan KTMT-yə müraciət etməyib. Buna görə də, əslində, KTMT-nin güc potensialı burada tətbiq edilə bilməz. Lakin bütün bunlara rəğmən, biz tərəflərin problemi müstəqil şəkildə, özü də sülh yolu ilə həll edəcəklərinə ümid edirik»,-deyə Anatoli Sidorov bildirib.
Məsələyə Ermənistanın “Jamanak” nəşrinin münasibəti isə belədir: “Belə görünür ki, KTMT öz üzvlərinin təhlükəsizliyinin qorunması üçün unikal bir formula tapıb: münaqişə tərəflərinin bir-biri ilə ortaq bir dil tapması formulunu.
Əlbəttə ki, ermənilərin KTMT-dən bu cür sözlər eşitməsi artıq adi hal almaqdadır. Bunun bariz nümunəsini biz 2016-cı ilin Aprel döyüşlərində də gördük. Bu, bir daha Ermənistan cəmiyyətinə sübut etdi ki, bizim bu strukturdan heç bir gözləntiyə malik olmağımıza dəyməz».
«Jamanak» daha sonra yazır: «Əlbəttə, bu vəziyyət, bir tərəfdən KTMT-nin formal xarakterini göstərirsə, digər tərəfdən isə Sidorovun sözlərindəki laqeydlik Ermənistan-Rusiya münasibətlərindəki mövcud böhranı əks etdirir. Ümumiyyətlə, KTMT bir təşkilat kimi, həmişə Ermənistanın təhlükəsizlik məsələsinə biganəlik nümayiş etdirib. Bundan əlavə, təşkilatın iki aparıcı üzvü-Rusiya və Belarus bu gün də Azərbaycanı silahlandırmaqla məşğuldur. Təşkilatın digər üzvü - Qazaxıstan isə Avrasiya məkanında Bakının maraqlarının əsas lobbisti kimi çıxış etməkdədir».
Elə buradaca rus tədqiqatçısı V. L.Veliçkonun "Qafqaz" əsərindən bir xatırlatma etmək yerinə düşər: «…Məhz ermənilər hər cür bəhanə ilə hay-küy qoparmaq qabiliyyətinə malikdirlər. Onları özgə evinə buraxmadıqda, yaxud hər hansı bir hiylələrinin üstünü açdıqda, ya da oğrularını məhkəməyə verdikdə təkcə özləri hay-küy qoparmırlar, həm də özgə xalqdan olan, səfeh, yaxud satqın admları da hay-küy qoparmağa məcbur edirlər».
Doğrudan da, rus tədqiqatçısının nə qədər haqlı olduğunu tarix artıq dəfələrlə sübut edib. Maraqlıdır ki, erməni nəşrinin KTMT ünvanına səsləndirdiyi fikirləri davam etdirən «ArmenianReport» saytı daha da irəli gedərək, KTMT-nin Ermənistanın nə dostu, nə də yoldaşı olmadığını bildirir: «Biz bunu dəfələrlə səsləndirmişik. Bu gün Ermənistanda çox az sayda insan Rusiyanın bu cib təşkilatı haqqında illüziyalara malikdir. Bu təşkilat bizim üçün artıq mütləq olaraq dəyərsizləşib və bunu ölkə əhalisi arasında çoxları anlamaqdadır».

“Təşkilatın iki aparıcı üzvü-Rusiya və Belarus bu gün də Azərbaycanı silahlandırmaqla məşğuldur. Digər üzvü - Qazaxıstan isə Avrasiya məkanında Bakının maraqlarının əsas lobbisti kimi çıxış etməkdədir”

Qeyd edilməlidir ki, sayt Rusiyanın Ermənistana qarşı sərgilədiyi münasibətin kökünün İrəvanın NATO və Qərbə doğru tutduğu mövqedən irəli gəldiyini bildirir. Kreml Ermənistanı bu yoldan sapındırmaq üçün hələ də dirəniş göstərir. Yəni onlar bununla ermənilərə çatdırmaq istəyirlər ki, nə qədər ki, NATO və Qərb sevdası sizi tərk etməyib, deməli, bizdən heç bir yardım gözləməyə dəyməz: «Amma, təəssüf ki, ruslar burada qılıncın ikiağızlı olduğunu nəzərə almırlar. Bəli, bir tərəfdən Azərbaycan qarşısında Ermənistanı dəstəkləməkdən imtina edən Moskva və onun ittihamçıları Paşinyanı şantaj edirlər, digər tərəfdən isə Kreml erməni cəmiyyətində, az da olsa, qalan rus əhvali-ruhiyyəsinin qalıqlarını məhv edib, Koçaryan-Sarkisyan kimi beşinci kolon üzvlərinin ayağı altına stul qoyurlar. Təsadüfi deyil ki, bir neçə gün əvvəl "Kommersant" qəzetinə müsahibə verən Robert Koçaryan Ermənistan üçün KTMT və Avrasiya dəyərlər sistemindən başqa, alternativ olmadığını sübut etməyə çalışmışdı. Bu, bəlkə də, Ermənistanın hazırkı vəziyyətində doğru qərar ola bilərdi, lakin hazırda «gülləyə tuş gələn ərazilərimizə görə», biz kimə müraciət etməliyik, NATO-yamı? Təbii ki, yox! Belə olan halda sizin Ermənistana göstərdiyiniz sayqısızlıq, ölkənin yeni hakimiyyətini başqa istiqamətə - NATO-ya üz tutmağa vadar edir(?). Bunu Sidorovun simasında ermənilərin ruslara olan inamsızlığı məcbur edir».
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
23.10.2018
Ermənistan 7 milyardlıq xarici borcu necə ödəyəcək?
22.10.2018
Azərbaycanın media təmsilçilərinin Gürcüstana səfəri uğurlu nəticələrlə yekunlaşıb
22.10.2018
“Həştərxan-Azərbaycan: Qadın Sahibkarlığı” Forumu keçirilir
22.10.2018
Leyla İmanova Macarıstan prezidentinin “Qızıl xaç” ordeni ilə təltif edildi
22.10.2018
Rusiya ilə Ermənistan arasında böhran davam edir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10312

1 Azərbaycanlı gənclər İtaliyada şirkət açıblar
2 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
3 Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”
4 Yunanıstan və Ukraynadakı diaspor üzvlərinin görüşü olub
5 Polşada yaşayan Azərbaycanlılar üçün qaynar xətt yaradıldı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info