Ombudsman: “Yalnız müharibənin acısını yaşamış xalqlar sülhün dəyərini bilir”
Tarix: 21.09.2018 | Saat: 19:23:00 | E-mail | Çapa göndər


İnsan hüquqları, sülh mədəniyyətinin təbliği, əhalinin hüquq mədəniyyətinin inkişafı demokratik-hüquqi dövlətin və vətəndaş cəmiyyətinin qurulması prosesinə təkan verən ən mühüm amillərdəndir.
BMT Baş Assambleyasının 1981-ci ildə qəbul etdiyi qətnaməsi ilə Beynəlxalq Sülh Günü təsis edilib, 2001-ci ildən isə həmin 21 sentyabr tarixi bütün dünyada qeyri-zorakılıq və atəşkəs günü kimi qeyd olunur və bütün dövlətləri həmin gün və gələcəkdə hər hansı bir hərbi əməliyyat aparmaqdan çəkinməyə çağırır. Cari il üçün Beynəlxalq Sülh Gününün mövzusunu “Sülh hüququ: Ümumdünya İnsan hüquqları Bəyannaməsi - 70” təşkil edir.
Bir qayda olaraq, Beynəlxalq Sülh Günü ərəfəsində bir çox ölkələrdə müxtəlif tədbirlər keçirilir. Rusiya Federasiyasının Saratov şəhərində “Şəhər günü”nə təsadüf edib və Rusiya Federasiyasının Saratov vilayətinin İnsan Hüquqları üzrə Müvəkkili institutunun yaranmasının 20 illiyinə həsr edilmiş “İnsan hüquqları dövlətin müasir inkişafının göstəricisidir” mövzusunda beynəlxalq elmi-praktiki konfrans təşkil olunub. Ümumilikdə 200 nəfərdən artıq iştirakçısı olan həmin tədbirə Rusiya Federasiyası subyektlərinin və xarici ölkələrin ombudsmanları, şəhər rəhbərliyi və digər dövlət orqanlarının əməkdaşları, BMT-nin İnsan Hüquqları Ali Komissarlığının, Avropa Şurasının və bir sıra digər beynəlxalq təşkilatların təmsilçiləri, o cümlədən konfransın keçirildiyi Saratov Dövlət Hüquq Akademiyasının və digər hüquq üzrə ali təhsil müəssisələrinin müəllim və tələbə heyəti, vətəndaş cəmiyyəti üzvləri və KİV nümayəndələri qatılıblar.
Konfransın məqsədi müasir inkişaf modelinin strateji aspektləri və insan hüquqlarının təmini, qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə kompleks təhlillər aparılılmaqla tövsiyələrin hazırlanması üzrə birgə müzakirələrin keçirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsindən ibarət olub.
Həmin tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova və təsisatın əməkdaşı Turan Cahangirova iştirak ediblər. Konfransı giriş sözü ilə açan Rusiya Federasiyasının İnsan Hüquqları üzrə Müvəkkili və digər təşkilatçılar insan hüquqlarının hərtərəfli həyata keçirilməsi, həmçinin hüquqpozmaların qarşısının alınması və pozulmuş hüquqların bərpası məsələlərinin 193 ölkənin qəbul etdiyi “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”də əks olunduğunu qeyd ediblər.
Tədbirdə “Qərar qəbul etmədə bərabərlik və fəal iştirakçılıq hüquqi dövlətin əsas göstəriciləridir” adlı xüsusi məruzə ilə çıxış edən Müvəkkil Elmira Süleymanova Azərbaycan Respublikası və Rusiya Federasiyası Prezidentlərinin cari ayın əvvəllərində Soçi şəhərində baş tutmuş görüşünün nəticələrindən danışaraq, beş Xəzəryanı dövlətlərin imzaladığı Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın və 2024-cü ilədək əsas yönlərinin inkişafı üzrə fəaliyyət planından ibarət beş “yol xəritəsi” üzrə qəbul edilən memorandumun, həmçinin Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinə dəstəyinin iqtisadi, hümanitar, mədəni və bir çox digər sahələrdə əməkdaşlığın inkişafına əlverişli zəmin yaratdığını qeyd edib.
Ombudsman ölkəmizdə insan hüquqları ilə yanaşı, bir çox digər sahələrdə aparılan islahatlar barədə məlumat verərək, əhalinin bütün təbəqələri üçün bərabər sosial təminat sisteminin təkmilləşdirilməsi nəticəsində ölkədə yoxsulluq və işsizlik səviyyəsinin azaldıldığı, bərabərlik, azadlıq və digər prinsiplər əsasında miqrantların hüquqlarının səmərəli təmin edilməsi üzrə mütərəqqi qanunvericilik bazasının yaradıldığı, habelə qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən sistemli və əhatəli tədbirlər nəticəsində onların çoxunun çadır düşərgələrindən müasir və tam infrastrukturla təmin olunmuş 98 qəsəbəyə köçürüldüyünü xüsusi vurğulayıb. Müvəkkilin çıxışında 2006-cı ildə qəbul edilmiş Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının və 2011-ci ildə qəbul edilən Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının ölkəmizdə insan hüquqlarının daha səmərəli müdafiəsi və təmini üzrə yol xəritəsi olduğu, sözügedən Proqramın icrasının monitorinqi məqsədilə Ombudsmanın ölkənin şəhər və rayonlarında ictimai dinləmələrin keçirdiyi, həmin tədbirlər çərçivəsində, həmçinin şikayətçilərin təkbətək qəbul edildiyi, onların qaldırdıqları məsələlərin həlli üzrə tədbirlər görüldüyü, əldə edilən nəticələrin təhlil edilərək illik məruzələrdə və səlahiyyətli dövlət orqanlarına ünvanlanan tövsiyələrdə əks etdirildiyi vurğulanıb. E.Süleymanova bərabərlik və ayrı-seçkiliyə yolverilməzlik prinsipinin 100 il öncə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən bəyan edildiyini və müsəlman Şərqində ilk dəfə olaraq qadınlara kişilərlə bərabər seçki hüququnun verilməsi ilə onların ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməsinə təkan verildiyini bildirib.
Müvəkkil yalnız müharibənin acısını yaşamış xalqların sülhün dəyərini bildiyini, artıq 30 ilə yaxındır ki, davam edən hərbi təcavüz nəticəsində ölkəmizin, xalqımızın yenidən silahlı münaqişənin ağır nəticələrindən əziyyət çəkdiyini, Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən zəbt olunduğunu, on minlərlə günahsız insanın həyatına son qoyulduğunu, bir milyondan artıq insanın qaçqın və məcburi köçkün düşdüyünü, dünyada hər 135 nəfərdən birinin qaçqın olduğu halda, Azərbaycanda hər 8 nəfərdən birinin qaçqın və məcburi köçkün həyatı yaşadığını, onların insan hüquqlarının kütləvi şəkildə kobudcasına pozulduğunu və hələ də pozulmaqda davam etdiyini vurğulayıb.
Çıxışın yekununda Müvəkkil beynəlxalq təşkilatları insanlığa qarşı törədilən cinayətlərə beynəlxalq hüquqi qiymətin verilməsinə, Azərbaycan xalqının ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin ümumbəşər beynəlxalq norma və prinsiplərə uyğun olaraq sülh yolu ilə, tezliklə və ədalətli həll edilməsinə dəstək verməyə, sülhməramlı qüvvələri bu müharibə ocağında atəşkəsin, əmin-əmanlığın təmin olunmasa çağırıb, bununla da regionda dayanıqlı sülh, inkişaf və sabitliyin təmini istiqamətində qətiyyətli tədbirlər görülməklə əsaslı dönüşlərin yaradılmasına yeni imkanların yaradılacağını vurğulayıb.
Səfər çərçivəsində Azərbaycan Respublikasının və Saratov vilayətinin İnsan Hüquqları üzrə Müvəkkillərinin yeni prioritetlər və çağırışlara cavab verən ikitərəfli əməkdaşlıq sazişinin imzalanması üzrə razılıq əldə olunub.

Nigar




 
Bölməyə aid digər xəbərlər
18.10.2018
Rusiyalı tarixçi: Ermənistanda faşizmin qəhrəmanlıq kimi təqdim edilməsi aktuallığını itirmir
18.10.2018
Musa Qasımlı: Ötən illər göstərdi ki, Heydər Əliyev siyasətinin alternativi yoxdur
18.10.2018
“Son 15 ildə müstəqil Azərbaycan heyrətamiz inkişaf və yüksəliş yolu keçib”
18.10.2018
Baş nazir Türkmənistanın Nazirlər Kabineti Sədrinin müavini ilə görüşüb
18.10.2018
Azərbaycan nümayəndə heyəti Pekində Tayhu Dünya Mədəniyyət Forumunda iştirak edir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10270

1 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
2 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
3 Dadaizm və Sürrealizm cərəyanının görkəmli nümayəndəsi
4 Vətən uzaqda deyil
5 Tovuzda insanların poeziyaya olan məhəbbəti tükənməzdir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info