Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
Tarix: 21.09.2018 | Saat: 20:00:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması barədə tapşırıqlarına uyğun olaraq Ədliyyə Nazirliyi tərəfindən vətəndaşların bölgələrdə qəbuluna xüsusi diqqət yetirilir. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, sentyabrın 21-də ədliyyə naziri Fikrət Məmmədov Ağstafa rayonu Heydər Əliyev Mərkəzində Ağstafa, Qazax və Tovuz rayonlarından olan vətəndaşların qəbulunu keçirib.
Qəbuldan əvvəl nazir və Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyub, əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər. Qəbul zamanı hər bir vətəndaş diqqətlə dinlənilib, müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapıb, digər müraciətlər üzrə nazirliyin qəbulda iştirak edən aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib. Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Səfər zamanı ədliyyə naziri, həmçinin yerli ədliyyə və məhkəmə orqanlarının fəaliyyəti və iş şəraiti ilə tanış olub, ədliyyə işçiləri və bölgənin hakimləri ilə müşavirə keçirib.
Müşavirədə nazir dövlət başçısının ədliyyə fəaliyyətinin müasirləşməsi, qabaqcıl texnologiyaların tətbiqi, iş şəraitinin yaxşılaşdırılması, məhkəmə qərarlarının icrası işinin təkmilləşdirilməsi, probasiya xidmətinin fəaliyyətinin təşkili ilə bağlı tapşırıq verib, vətəndaş məmnunluğunun təmin edilməsini, nizam-intizama, etik davranış qaydalarına dönmədən əməl olunmasını vurğulayıb.




 
Bölməyə aid digər xəbərlər
16.10.2018
“Loqos”da Üsküdar Universitetinin təqdimatı keçirilib
16.10.2018
Tərtər rayonunun daha dörd kəndinə təbii qaz verilib
16.10.2018
Naxçıvanda “Arıçılıq məhsulları – bal festivalı” keçiriləcək
16.10.2018
Respublika əhəmiyyətli Tərtər-Hindarx avtomobil yolu yenidən qurulur
16.10.2018
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsal artıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10258

1 Dənizçilər təqaüddə olan həmkarlarını ziyarət ediblər
2 Vətən uzaqda deyil
3 Tovuzda insanların poeziyaya olan məhəbbəti tükənməzdir
4 “Belarusda yaşayan azərbaycanlı gənclər yetərincə aktivdirlər”
5 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info