Gənc fiziklər Bakıya toplaşıb
Tarix: 02.07.2013 | Saat: 01:37:00 | E-mail | Çapa göndər


Avropa İttifaqının elm və texnologiyaların Avropa tədqiqat məkanında inkişafı və geniş tətbiqləri üzrə 7-ci Çərçivə Proqramı 2007-ci ildə fəaliyyətə başlayıb. 53 milyard avroluq büdcəyə malik olan bu proqram Avropada həyata keçirilən ən böyük proqramlardan biridir. Proqramın əsas məqsədi, Avropa Komissiyası tərəfindən 2007-2013-cü illərdə mütəmadi elan edilən müxtəlif müsabiqə və tenderlər vasitəsilə Avropa İttifaqı və onunla sıx əməkdaşlıq edən digər dövlətlərin elmi-tədqiqatlarla məşğul olan müxtəlif təşkilatlarının elmi layihələrinin maliyyələşdirilməsidir.
Azərbaycanın elmi-tədqiqatlar sahəsində Avropa tədqiqat məkanı ilə əməkdaşlığını təşviq etməyi və gücləndirməyi qarşısına məqsəd qoyan PRIMA-ERA layihəsi də 2011-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutu, Fransanın Milli Elmi-Tədqiqatlar Şurasının Bərpa Olunan Enerji Mənbələri üzrə Elmi-Tədqiqat İnstitutu və Türkiyə Elm və Texnoloji Tədqiqatlar Şurasının (TÜBİTAK) Mərmərə Elmi-Tədqiqat Mərkəzi tərəfindən konsorsium şəklində Avropa Komissiyasının elan etdiyi müsabiqəyə təqdim olunub və həmin müsabiqənin qalibi kimi 2013-cü ilin yanvarından fəaliyyətə başlayıb.
İyulun 1-dən 6-dək Bakıda keçiriləcək “ComMat-PV-13” beynəlxalq yay məktəbi də PRIMA-ERA layihəsi çərçivəsində təşkil edilən növbəti tədbirdir. Yay məktəbinin əsas məqsədi Azərbaycanın fotovoltaika sahəsində çalışan gənc mütəxəssislərinin region dövlətlərindən, eləcə də Avropadan və digər dövlətlərdən olan gənc alimlərlə birgə dünyanın aparıcı elmi-tədqiqat mərkəzlərini təmsil edən alimlərin mühazirələrini dinləmələrinə və geniş müzakirələr aparmalarına şərait yaratmaqdır. Beynəlxalq yay məktəbinin açılış mərasimi keçirilib.
Tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə, Fizika İnstitutunun direktoru, professor Nazim Məmmədov, Fransanın Milli Elmi-Tədqiqatlar Şurasının Bərpa Olunan Enerji Mənbələri üzrə Elmi-Tədqiqat İnstitutunun əməkdaşları Jan-Fransua Guillemoles və Negar Naqavi, Almaniyanın Material və Enerji üzrə Berlin Helmholtz Mərkəzindən Syuzan Şorr, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) icraçı direktoru Elçin Babayev çıxış ediblər. Beynəlxalq yay məktəbində Azərbaycan, Fransa, Niderland, İngiltərə, Almaniya və Gürcüstandan 10 professor-mühazirəçi, Azərbaycan ilə yanaşı, Türkiyə, İtaliya, Almaniya, Fransa, İngiltərə, Meksika, Gürcüstan, Rusiya və Özbəkistandan 43 gənc elmi-tədqiqatçı dinləyici qismində iştirak edir. Yay məktəbi ərzində gənclərin bərpa olunan enerji mənbələri üzrə əldə etdikləri ən son elmi nəticələrin poster şəklində təqdim edilməsi, posterlərin xüsusi komissiya tərəfindən qiymətləndirilməsi və ən yaxşı iki poster üçün xüsusi mükafatların müəyyənləşdirilməsi də nəzərdə tutulub. Beynəlxalq yay məktəbinin keçirilməsinə Prezident yanında Elmin İnkişafı Fondu elmi-təşkilati və maliyyə dəstəyi göstərir. Fond gənc alim və mütəxəssislərin elmi fəaliyyətini xüsusi qrant müsabiqələri yolu ilə dəstəkləməklə yanaşı, konfrans, seminar və məktəblərin təşkilində də iştirak edir.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb
19.11.2018
“Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” mövzusunda müsabiqə elan edildi
19.11.2018
Türkdilli dövlətlərin PR mütəxəssisləri Bakıya gələcəklər
19.11.2018
Qaradağ məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində yola salındılar
19.11.2018
KİV nümayəndələri “Mazımçay“ gömrük postundakı yeniliklərlə tanış olublar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info