“Regionda gərginliyin artmasında tam məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür”
Tarix: 21.09.2018 | Saat: 17:14:00 | E-mail | Çapa göndər


BMT İnsan Hüquqları Şurasının (İHŞ) 39-cu sessiyası çərçivəsində Universal Dövri İcmal (UDİ) üzrə İşçi Qrupunun Azərbaycan Respublikasının 3-cü dövri məruzəsi üzrə hesabatın qəbul edilməsi ilə bağlı iclas keçirilib. XİN-dən verilən məlumata görə, tədbirin əvvəlində Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov açılış nitqi ilə çıxış edib və UDİ üzrə baxışda rəsmi Bakıya təqdim olunan 259 tövsiyədən əksəriyyətinə dəstək verildiyini, onların bir hissəsinin artıq həyata keçirildiyini və qalan tövsiyələrin isə həyata keçirilməkdə olduğunu bildirib.
Nazir müavini Azərbaycanın BMT-nin müqavilə qurumları və UDİ mexanizmi çərçivəsində əməkdaşlığa önəm verdiyini vurğulayıb. O, bu xüsusda sözügedən mexanizmlər çərçivəsində Azərbaycana münasibətdə qəbul edilən tövsiyələrin icrasına nəzarəti daha da gücləndirilmək məqsədilə milli mexanizm kimi fəaliyyət göstərəcək işçi qrupun yaradılması haqqında Prezidentin sərəncamı barədə məlumat verib.
Eyni zamanda, o, qaçqın və məcburi köçkünlərin iqtisadi-sosial şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərə toxunaraq, 2016-cı ilin aprel ayında Ermənistanın işğalından azad edilmiş Cəbrayıl rayonunun Cocuq-Mərcanlı kəndinin bərpası ilə bağlı həyata keçirilən işlər barədə şuranı məlumatlandırıb.
Bu xüsusda, X.Xələfov son 30 il ərzində Azərbaycanın Ermənistan Respublikası tərəfindən işğalı nəticəsində qaçqın və məcburi köçkünlərin əsas hüquqlarının pozulduğunu qeyd edib və bu xüsusda, BMT-nin İnsan Hüquqları Şurasını, eləcə də onun xüsusi mexanizmlərini və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarını BMT-nin Təhlükəsizlik Şurası və Baş Assambleyasının müvafiq qətnamələrinə uyğun olaraq, azərbaycanlı qaçqın və məcburi köçkünlərin pozulan hüquqlarının bərpası istiqamətində ciddi addımlar artmağa çağırıb.
X.Xələfov Ermənistanın BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının müvafiq qətnamələrinə məhəl qoymadığını bildirib. Təəssüflə qeyd edilib ki, Ermənistanın yeni rəhbərliyinin son bəyanatları danışıqlar prosesini niyyətli olaraq pozur və Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalının möhkəmləndirilməsinə xidmət edir və bununla regionu yeni təhlükələrlə üz-üzə qoyur. Nazir müavini bəyan edib ki, danışıqlar prosesinin pozulması və regionda gərginliyin artmasında tam məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür.
X.Xələfov Ermənistan rəhbərliyini dövlətlərin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanımış sərhədlərinin pozulmamazlığı və ölkəmizin bütün işğal olunmuş ərazilərinin şərtsiz azad olunması əsasında münaqişənin həlli istiqamətində konstruktiv mövqe tutmağa çağırıb.
İclas zamanı bir çox ölkələrin nümayəndələri çıxış edərək, ölkəmizin UDİ üzrə növbəti prosesinin uğurla və müvəffəqiyyətlə həyata keçirilməsi və ölkəmizin nümayəndə heyətinin konstruktiv iştirakına görə Azərbaycan tərəfini təbrik edib, Azərbaycan Respublikasının UDİ üzrə hesabatının İHŞ tərəfindən yekdilliklə qəbul edilməsini tövsiyə ediblər.
Tədbirdə iştirak edən bir sıra beynəlxalq qeyri-hökumət təşkilatları öz çıxışlarında Azərbaycanda vətəndaş cəmiyyəti, məhkəmə, mətbuat və söz azadlığı, vəkillik, gender bərabərliyi və cinsi azlıqlar məsələlərinə münasibət bildiriblər.
İclasın sonunda UDİ üzrə İşçi Qrupunun Azərbaycan Respublikasının baxışı üzrə hesabatı İHŞ tərəfindən yekdilliklə qəbul olunub.

Ermənilər girov götürdükləri azərbaycanlılara qarşı beynəlxalq konvensiyanı kobud şəkildə pozublar

Ötən gün "Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyi Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə icra etdiyi "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı girov götürülmüş mülki əhalinin (qadın və uşaqların) pozulmuş hüquqlarının tədqiqi” mövzusunda layihəsinin yekun təqdimatını keçirib. Birlikdən verilən məlumata görə, layihə çərçivəsində Bakı şəhərində, Abşeronda, Ağdam rayonunun kənd və qəsəbələrində, Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində məskunlaşmış, yaş həddi 28-70 olan 100 nəfər girovluqdan azad edilmiş qadın və girov götürülən zaman azyaşlı olmuş şəxslərlə sorğular keçirilib.

Birliyin rəhbəri Esmira Orucova bildirib ki, layihənin məqsədi erməni girovluğundan azad edilmiş mülki əhalinin - qadınların və girov götürülən zaman yetkinlik yaşına çatmamış uşaqların qarşı tərəfdə saxlanılan zaman qəbul olunmuş beynəlxalq humanitar hüquq normalarına zidd olaraq onlara tətbiq edilmiş işgəncə və zorakılıqları - şəxsiyyətlərinin tapdanması, şantaj edilməsi, hədə-qorxu altında saxlanılması, alçaldılması, fiziki, mənəvi, psixoloji və digər zorakılıqlara məruz qalması hallarını tədqiq etmək olub: "Eləcə də həmin şəxslərin hüquqlarını həm milli və beynəlxalq səviyyədə müdafiə etmək məqsədilə toplanmış sorğulara istinadən emal olunmuş informasiya resursları və digər məlumatlar, həmçinin layihənin icra prosesi təhlil olunaraq müvafiq metodologiya əsasında əldə olunmuş nəticələrə istinadən erməni tərəfi ərazilərimizi işğal edən zaman girov götürdüyü mülki əhaliyə qarşı beynəlxalq konvensiya və sənədlərin pozulduğu aşkar edilib. Belə ki, 10 dekabr 1948-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən qəbul olunmuş "İnsan Hüquqları Haqqında Ümumi Bəyannamə”nin 2, 3, 5, 9 və 17-ci maddələri, 14 dekabr 1974-cü ildə qəbul olunmuş "Hərbi Münaqişələr və Fövqəladə Hallar Zamanı Qadın və Uşaqların Müdafiəsi Haqqında Bəyannamə”nin, 9 dekabr 1948-ci ildə qəbul olunmuş "Soyqırımı Cinayətlərinin Qarşısının Alınması və Cəzalandırılması Haqqında Konvensiya”nın tələbləri, 12 avqust 1949-cu il tarixli "Döyüşən silahlı qüvvələrdə yaralıların və xəstələrin vəziyyətinin yaxşılaşdırılması haqqında" və "Müharibə zamanı mülki əhalinin qorunması haqqında" Cenevrə Konvensiyaları, 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyalarına əlavə olunan və beynəlxalq silahlı münaqişə qurbanlarının himayəsinə həsr edilən 8 iyun 1977-ci il tarixli Protokolu ( I Protokol) IV hissəsi ermənilər tərəfindən kobud surətdə pozulub.

Aşkar olunmuş hüquq pozuntuları müvafiq yerli və beynəlxalq təşkilatlara – BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İşgəncələrə qarşı Komitəsinin rəhbərinə, BMT baş katibinin münaqişələr zamanı cinsi zorakılıq məsələləri üzrə xüsusi nümayəndəsinə, Beynəlxalq Qızıl Xaç Komitəsinin sədrinə, Avropa Şurasının baş katibinə, Avropa İttifaqının sədrinə, NATO-nun baş katibinə, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının sədrinə, Azərbaycanda akkreditə olunmuş bütün xarici ölkə səfirliklərinə göndərilib”.

Əsir və girovluqda qətlə yetirilmiş və ya müxtəlif səbəblərdən vəfat etmiş 553 nəfərin 104 nəfəri qadın olub

Qeyd edək ki, erməni girovluğundan azad edilmiş 1476 nəfərin 363-ü qadın və 223 nəfəri isə girov götürülən zaman uşaq olub. Münaqişə zamanı itkin düşmüş hesab olunan 3875 nəfərin 265-i qadın, 67 nəfəri isə uşaqdır. Şahid ifadələrinə əsasən, girov götürülməsi sübut olunmuş 773 nəfərin 68-i qadın, 29 nəfəri isə uşaqlardır.
Əsir və girovluqda qətlə yetirilmiş və ya müxtəlif səbəblərdən vəfat etmiş 553 nəfərin 104 nəfəri qadın olub.
Qeyd edilib ki, layihə çərçivəsində tədqiqat predmeti olan, sorğusu götürülmüş 100 nəfər girov götürülmüş mülki şəxs – qadın və uşaqlar beynəlxalq humanitar hüquq pozuntularına, işgəncə və qeyri-insani rəftara, sülh və insanlıq əleyhinə cinayətlərə, həmçinin digər beynəlxalq cinayətlərə məruz qaldıqdan sonra azad edilmiş məcburi köçkünlərdir. Sorğuya cəlb edilənlərin bəziləri həm də qaçqın, yəni 1989-cu ildə Azərbaycan xalqının əzəli və əbədi torpaqları olan Qərbi Azərbaycandan (indiki Ermənistandan) zorla qovulmuş və işğaldan əvvəlki Qarabağın müxtəlif bölgələrində yerləşdirilmiş şəxslərdir.
Layihənin yekun təqdimatında AR Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, AR Hərbi Prokurorluğu, AR Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, AR Ombudsman təsisatı nümayəndəsi, Milli QHT Forumunun vitse-prezidenti və idarə heyətinin sədri, işğal olunmuş ərazilərin icra hakimiyyətlərinin əməkdaşları, tanınmış hüquqşünas alimlər, girovluqda olmuş şəxslər, QHT sədrləri və KİV nümayəndələri iştirak ediblər.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
14.12.2018
Aİ növbəti dəfə Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə dəstəyini ifadə edib
13.12.2018
“Şərq Tərəfdaşlığı ölkələrində dondurulmuş münaqişələrin həllində beynəlxalq hüquq normaları əsas götürülməlidir”
12.12.2018
“Qondarma rejim tərəfindən vətəndaşların, həmvətənlərimizin hüquqları kobudcasına pozulub”
11.12.2018
“Türkiyə yalnız Azərbaycan ərazilərinin azad olunmasından sonra Ermənistanla münasibətləri normallaşdırmağa hazırdır”
10.12.2018
“Azərbaycan хalqının başına gətirilən müsibətlərin dünya ictimaiyyətinə çatdırılmasında ardıcıl tədbirlər həyata keçirilir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10527

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 “Tbilisi elə bir yerdir ki, burada zamanın necə keçdiyini hiss etmirsən”
3 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
4 Gələn ildən işlə bağlı müraciətlər elektron qaydada aparılacaq
5 Azərbaycanlı gənc Misirdə fiziki qüsurlular üçün iki cihaz ixtira edib


17.12 00:33 Oqtay Əsədov Türkiyənin vitse-prezidenti Faiq Oqtayla görüşüb 16.12.2018 [22:46] Tbilisi, 16 dekabr, AZƏRTAC Gürcüstan prezidentinin andiçmə mərasimində iştirak etmək üçün bu ölkədə səfərdə olan Milli Məclisin sədri Oqtay Əsədov dekabrın 16-da Türkiyənin vitse-prezidenti Faiq Oqtayla görüşüb. AZƏRTAC xəbər verir ki, görüşdə iki qardaş ölkə arasında münasibətlərin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb. Türkiyə ilə Azərbaycan arasındakı strateji tərəfdaşlığın daha da genişlənməsindən məmnunluq ifadə olunub, bu işdə dövlətlərimizin başçılarının rolu xüsusi qeyd olunub. Görüşdə regionda və dünyada gedən proseslər, iki ölkənin regionda və dünyada artan nüfuzu, birgə həyata keçirilən layihələr və s. məsələlər də müzakirə olunub. Azərbaycan xarici işlər nazirinin müavini Ramiz Həsənov görüşdə iştirak edib. Xətayi Əzizov AZƏRTAC-ın xüsusi müxbiri Tbilisi © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin AddThis Sharing Buttons Share to FacebookShare to TwitterShare to Çap etShare to Daha Çox MÜƏLLİFLƏ ƏLAQƏ Bölmənin digər xəbərləri 12.12.2018 [12:48] NATO Baş komandanı ilə Rusiya Baş Qərargah rəisinin görüşünün Bakıda keçirilməsi Azərbaycana etimadın göstəricisidir 12.12.2018 [12:40] Xələf Xələfov: Gürcüstan və Azərbaycan arasında sərhədlərin delimitasiyası ilə bağlı komissiyaların fəaliyyəti davam edir VİDEO 07.12.2018 [12:46] Azərbaycanın xarici işlər naziri ATƏT-in media azadlığı üzrə nümayəndəsi ilə görüşüb 06.12.2018 [21:21] Türk Şurasının növbəti Zirvə toplantısı gələn il Azərbaycanda keçiriləcək 1 / 1 MULTİMEDİA VİDEO İNFOQRAFİKA Misirdə 4400 illik məzar aşkar olunub 16.12.2018 [19:57] Misirdə 4400 illik məzar aşkar olunub İsveçrədə turistləri daşıyan avtobus qəzaya uğrayıb 16.12.2018 [15:48] İsveçrədə turistləri daşıyan avtobus qəzaya uğrayıb Gürcüstanda müxalifətlə polis arasında qarşıdurma olub 16.12.2018 [15:34] Gürcüstanda müxalifətlə polis arasında qarşıdurma olub Sabahdan hava qeyri-sabit keçəcək 16.12.2018 [14:32] Sabahdan hava qeyri-sabit keçəcək Bütün Videolar SİYASƏT Milli Məclisin sədri Oqtay Əsədov Türkiyənin vitse-prezidenti Faiq Oqtayla görüşüb Milli Məclisin sədri Oqtay Əsədov Türkiyənin vitse-prezidenti Faiq Oqtayla görüşüb 16.12.2018 [18:15] Türkiyədə yaşayan azərbaycanlılarla görüş keçirilib 16.12.2018 [17:34] Cavanşir Feyziyev: Azərbaycan Avropa İttifaqının Cənubi Qafqazda ən etibarlı tərəfdaşıdır 16.12.2018 [15:42] Azərbaycan Milli Məclisinin sədri Gürcüstan Prezidentinin andiçmə mərasimində iştirak edib İQTİSADİYYAT Azərbaycan və Ukrayna arasında turizmin inkişafı müzakirə edilib Azərbaycan və Ukrayna arasında turizmin inkişafı müzakirə edilib 16.12.2018 [07:41] Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək 16.12.2018 [01:25] On bir ayda mebel istehsalı iki dəfədən çox artıb 15.12.2018 [18:06] Bu il ölkədən 244,3 min ton kimya sənayesi məhsulları göndərilib ELM VƏ TƏHSİL ADNSU-da üçüncü startap və innovasiya festivalı keçirilib ADNSU-da üçüncü startap və innovasiya festivalı keçirilib 15.12.2018 [11:21] Elmə həsr edilmiş nurlu ömür 14.12.2018 [21:18] “Bir” Tələbə-Könüllü Proqramı milli könüllü platformasıdır 14.12.2018 [19:10] Palçıq vulkanlarının insanların həyat və təsərrüfat fəaliyyətinə təsiri araşdırılıb MƏDƏNİYYƏT Azərbaycan məhsulları beynəlxalq xeyriyyə tədbirində təqdim olunub Azərbaycan məhsulları beynəlxalq xeyriyyə tədbirində təqdim olunub 16.12.2018 [08:18] “Soyuq müharibə” filmi Avropa Kino Akademiyasının baş mükafatını alıb 15.12.2018 [22:04] Portuqaliya klassik musiqisi ilə muğamın sintezi 15.12.2018 [20:21] Akademik Opera və Balet Teatrında “Karmen” operası təqdim edilib TURİZM Azərbaycan və Ukrayna arasında turizmin inkişafı müzakirə edilib Azərbaycan və Ukrayna arasında turizmin inkişafı müzakirə edilib 13.12.2018 [15:41] Azərbaycanın xarici ölkələrdə rəsmi turizm nümayəndəlikləri açılıb 07.12.2018 [17:58] Şimali Qafqaz və Azərbaycan kurortları arasında əməkdaşlıq inkişaf edir 06.12.2018 [19:10] AZTA ilə Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb SƏHİYYƏ Azərbaycan Tibb Universitetinin əməkdaşları Türkiyədə keçirilən konqresdə iştirak ediblər Azərbaycan Tibb Universitetinin əməkdaşları Türkiyədə keçirilən konqresdə iştirak ediblər 15.12.2018 [11:22] Son iki ay yarımda 46 nəfər dəm qazından zəhərlənib 14.12.2018 [18:35] Azərbaycan Tibb Universitetində daha 6 şöbənin hesabatı dinlənilib 14.12.2018 [15:19] Uşaqlarda nitq qüsurları EKOLOGİYA Sinoptiklərdən xəbərdarlıq: Havanın temperaturu 5-7° enəcək Sinoptiklərdən xəbərdarlıq: Havanın temperaturu 5-7° enəcək 16.12.2018 [13:59] Sabahın hava proqnozu açıqlanıb 15.12.2018 [17:51] “Ağac əkək, qoruyaq, bu ənənəni yaşadaq!” aksiyasına “ASAN xidmət” də qoşuldu 15.12.2018 [16:23] Suraxanı rayonunda keçirilən növbəti aksiya zamanı 500-dən çox ağac əkilib CƏMİYYƏT Şirvan şəhəri və ətraf rayonların əhalisinə pulsuz hüquqi yardım göstərilib Şirvan şəhəri və ətraf rayonların əhalisinə pulsuz hüquqi yardım göstərilib 16.12.2018 [12:00] Fövqəladə Hallar Nazirliyinin yaradılmasından 13 il ötür 15.12.2018 [18:38] Badamdar sürüşmə sahəsində əlavə beş drenaj quyusunun qazılmasına başlanılıb 15.12.2018 [17:16] İranın informasiya və milli təhlükəsizlik naziri Bibiheybət məscid-ziyarətgah kompleksində olub Xəbərin mətnində orfoqrafik səhv var SON XƏBƏRLƏR [00:00] DÜNYA Salome Zurabişvili: Cənubi Qafqazda sülh və təhlükəsizlik bütün dünyaya lazımdır 16.12.2018 [23:20] İDMAN Türkiyə Superliqası: “Beşiktaş” komandası “Trabzonspor”la oyunda hesabı son dəqiqələrdə bərabərləşdirməyi bacarıb 16.12.2018 [22:51] DÜNYA Güclü sel və daşqınlar Antalya və Bodrumda böyük fəsadlar yaradıb 16.12.2018 [22:46] SİYASƏT Milli Məclisin sədri Oqtay Əsədov Türkiyənin vitse-prezidenti Faiq Oqtayla görüşüb 16.12.2018 [22:22] İDMAN İngiltərə Premyer Liqası: “Liverpul” “Mançester Yunayted”i məğlub edərək liderliyi qoruyub 16.12.2018 [22:11] DÜNYA Əbu-Dabi polisi dəvələrin üstündə patrul xidməti aparacaq 16.12.2018 [21:30] İDMAN Azərbaycan kuboku: “Qarabağ” “Keşlə”ni məğlub edib 16.12.2018 [21:03] DÜNYA ABŞ bir əsr bundan əvvəl apardığı kilsə zənglərini Filippinə qaytarıb 16.12.2018 [20:15] DÜNYA Qırğızıstanda avtomobil qəzası dörd nəfərin həyatına son qoyub 16.12.2018 [19:48] MƏDƏNİYYƏT Azərbaycan məhsulları beynəlxalq xeyriyyə tədbirində təqdim olunub 16.12.2018 [19:00] İQTİSADİYYAT Azərbaycan və Ukrayna arasında turizmin inkişafı müzakirə edilib 16.12.2018 [18:15] SİYASƏT Türkiyədə yaşayan azərbaycanlılarla görüş keçirilib 16.12.2018 [17:49] DÜNYA İndoneziyanın Sulavesi adasındakı Soputan vulkanı püskürüb 16.12.2018 [17:34] SİYASƏT Cavanşir Feyziyev: Azərbaycan Avropa İttifaqının Cənubi Qafqazda ən etibarlı tərəfdaşıdır 16.12.2018 [17:12] DÜNYA Lvovda sərnişin avtobusu qəzaya uğrayıb, azı 4 nəfər ölüb 16.12.2018 [16:41] İDMAN “Qəbələ” doğma meydanda “Sabah”ı minimal hesabla məğlub edib 16.12.2018 [16:09] DÜNYA Yaponiyada mübahisəli adalarla bağlı sorğu keçirilib 16.12.2018 [15:42] SİYASƏT Azərbaycan Milli Məclisinin sədri Gürcüstan Prezidentinin andiçmə mərasimində iştirak edib 16.12.2018 [15:18] DÜNYA İndoneziyanın Papua əyalətində 5,9 bal gücündə zəlzələ olub 16.12.2018 [14:52] DÜNYA İraqın şimalında daha 10 terrorçu məhv edilib 16.12.2018 [14:40] CƏMİYYƏT Şirvan şəhəri və ətraf rayonların əhalisinə pulsuz hüquqi yardım göstərilib 16.12.2018 [14:12] CƏMİYYƏT Sinoptiklərdən xəbərdarlıq: Havanın temperaturu 5-7° enəcək 16.12.2018 [14:07] SİYASƏT Marian Lupu: Azərbaycan ilə Moldova arasında əməkdaşlıq əlaqələri yüksək səviyyədədir 16.12.2018 [13:59] CƏMİYYƏT Sabahın hava proqnozu açıqlanıb 16.12.2018 [13:30] İDMAN Bu gün Azərbaycan kubokunda dörddəbir final mərhələsinə yekun vurulacaq 16.12.2018 [13:16] İDMAN Roberto Bordin: Yarımfinala yüksəlmək üçün əlimizdən gələni edəcəyik 16.12.2018 [13:06] DÜNYA Gürcüstanda müxalifətlə polis arasında qarşıdurma olub VİDEO 16.12.2018 [13:02] SİYASƏT Geoffreu Van Orden: Azərbaycan Avropanın regiondakı ən vacib tərəfdaşıdır 16.12.2018 [12:00] CƏMİYYƏT Fövqəladə Hallar Nazirliyinin yaradılmasından 13 il ötür 16.12.2018 [10:46] SİYASƏT Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini pozmaqda davam edir VİDEO 16.12.2018 [10:09] REGİONLAR Xaçmazlı arıçı: Subsidiyaların ayrılması arıçılığın inkişafına təkan verəcək VİDEO 16.12.2018 [09:40] DÜNYA Çində 5,7 bal gücündə zəlzələ olub 16.12.2018 [08:46] DÜNYA Yaponiya Çinin 5G texnologiyalarını ölkəyə buraxmamağa çalışır 16.12.2018 [08:18] MƏDƏNİYYƏT “Soyuq müharibə” filmi Avropa Kino Akademiyasının baş mükafatını alıb 16.12.2018 [07:41] İQTİSADİYYAT Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək ƏN ÇOX OXUNAN 16.12.2018 [14:12] Sinoptiklərdən xəbərdarlıq: Havanın temperaturu 5-7° enəcək 16.12.2018 [03:40] Bu gün Gürcüstanın yeni seçilmiş prezidentinin andiçmə mərasimi keçiriləcək 16.12.2018 [13:06] Gürcüstanda müxalifətlə polis arasında qarşıdurma olub VİDEO 16.12.2018 [10:09] Xaçmazlı arıçı: Subsidiyaların ayrılması arıçılığın inkişafına təkan verəcək VİDEO 16.12.2018 [12:00] Fövqəladə Hallar Nazirliyinin yaradılmasından 13 il ötür Prev Next Mo Tu We Th Fr Sa Su 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 MÜSAHİBƏ 16.12.2018 [14:07] Marian Lupu: Azərbaycan ilə Moldova arasında əməkdaşlıq əlaqələri yüksək səviyyədədir 16.12.2018 [13:02] Geoffreu Van Orden: Azərbaycan Avropanın regiondakı ən vacib tərəfdaşıdır 15.12.2018 [10:30] General-leytenant Rəşad Sadiqov: düşmənlə üz-üzə səngərdə durmaq Azərbaycan sərhədçisi üçün böyük şərəfdir 13.12.2018 [19:07] Ələkbər Mustafayev: “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin reallaşdırdığı layihələr 8 mindən çox gənci əhatə edib ANALİTİKA 15.12.2018 [13:00] Yüz iyirmi ilin qiymətli ekran əsərləri və ya böyük tarixi olan Azərbaycan kinematoqrafiyası 12.12.2018 [12:01] Azərbaycanın özü qədər əbədi LİDER 11.12.2018 [12:27] Naxçıvan Muxtar Respublikasında əldə olunmuş bütün nailiyyətlərin əsasında ulu öndər Heydər Əliyevin inkişaf konsepsiyası dayanır 08.12.2018 [15:52] Dünyaya sığmayan şairə sığınan dünya BU MARAQLIDIR 15.12.2018 [14:24] Kanada vergi sistemi 11.12.2018 [16:08] İrlandiyada vergi sistemi 08.12.2018 [18:02] Yaponiyada miras qalan evlərə sahiblik etmək istəyən yoxdur 06.12.2018 [15:14] Astronomlar qara dəlikdən qalaktikalara yayılan güclü işıq selini tədqiq edirlər
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info