Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
Tarix: 21.09.2018 | Saat: 20:19:00 | E-mail | Çapa göndər


Milli Gimnastika Arenasında cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib. Mərasimdə Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri, Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer, dövlət və hökumət rəsmiləri iştirak ediblər. Əvvəlcə Azərbaycanın tarixi abidələri, idmanın, o cümlədən cüdonun inkişafı, ölkəmizdə keçirilən beynəlxalq idman yarışları ilə bağlı videoçarx nümayiş olunub. Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev və Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer mərasimdə çıxış ediblər. Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev çıxışında deyib ki, biz ilk dəfə cüdo üzrə dünya çempionatına ev sahibliyi edirik: “Artıq deyə bilərik ki, cüdo Azərbaycanda populyar idman növlərindəndir və ölkəmizin bütün bölgələrində cüdo ilə məşğul olurlar. Əmin olduğumu bildirmək istəyirəm ki, Bakı çempionatı idman həvəskarları üçün möhtəşəm bir bayrama çevriləcək”. Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer çıxışlnda deyib ki, Bakıdakı tədbir doğrudan da çox gözəldir, eyni zamanda, dostluq və qonaqpərvərlik bütün iştirakçıları valeh edir: “Azərbaycan yalnız yüksək iqtisadi göstəricilərə malik bir ölkə deyil, eyni zamanda, mədəniyyət, idman, incəsənət və digər sahələrə böyük sərmayələr yatıran bir ölkədir. Bir çox mötəbər idman tədbirlərini, Avropa və dünya çempionatlarını təşkil edən, həmçinin bir çox idman layihələrini həyata keçirən Azərbaycan artıq dünyada inkişafa və firavan yaşayışa töhfə verən bir dövlətdir”. Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatını açıq elan edib. Azərbaycan Respublikasının dövlət himni və Beynəlxalq Cüdo Federasiyasının himni səsləndirilib. Daha sonra qrafik video elementlərdən ibarət videoçarx nümayiş etdirilib. Azərbaycanın incəsənət xadimlərinin məxsusi olaraq tədbir üçün hazırlanmış çıxışları təqdim olunub. Açılış mərasimi məşhur italiyalı müğənni Al Banonun konsert proqramı ilə başa çatıb. Mərasimin sonunda Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Avropa Olimpiya Komitələrinin sabiq prezidenti, cüdo veteranı Patrik Hikki və dünya şöhrətli müğənni Al Bano ilə çay süfrəsi arxasında söhbət ediblər. Xatırladaq ki, sentyabrın 27-dək davam edəcək cüdo üzrə dünya çempionatında 125 ölkədən 800-dək idmançı mübarizə aparır. Azərbaycan çempionatda 9 kişi və 6 qadın idmançı ilə təmsil olunur.




 
Bölməyə aid digər xəbərlər
22.07.2019
Göz xəstəliklərindən əziyyət çəkənlərin pulsuz müayinə və müalicəsi təşkil edilir
22.07.2019
144 il ərzində Azərbaycan milli mətbuatı zəngin və mənalı bir inkişaf yolu keçib
22.07.2019
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini pozmaqda davam edir
19.07.2019
“Şəhərdən Kəndə” aqroekoturizm layihəsinin icrasına başlanılıb
19.07.2019
Milli Mətbuatın 144 illiyi ərəfəsində Nəsimi rayonunda jurnalistlərlə görüş keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”
5 “Ermənistana qarşı iqtisadi sanksiyalar tətbiq olunmalıdır”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info