Türkiyə İdlibdəki hərbi qüvvələrinin sayını artıracaq
Tarix: 21.09.2018 | Saat: 20:31:00 | E-mail | Çapa göndər


İbrahim Kalın: “Türkiyə kəşfiyyat xidməti və ordunun Baş Qərargahı rusiyalı həmkarları və Suriya müxalifəti ilə daimi təmas vəziyyətindədir”

“Türkiyə ehtiyac olduğu halda, İdlibdəki hərbi qüvvələrinin sayını artıracaq”. Bu sözləri keçirdiyi mətbuat konfransında Türkiyə dövlət başçısının mətbuat katibi İbrahim Kalın açıqlayıb. Xatırladaq ki, İdliblə bağlı məsələ son həftələrdə ən çox müzakirə olunan məsələdir. ABŞ və Avropa İttifaqı İdlibin bombardman edilməsinə qarşıdır. Amma Rusiya və Suriyanın hökumət qüvvələri İdlibdə olan terrorçuların məhv edilməsi üçün şəhəri bir neçə dəfə bombalayaraq böyük əməliyyatın mesajını veriblər. Türkiyə İdlibin bombalanmasına qarşı fəal diplomatiya həyata keçirib. Ankara əməliyyat başlayacağı halda yeni qaçqın dalğası ilə üz-üzə qalacağından ehtiyat edir. Ankaranın digər narahatlığı İdlibin Bəşər Əsədə tabe olan qüvvələrin nəzarətinə keçməsindən sonra ərazidə olan Türkiyə hərbi qüvvələrinin taleyidir. Belə ki, həmin vaxt Türkiyə ordusunun ərazini tərk etməsi məsələsi gündəmə gələ bilər. Bu isə PKK terrorçularının əlinə yeni fürsət vermiş olar. Amma Türkiyə dövlət başçısının rusiyalı həmkarı Putinlə apardığı danışıqlar müsbət nəticələndi. Ankara ilə Moskvanın razılaşmasına əsasən İdlibdə silahlı müxalifətlə hökumət qoşunları arasında təmas xətti boyunca 15 km-lik silahsızlaşdırılmış zona yaradılacaq. Rusiya və Türkiyənin müdafiə nazirləri isə İdlibdəki silahsızlaşdırılmış bölgələrdə sabitliyin təmin edilməsi ilə bağlı memorandum imzalayıblar. Hazırda Türkiyənin İdbildə 12 müşahidə məntəqəsi fəaliyyət göstərir. İbrahim Kalın mətbuat konfransında bildirib ki, həmin məntəqələrin təhlükəsizliyinin artırılması istiqamətində bir sıra işlər həyata keçirilir: “Ehtiyac yaranacağı halda, həmin əraziyə yetərli sayda yeni hərbi qüvvələr göndəriləcək. Biz bunu etməyə Soçi razılaşmasından əvvəl başlamışıq, bundan sonra da davam edəcəyik”. Türkiyə dövlət başçısının mətbuat katibi bildirib ki, ölkəsinin kəşfiyyat xidməti və ordunun Baş Qərargahı rusiyalı həmkarları və Suriya müxalifəti ilə daimi təmas vəziyyətindədir: “Biz ərazini pilotsuz uçuş aparatları vasitəsilə nəzarətdə saxlayırıq. Hazırda İdlibdə sakitlikdir və bu, bizi sevindirir. Müxalifətin terrorçulardan ayırd edilməsi bizim üçün çox vacibdir. Biz bunu Afrində, Cerablusda və Əl-Babda da həyata keçirmişik. İdlibdə də belə davam edəcəyik. Biz əvvəl də orada bu istiqamətdə işləyirdik. Soçi razılaşmasından sonra bu iş bir qədər də fəallaşıb”. Qeyd edək ki, bu məsələ Türkiyə Milli Təhlükəsizlik Şurasının iclasında da müzakirə olunub. Qeyd edilib ki, Suriyanın İdlib şəhərindəki deeskalasiya bölgəsinə istiqamətli hücumların dayandırılması mövzusunda Rusiya ilə qəbul edilən razılaşma mühüm əhəmiyyət kəsb edir. Milli Təhlükəsizlik Şurasının iclasında Suriyanın digər bölgələrinin də terrordan azad edilməsi üçün fəaliyyətin davam etdiriləcəyi təsdiqlənib. İclasdan sonra yayılan aşıqlamada qeyd edilir ki, Menbiçin terrordan azad edilməsi üçün razılıq əldə olunan “yol xəritəsi”nin həssas şəkildə həyata keçirilməsi gözlənilir. Həmçinin qeyd edilib ki, ölkə xaricində həbs edilən terrorçuların Türkiyə hüquq-mühafizə orqanlarına təhvil verilməsi, Ankaranın bu sahədə qətiyyətli mövqeyinin göstəricisidir və bu əməliyyatlar davam edəcək.

Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
20.07.2019
Perudakı Ubinas vulkanının püskürməsi ilə əlaqədar 1000-dən çox sakin təxliyə edilib
20.07.2019
Səudiyyə Ərəbistanı ölkədə ABŞ hərbi kontingentini yerləşdirməyə hazırdır
20.07.2019
Britaniyanın XİN rəhbəri İranı tankerlərin saxlanılmasının nəticələri barədə xəbərdar edib
20.07.2019
ABŞ Venesuelaya qarşı sanksiyalar siyahısını genişləndirib
20.07.2019
Böyük Britaniya Hörmüz boğazında tankerin saxlanılmasından olduqca narahatdır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info