ABŞ kəşfiyyatı Vaşinqtondakı ən azı 38 diplomatik missiyanı dinləyir
Tarix: 02.07.2013 | Saat: 01:38:00 | E-mail | Çapa göndər


ABŞ kəşfiyyatının əməkdaşı Edvard Snouden məxfi sənədləri yaymaqda davam edir. «The Guardian» nəşrinin yaydığı son məlumata görə, Birləşmiş Ştatların xüsusi xidmət orqanları Nyu-York və Vaşinqtonda yerləşən ən azı 38 diplomatik missiyanı dinləyirmiş.
Dinlənən diplomatik missiyalar arasında Fransa, İtaliya, Yunanıstan, Türkiyə, Meksika, Cənubi Koreya və Yaponiya səfirliklərinin adı çəkilir. Snoudenin təqdim etdiyi sənədlərdə xüsusi xidmət orqanlarının dinlənən səfirliklərlə bağlı həyata keçirdiyi əməliyyatları kodlaşdırdığı məlum olub. Kəşfiyyat orqanları diplomatik missiyaların binasında olan məftillərə elektron dinləmə qurğusu yerləşdirib. «The Guardian» yazır ki, açıqlanan sənədlərdə dinləməni konkret olaraq hansı təşkilatın həyata keçirdiyi bəlli deyil. ABŞ xüsusi xidmət orqanlarının diplomatik missiyaları, o cümlədən Avropa İttifaqının təmsilçiliyinin yerləşdiyi binanı dinləməsi haqqında Snoudenə istinadən ilk informasiyanı Almaniyanın «Der Spiegel» nəşri yayıb. Alman nəşrinin bu xəbəri böyük rezonans doğurub. İyunun 30-da Avropa Komissiyası, o cümlədən Almaniya hökuməti ABŞ-dan bu məsələ ilə bağlı izahat tələb edib. Buna cavab olaraq ABŞ tərəfi açıqlayıb ki, xüsusi xidmət orqanlarının fəaliyyəti ilə bağlı açıq şəkildə izahat verilməyəcək. Sadəcə, məsələ ilə bağlı diplomatik kanallar vasitəsilə müəyyən məlumat verilə bilər. Qeyd edək ki, ötən ay əzində Snouden tərəfindən yayılan sənədlər ABŞ-ı pis vəziyyətə salıb. Məlum olub ki, ABŞ xüsusi xidmət orqanları dünya internet məkanını, telefonları, o cümlədən diplomatik missiyaları dinləyirmiş. Bu məlumatları yaydıqdan sonra özü haqqında məlumat verən Snouden ehtiyat üçün bəzi tədbirlər gördüyünü bildirib. Hazırda ABŞ-da onun haqqında dövlətə xəyanət və dövlət sirrini yayma ilə bağlı cinayət işi açılıb. Onun hazırda Moskvadakı «Şeremetevo» hava limanının tranzit zonasında olduğu bildirilir. Amerika pasportu ləğv olunduğundan oranı tərk edə bilmir.
Anar




 
Bölməyə aid digər xəbərlər
26.04.2019
Kabildә güclü partlayış törәdilib
26.04.2019
Cәnubi Afrikada daşqınlar 70 nәfәrin hәyatına son qoyub
25.04.2019
Kim Çen In Putinə qılınc hədiyyə etdi
25.04.2019
Suriyada partlayış baş verib, ölənlər və yaralananlar var
24.04.2019
Cәnubi Afrikada daşqınlar 37 nәfәrin hәyatına son qoyub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10759

1 Tarixin ibrət dərsləri...
2 Artıq bəzi sözlər yeni qaydalar əsasında yazılmalıdır
3 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
4 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
5 “Israel Hayom” qəzeti: “Azərbaycan müqəddəs Odlar Yurdudur”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info