Bəstəkar Murad Kajlayevin müəllif gecəsi
Tarix: 22.09.2018 | Saat: 00:51:00 | E-mail | Çapa göndər



Sentyabrın 21-də Heydər Əliyev Sarayında Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalı çərçivəsində SSRİ Xalq artisti, görkəmli bəstəkar Murad Kajlayevin müəllif gecəsi təşkil edilib. AZƏRTAC xəbər verir ki, gecədə Rusiyanın Xalq artisti, dirijor Murad Annamamedovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Azərbaycan Dövlət Xor Kapellası çıxış edib.

Konsertdə bəstəkarın Nizami Gəncəvi mövzusuna “Simfonik freskalar”, “Mahnı belə yaranır” xor silsiləsindən 2 fraqment, “İmam Şamil” simfonik illüstrasiyaları, “Vətən səhəri” simfonik fantaziyası, orkestr üçün “Zirvəyə doğru” pyesi, truba üçün "Qədim üslubda pyes" (solist İsrafil Rəsulov), truba və simli orkestr üçün romansı səsləndirilib.
Murad Kajlayev Dağıstan musiqisinin banilərindən biridir. Bəstəkarın yaradıcılığı vətəninin musiqisi, tarixi, zəngin folkloru ilə ayrılmaz surətdə bağlıdır.
O, 1931-ci ildə Bakıda anadan olub. Musiqi istedadı üzə çıxdıqdan sonra Bülbül adına orta ixtisas musiqi məktəbində təhsil alıb. Artıq 12 yaşında Böyük Vətən müharibəsi illərində hospitallarda yaralı əsgərlər qarşısında ilk əsəri ilə fortepianoda çıxış edib. 1955-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bəstəkarlıq ixtisası üzrə (professor B.İ.Zeydmanın sinfi) bitirib. Eyni zamanda, dirijorluq ixtisası üzrə ilk təcrübəsini Niyazidən alıb. Təhsil aldığı illərdə Azərbaycan Bəstəkarlar İttifaqının üzvü olub və əsərləri konsert proqramlarında səsləndirilib. Murad Kajlayev 68 il bəstəkarlıq fəaliyyətinə malik ictimai xadimdir. Onun əsərləri dünyanın bir çox ölkələrində səslənir.
Geniş yaradıcılıq diapazonuna malik sənətkar öz istedadını musiqinin müxtəlif janrlarında sınayıb, simfonik, instrumental və kamera əsərləri yaradıb, həm kino, həm də teatr sənətinə töhfələr verib. O, 400-dən çox əsərin müəllifidir. Onlardan “Dağıstan” simfoniyasını, caz orkestri üçün “Afrika” konsertini, “Dağlı”, “Mənim məhəbbətim, mənim kədərim”, “İmam Şamil” baletlərini, “Validə”, “Yer kürəsi və səma” müzikllərini, uvertüralar, mahnı və romanslar, tamaşalara musiqi, uşaqlar üçün əsərlər, xor əsərlərini qeyd etmək lazımdır.
Sənətkarın gənc nəslin yetişdirilməsində xidmətləri danılmazdır. İyirmi ildən çox müddət ərzində o, Dövlət Teleradiosunun Akademik Orkestrinə rəhbərlik edib. Onun bədii rəhbərliyi ilə orkestr yüksək mükafat və adlara layiq görülüb.
Murad Kajlayev 2008-ci ildə Dağıstanda İncəsənət məktəbini yaradıb. Hazırda bu məktəb bəstəkarın adını daşıyır. Azərbaycan musiqi mədəniyyətinin təbliğindəki müstəsna xidmətləri nəzərə alınaraq 2016-cı ildə o, Azərbaycan Respublikası Prezidenti tərəfindən "Dostluq" ordeni ilə təltif edilib.




 
Bölməyə aid digər xəbərlər
22.07.2019
“Son nəfəsədək” filmi nümayiş olunub
22.07.2019
‘‘Saraybosnanın Qəlbi“ mükafatı uğrunda 53 film mübarizә aparacaq
21.07.2019
Azərbaycanlı rejissorun üç filmi İtaliyada bir gündə 3 mükafata layiq görülüb
19.07.2019
CinemaPlus-da “Media günü”
19.07.2019
Xatirələr

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
2 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
3 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”
4 “Ermənistana qarşı iqtisadi sanksiyalar tətbiq olunmalıdır”
5 Подготовка армянских «джавахкских» боевиков-сепаратистов против Грузии в оккупированным Карабахе уже идет полным ходом - FOTO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info