Alkoqol dünyada hər il 3 milyon insanın həyatına son qoyur
Tarix: 22.09.2018 | Saat: 00:54:00 | E-mail | Çapa göndər



Dünyada hər 20 ölüm halının biri alkoqol istehlakı ilə əlaqədar baş verir.

AZƏRTAC xəbər verir ki, bu məlumat Dünya Səhiyyə Təşkilatının (DST) sentyabrın 21-də açıqladığı hesabatda yer alıb. Hesabatda qeyd edilir ki, alkoqol istehlakı hər il dünyada üç milyondan çox insanın həyatına son qoyur. Bu göstərici isə QİÇS, zorakılıq və nəqliyyat qəzaları nəticəsində baş verən ölüm hallarının cəmindən daha çoxdur. Alkoqolla əlaqəli ölənlərin dörddə üç hissəsi kişilərdir.
DST-nin baş direktoru Tedros Adhanom bildirib ki, çoxlu sayda insanlar, ailələr, eləcə də bütöv icmalar alkoqoldan sui-istifadənin müxtəlif fəsadlarından (zorakılıq, müxtəlif xəsarətlər, psixi problemlər, xərçəng və insult kimi xəstəliklər) əziyyət çəkir.
Ümumilikdə 500 səhifəlik hesabatda iki yüzdən çox xəstəliyin birbaşa və ya dolayı yolla alkoqol istehlakı ilə bağlı olduğu qeyd edilib. Diqqətə çatdırılıb ki, həddən artıq spirtli içki qəbulu insanların immun sistemini zəiflədərək, onların asanlıqla vərəm, QİÇS, ağciyər iltihabı və digər xəstəliklərə tutulmasına yol açır. 2016-cı ilin statistikası əsasında hazırlanmış hesabatda spirtli içkilərə görə dünyasını dəyişən insanların sayının ümumi ölüm hallarının 5,3 faizini təşkil etdiyi bildirilib.
Bununla belə beynəlxalq təşkilat alkoqol istehlakında azalmanın də müşahidə olunduğunu açıqlayıb. Belə ki, 2012-ci ildə dünyada 3,3 milyon insan alkoqol istehlakından vəfat etdiyi halda, 2016-cı ildə bu göstərici 3 milyon nəfərə düşüb. Bu müsbət tendensiyanın davam etməsi üçün ciddi addımlar atılmalıdır.
Təşkilatın açıqlamasına görə, dünyada 2,3 milyard insan spirtli içki istehlak edir. Qitələr arasında ən çox alkoqol Avropada qəbul edilir.




 
Bölməyə aid digər xəbərlər
11.12.2018
Xoşbəxt nikahın sirri: ər-arvad arasında yaş fərqi nə qədər olmalıdır?
11.12.2018
Qocalmamaq indi öz əlinizdədir
09.12.2018
Tacikistanda dördəm uşaqlar doğulub
06.12.2018
Bolqarıstan pasportu dünyanın ən nüfuzlu pasportlarının ilk onluğundadır
05.12.2018
“Chanel“ daha timsah dərisindən istifadə etməyəcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10523

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
3 Türkiyədə yeni Azərbaycan diaspor təşkilatı qeydiyyatdan keçib
4 “Özümü qərib ölkədə hiss etmədim”
5 Çin şirkəti Gəncədə 5 metallurgiya zavodu tikəcək


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info