Pambığın alış qiymətinin artırılması fermerlərə göstərilən diqqət və qayğının növbəti təzahürüdür
Tarix: 22.09.2018 | Saat: 10:35:00 | E-mail | Çapa göndər



Pambığın alış qiymətinin hər tonuna görə 50 manat artırılması fermerləri daha çox məhsul istehsal etməyə həvəsləndirib.

Uzun illərdir kənd təsərrüfatı sahəsində çalışan Ağdam rayon Kolqışlaq kənd sakini İslam Qasımov AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində pambıqçılığın gəlirli sahə olduğunu bildirib. O deyib: "Pambıq kənd təsərrüfatının elə sahəsidir ki, həm dövlət üçün əhəmiyyətlidir, həm də fermerlər üçün xeyirlidir. Düzgün aqrotexniki qulluq göstərildikdə yaxşı gəlir götürmək mümkündür. Digər tərəfdən pambığın becərilməsi dövründə bütün xərclərin müqavilə bağlanmış şirkət tərəfindən ödənilməsi, fermerlərin texnika, toxum, gübrə və dərmanlarla təmin edilməsi çox əlverişlidir. Mən də bu imkandan istifadə edərək, ötən il 4 hektarda pambıq becərib, hər hektardan orta hesabla 47 sentner məhsul götürdüm. 5400 manaq qazanc əldə etdim. Bu il də 4 hektarda pambıq becərmişik. Düzgün aqrotexniki qulluq sayəsində tarlalarda bol məhsul yetişib. Hər hektardan 45 sentnerdən yuxarı məhsul gözləyirik. Pambığın alış qiymətinin 50 manat qaldırılması mənə min manata yaxın əlavə qazanc gətirəcək".
Pambığın alış qiymətinin artırılmasını dövlət başçısının fermerlərə göstərdiyi diqqət və qayğının növbəti təzahürü kimi qiymətləndirən İslam Qasımov növbəti ildə əkin sahəsini daha da genişləndirəcəyini və daha çox məhsul istehsal etməyə çalışacağını bildirib.




 
Bölməyə aid digər xəbərlər
13.12.2018
Türkiyənin səfiri: Heydər Əliyev kimi tarixi şəxsiyyətlər nadir hallarda dünyaya gəlirlər
13.12.2018
Zurab Quberidze: “Gənc diplomatlar Heydər Əliyevdən çox şey öyrənirdilər”
12.12.2018
Yuli Qusman: Azərbaycan – çiçəkləri Heydər Əliyev tərəfindən əkilən gülüstana çevrilib
11.12.2018
Politoloq: Ermənistanda növbəti marionet hakimiyyət formalaşdı
08.12.2018
AZƏRTAC mötəbər informasiya mənbəyidir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10527

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
3 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
4 OPEK-ə üzv ölkələr neft hasilatını azaltmaq barədə razılığa gəliblər
5 Fransa XİN rəhbəri Trampı ölkənin daxili işlərinə qarışmamağa çağırıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info