“Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” Tvinninq layihəsinin təqdimatı keçiriləcək
Tarix: 22.09.2018 | Saat: 11:27:00 | E-mail | Çapa göndər



Sentyabrın 25-də “Four Seasons Baku” otelində Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” Tvinninq layihəsinin rəsmi təqdimatı ilə əlaqədar konfrans keçiriləcək.

Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, konfransın keçirilməsinin məqsədi ali təhsil müəssisələrini, digər maraqlı tərəfləri və geniş ictimaiyyəti növbəti iki ildə Avropa İttifaqının maliyyə dəstəyi ilə reallaşdırılacaq layihənin məzmunu və əsas gözləntiləri barədə məlumatlandırmaqdır.
Konfransda müvafiq qurumların nümayəndələrinin, ali təhsil müəssisələri rəhbərlərinin, layihəyə cəlb olunmuş ekspertlərin iştirakı nəzərdə tutulub.
Qeyd edək ki, bu ilin aprelində Avropa İttifaqının Tvinninq proqramı çərçivəsində Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Fransa, Latviya və Litvanın təmsil olunduğu konsorsium tərəfindən “Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” layihəsinin icrasına başlanılıb.
Layihənin əsas məqsədi Azərbaycanın ali təhsil sistemini kompetensiyalara, təlim nəticələrinə və tələbəyönümlü yanaşmaya uyğunlaşdırmaqdır.




 
Bölməyə aid digər xəbərlər
19.07.2019
ADU media nümayəndələrini mükafatlandırıb
19.07.2019
Qulu Novruzov: “Bizim əsas missiyamız yetkin şəxsiyyətlər yetişdirməkdir”
19.07.2019
Dövlət qulluğuna qəbulla bağlı növbəti sınaq imtahanı keçiriləcək
19.07.2019
Azərbaycan Universiteti abituriyentlərə 4 yeni ixtisas təklif edir
19.07.2019
Bu gün riyaziyyat və fiziki tərbiyə müəllimliyi üzrə imtahanlar keçirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info