“Ermənistanın xarici siyasəti Rusiyadan asılıdır”
Tarix: 02.07.2013 | Saat: 01:45:00 | E-mail | Çapa göndər


“Rusiya bizə satdığı qazın qiymətini artırır, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olmayan Azərbaycana müasir hücum silahları satır”

Ermənistan «Azad demokratlar» partiyasının rəhbəri Xaçatur Kokobelyan hesab edir ki, onun vətəndaşı olduğu ölkənin xarici siyasəti bir dövlətdən asılıdır. «Tert.am»ın müxbiri ilə söhbətində partiya rəhbəri bunları bildirib: «Bədbəxtlikdən uzun illərdir ki, Ermənistanın xarici siyasəti Rusiyanın xarici siyasətinin tərkib hissəsini təşkil edir.
Amma bir məsələ var ki, bizim maraqlarımız heç də həmişə Rusiyanın maraqları ilə üst-üstə düşmür. Partiya rəhbəri qeyd edib ki, Ermənistan bütün səviyyələrdə səmərəsiz siyasət həyata keçirir. Kokobelyan bəzi dairələrin Gömrük İttifaqı ilə bağlı apardığı təbliğatın da səhv olduğunu bildirib. Onun fikrincə, bəzi dairələr qəsdən cəmiyyətə belə informasiya buraxırlar ki, Ermənistan Rusiyanın müəllifi olduğu Gömrük İttifaqına üzv olarsa, iqtisadi cəhətdən qazanclı çıxacaq. Belə ki, bundan sonra Rusiyanın satdığı qazın qiyməti aşağı düşəcək, təqaüdlər artacaq və s. «Ola bilsin ki, müstəqilliyimizin əvəzində bizə çoxlu pul versinlər. Amma bunun əvəzində biz nə itiririk?. Bu ideyaya dəstək verənlər bu və ya digər şəkildə Rusiyanın təsir dairəsində olan şəxslərdir. Amma bizim gündəmimizdə Avropa olmalıdır. Mən ürəkdən əminəm ki, əgər Avropa yolunu seçməsək, Ermənistan çox çətin vəziyyətə düşəcək. Bəzi şəxslər Avropa dəyərlərini, standartlarını cəmiyyətə çox primitiv şəkildə çatdırırlar. Avropa kursu iqtisadi planda, o cümlədən insan hüquqları sahəsində böyük imkanlar yaradır. Qərb də öz növbəsində bizə təhlükəsizliklə bağlı ciddi təminatlar verməlidir. Ermənistan 21-ci əsrə uyğun siyasət həyata keçirməlidir»- deyə Kokobelyan bildirib. Partiya rəhbəri qeyd edib ki, Rusiyanın son vaxtlar Ermənistana təzyiq etməsi də qeyd olunan məsələlərlə bağlıdır: «Rusiya buna görə bizə satdığı qazın qiymətini artırır, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olmayan Azərbaycana müasir hücum silahları satır. Rusiyanın siyasəti mesaj deyil, birbaşa təzyiqdir. Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür və Rusiyanın əsas strateji tərəfdaşıdır. Amma Rusiya bizim düşmənimiz olan dövləti silahlandırır».
Anar





 
Bölməyə aid digər xəbərlər
21.05.2020
“Karantin və sosial izolyasiya uşaqların psixoloji durumuna mənfi təsir edib”
19.05.2020
“Krasnoyarskda Azərbaycan gənclərinin birləşməsinə şərait yaradırıq”
16.05.2020
Rusiyadan pul köçürmələrinin azalması Ermənistanı zəlil günə qoymaqdadır
14.05.2020
Koronavuris Paşinyanı “xilas” edir: fövqəladə vəziyyət rejimi bir ay uzadıldı
12.05.2020
“Ermənistan sosial partlayış səviyyəsinə çatıb”

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Leyla Abdullayeva: Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini qanunsuz işğal və dinc əhalinin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır
2 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pirsaat Baba ziyarətgahında olubla
3 Qasımbəy yeməyi -VIDEO
4 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
5 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info