Çinar yarpağı və zanbaq yağı yanıq yaraları zamanı faydalıdır
Tarix: 22.09.2018 | Saat: 14:06:00 | E-mail | Çapa göndər



Çinar ağacının yarpaqları bir çox tibbi problemlərin müalicəsində xeyirli vasitə sayılır.

Bu barədə AZƏRTAC-a Avropa Tibb Akademiyasının üzvü, fitoterapevt Elnur Rəhimov məlumat verib.
E.Rəhimov çinar ağacının yarpaqlarının hüceyrəyeniləyici xüsusiyyətə malik olduğunu və bu keyfiyyətinə görə ondan yanıq yaralarının müalicəsində istifadə edildiyini bildirib: “Çinar yarpaqları bel ağrılarına kömək edir. O, saç dərisini yaxşılaşdırır, diş ağrılarının azalmasına müsbət təsir göstərir. Bu bitki diş əti müalicəsində də faydalı vasitədir”.
Həkim yanıqlar zamanı daha bir faydalı bitkinin zanbaq olduğunu deyib: “Ondan çəkilmiş yağ xalq təbabətində yanıq yaralarının müalicəsində geniş istifadə edilir. Bitkinin həlimi və soğanağı da yarasağaldıcı keyfiyyətə malikdir. Zanbaq gülündən çəkilmiş nektarın zeytun yağında saxlanıldıqdan sonra yara və yanıqlara çəkilməsi yaxşı səmərə verə bilər”.
Onun sözlərinə görə zanbaq yağından qulaq ağrıları zamanı da istifadə etmək olar. Yağı qulağa damızdırmaqla ağrıkəsici effekt əldə etmək mümkündür.




 
Bölməyə aid digər xəbərlər
14.12.2018
Miqren əleyhinə 5 effektli metod
09.12.2018
Azərbaycanda piylənmə diaqnozu qoyulan uşaqların sayı açıqlandı
08.12.2018
Xaşın sağlamlıq üçün inanılmaz faydaları
07.12.2018
Quş qripi ilə bağlı xəbərdarlıq
07.12.2018
Xarkov vilayətində qrip və kəskin respirator virus infeksiyasına görə əlliyə yaxın məktəb bağlanıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10527

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
3 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
4 Əli Həsənov: “Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaqdır...”
5 Azərbaycanlı gənc Misirdə fiziki qüsurlular üçün iki cihaz ixtira edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info