Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
Tarix: 22.09.2018 | Saat: 14:07:00 | E-mail | Çapa göndər



Sentyabrın 22-də Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan İordaniya parlamentinin nümayəndələri ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə iki ölkə arasındakı əməkdaşlıq məsələləri müzakirə edilib.

Ziyafət Əsgərov deyib ki, Azərbaycan-İordaniya siyasi əlaqələri yüksək səviyyədədir. Prezident İlham Əliyevin İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyn ilə dostluq və qardaşlıq əlaqələri var. Bu münasibətlər bizim ikitərəfli münasibətlərin digər sahələrdə də inkişaf etdirilməsi üçün yaxşı örnəkdir. İordaniya Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini, sərhədlərinin toxunulmazlığını hər zaman dəstəkləyir. İordaniya Senatı Xocalı soyqırımını tanıyıb. Çox istərdik ki, Nümayəndələr Palatasında da bu məsələyə baxılsın və müvafiq qərar verilsin.
Milli Məclis sədrinin birinci müavini dövlətlərimiz arasında iqtisadi, ticari, humanitar sahələrdə əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini qeyd edib. Diqqətə çatdırıb ki, xüsusilə təhsil, turizm, səhiyyə sahələrində əməkdaşlığın dərinləşdirilməsi üçün hər iki dövlətin yaxşı potensialı mövcuddur. O, ölkələrimiz arasında əlaqələrin bundan sonra daha da inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.
İordaniya parlamentinin deputatı Favzi Daoud dövlətlərimizin dost və qardaş ölkələr olduğunu söyləyib. Azərbaycan parlamentinin yaranmasının 100 illiyi münasibətilə təbriklərini çatdıran Favzi Daoud yubiley tədbirinin yüksək səviyyədə təşkil edildiyini deyib. “Biz parlament nümayəndələri olaraq İordaniya ilə Azərbaycan arasında yaxşı əlaqələrin olduğunu bilirik. Bu münasibətlərin əsası Kral II Abdullah ibn Al Hüseyn və Prezident İlham Əliyev tərəfindən qoyulub. Biz bu əlaqələrin necə dərin xarakter daşıdığını görürük. Ölkələrimizin parlamentləri arasında da yaxşı əməkdaşlıq mövcuddur”, - deyə Favzi Daoud bildirib.
İordaniyalı deputat bildirib ki, müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın belə yüksək səviyyədə inkişaf etməsi çox sevindiricidir.
Görüş qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi ilə davam etdirilib.




 
Bölməyə aid digər xəbərlər
14.12.2018
“Azərbaycan altı aylıq sədrlik dövründə bir sıra irəliləyişlər əldə etdi”
14.12.2018
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın bir qrup rusiyalı qadının məktubuna cavabı
14.12.2018
ABŞ Konqresi qətnamə qəbul edib: ABŞ Cənub Qaz Dəhlizi layihəsini dəstəkləyir
14.12.2018
Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisindəki döyüş postları DSX tərəfindən təhvil alınıb
14.12.2018
İnformasiya təhlükəsizliyinin aktual problemlərinə dair konfrans keçirilir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10527

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
3 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
4 Əli Həsənov: “Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaqdır...”
5 Azərbaycanlı gənc Misirdə fiziki qüsurlular üçün iki cihaz ixtira edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info