Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
Tarix: 22.09.2018 | Saat: 14:09:00 | E-mail | Çapa göndər



Böyük Britaniyanın Baş naziri Tereza Meyin fikrincə, “Brexit” – Böyük Britaniyanın Avropa İttifaqının (Aİ) tərkibindən çıxması - barədə danışıqlar düyünə düşüb. Britaniya hökumətinin başçısı Aİ-nin Zalsburqda başa çatmış, “Brexit”ə hazırlıq məsələlərinin də müzakirə edildiyi qeyri-rəsmi sammitinin yekunları barədə xüsusi bəyanatla çıxış edib.

AZƏRTAC xəbər verir ki, Mey Birləşmiş Krallıq ilə Avropa İttifaqı arasında gələcək qarşılıqlı ticarət münasibətlərinin formalaşması barədə Londonun təkliflərindən Brüsselin imtina etməsini qəbuledilməz adlandırıb. Mey, eyni zamanda, “Brexit”in sərt variantının tərəfdarı olmasını təsdiqləyib. “Pis saziş olmaqdansa, sazişin heç olmaması yaxşıdır”, - deyən Tereza Mey vurğulayıb ki, o, Aİ-yə həmişə hörmət bəsləyib və Böyük Britaniyanın da özünə bu cür münasibət gözləmək haqqı var.
Britaniya hökumətinin başçısı öz ölkəsinin Aİ-dən çıxması məsələsinə dair keçirilmiş referendumu “ən böyük demokratik təcrübə” adlandırıb və bildirib ki, referendumun yekunlarına yenidən baxmaq niyyətində deyil, çünki bu, ölkəni parçalaya bilər.
“Reuters” agentliyi qeyd edir ki, Baş nazirin çıxışı zamanı Britaniya funt-sterlinqinin dəyəri xeyli aşağı düşüb.




 
Bölməyə aid digər xəbərlər
17.10.2018
Gürcüstanda prezidentlik uğrunda 25 namizəd mübarizə aparacaq
16.10.2018
Konsulluqda Camal Kaşıkçının qətlinə işarə edən dəlillər aşkarlanıb
16.10.2018
Marqvelaşvili: “Gürcüstanda narkotik vasitələrin yetişdirilməsi və istehsalı yolverilməzdir”
13.10.2018
Yaponiyanın Baş naziri Şinzo Abe Çinə səfər edəcək
12.10.2018
Ermənistanda uğursuz Frankofoniya sammiti

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10258

1 Dənizçilər təqaüddə olan həmkarlarını ziyarət ediblər
2 Vətən uzaqda deyil
3 Tovuzda insanların poeziyaya olan məhəbbəti tükənməzdir
4 “Belarusda yaşayan azərbaycanlı gənclər yetərincə aktivdirlər”
5 Dadaizm və Sürrealizm cərəyanının görkəmli nümayəndəsi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info