Xorvatiya Avropa İttifaqının 28-ci üzvü olub
Tarix: 02.07.2013 | Saat: 01:48:00 | E-mail | Çapa göndər


Xorvatiya Avropa İttifaqının (Aİ) 28-ci üzvü olub. Paytaxt Zaqrebdə bununla bağlı kütləvi bayram tədbirləri keçirilib.
“Euronews” telekanalının məlumatına görə, təntənəli nitqlərdən sonra orkestr Aİ-nin rəsmi himni olan Bethovenin 9-cu simfoniyasından “Azadlığa qəsidə” parçasını ifa edib. Xorvatiyanın Prezidenti İvo Josipoviç və Avropa Komissiyasının sədri Xose Manuel Barrozu mərasim iştirakçılarına müraciətlə nitq söyləyiblər. Mərasimdə Almaniyanın kansleri Angela Merkel də iştirak etməli idi, lakin məşğul olduğunu bildirərək bu təklifdən imtina edib. Gecə saat 1-də sərhəd məntəqələrində Xorvatiyanın gerbi və bayraqları yanında Aİ-nin simvolları yerləşdirilib. Gömrükçülər digər Aİ ölkələrinə sərhəddən keçirilən malları rüsumsuz buraxmağa başlayıblar. Lakin hələlik Xorvatiya ölkədə avro pul vahidini tətbiq etmək niyyətində deyil və “Şengen zonası”na qatılmayacaq.
Xorvatiyanın Aİ-yə daxil olmaq üçün rəsmi müraciət təqdim etdiyi vaxtdan 10 il keçib. Hazırda ölkə iqtisadiyyatı ağır dövrünü yaşayır. Xorvatiyanın hər beşinci sakini işsizdir, dövlətin borcu artmaqdadır. Belə olan halda xorvatlar özünün də maliyyə vəziyyəti yaxşı olmayan Aİ-yə qoşulmağın ölkə iqtisadiyyatının dirçəldilməsinə kömək edəcəyinə əmin deyillər.
Eyni zamanda, ölkə hökuməti qeyd edir ki, başqa Aİ-nin üzvü olan digər ölkələrdən fərqli olaraq, Xorvatiyanın bank sistemi böhran içində deyil. Bəzi Avropa ölkələri Xorvatiyada korrupsiyanın və cinayətkarlığın yüksək səviyyəsindən narahatdırlar. Aİ digər keçmiş Yuqoslaviya respublikalarının da Xorvatiyanın və 9 il bundan əvvəl alyansa daxil olmuş Sloveniyanın nümunəsindən istifadə edəcəklərinə və bununla da tarixən ən narahat bölgədə uzunmüddətli sülhün təmin olunacağına ümid edir.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Vyetnam Prezidentinin ölüm səbəbi açıqlanıb
21.09.2018
Hindistan İran neftini rupi ilə alacaq
21.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident nəticəsində azı üç nəfər ölüb
20.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident baş verib
20.09.2018
“ABŞ-ın tarixində “ən böyük səhv” Yaxın Şərqə qoşun yeritməkdir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info