“Xiaomi” şirkəti süni intellektli zəngli saatını təqdim edib
Tarix: 22.09.2018 | Saat: 20:59:00 | E-mail | Çapa göndər



Çinin “Xiaomi” şirkəti süni intellektli köməkçi funksiyaya malik “Xiao AI Smart Alarm Clock” zəngli saatını təqdim edib.
AZƏRTAC 3dnews.ru saytına istinadla xəbər verir ki, qurğu mahiyyət etibarilə ənənəvi zəngli saat və “ağıllı” dinamik hibrididir. İstifadəçilər səsli əmrlər vasitəsilə bu və ya digər informasiyanı (məsələn, hava proqnozunu, yollardakı vəziyyəti, aktual xəbərləri və s.) əldə edə biləcəklər.
“Ağıllı” zəngli saatla “Mijia App” mobil proqramının köməyilə məsafədən əlaqə yaratmaq mümkündür. Həmçinin müxtəlif bildiriş və xatırlatmaların göstərilməsi dəstəklənir. Bundan başqa, yeni qurğunu “ağıllı” məişət cihazları, məsələn, qoşulmuş hava təmizləyiciləri, kondisionerlər və s. ilə birgə iş üçün istifadə etmək olar.
“Ağıllı” zəngli saat müxtəlif mövzuları səsləndirərək ev sahiblərinə iş günündən sonra dincəlməyə kömək edəcək. Yeni qurğu ənənəvi funksiyaları da yerinə yetirir – vaxtı göstərir və istifadəçilərin yuxudan ayılması üçün siqnallar verir.
Sentyabrın 28-dən etibarən satışa çıxarılacaq “Xiao AI Smart Alarm Clock” zəngli saatının təxmini qiyməti 20-25 dollardır.




 
Bölməyə aid digər xəbərlər
24.07.2019
Ali məktəblərə ixtisas seçimi başlayır
23.07.2019
50-dən artıq məktəbdə robototexnika kursu yaradılacaq
23.07.2019
Rezidenturaya keçirilmiş müsabiqənin nəticələri elan olunub
23.07.2019
Gömrük Akademiyasının tələbələri ölkəmizi beynəlxalq yay məktəbində təmsil ediblər
23.07.2019
İlahiyyat İnstitutunun tələbələri Bursada “Yay məktəbi”ndə

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10837

1 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
2 “Cənub bölgəsi Azərbaycanda ən çox turist qəbul edən bölgə olacaq”
3 “Rusiya Azərbaycanlıları İttifaqı gündəmə bəyanatla yox, əməli işlə gəlir”
4 Abituriyentlər, Azərbaycan Dövlət Pedaqoji Universitetini seçin!
5 Пятнадцатый самолет с компонентами С-400 приземлился в Турции


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info