“Azərbaycan qazı Avstriya və Macarıstan bazarına çıxacaq”
Tarix: 02.07.2013 | Saat: 01:49:00 | E-mail | Çapa göndər


“İtaliyadan qazı alan ölkələr 2016-cı ildən onu
İsveçrəyə də sata biləcəklər”

Azərbaycan qazı bir müddət sonra Avstriya və Macarıstan bazarına çıxacaq. Xəzərdəki zəngin «Şahdəniz» yatağından hasil olunacaq mavi yanacaq Transadriatik kəmər (TAP) vasitəsilə Avropa bazarına çıxarılacaq. Ötən həftənin sonunda «Şahdəniz» konsorsiumu seçim edərək qazın məhz bu kəmərlə daşınması haqqında qərar qəbul edib.
Azərbaycan mavi yanacağı Yunanıstan və Albaniyadan keçməklə Adriatik dənizi vasitəsilə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya çatdırılacaq. Azərbaycanın bu seçimi dünya mətbuatının diqqət mərkəzindədir. Çünki bu seçim Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm əhəmiyyət kəsb edən faktorlardan biridir. Enerji təminatı məsələsində diversifikasiya siyasəti həyata keçirərək alternativ marşrutlar axtarışında olan Avropa üçün ən ideal variant Xəzərin enerji ehtiyatlarıdır. Xəzərə xarici sərmayəni ilk cəlb edən dövlət kimi Azərbaycanla əməkdaşlıq Avropa üçün də sərfəlidir. Çünki Azərbaycan ötən illər ərzində özünü Avropa və bütünlükdə dünyaya etibarlı tərəfdaş kimi tanıda bilib. Enerji məsələsindən heç bir halda siyasi maraqlar üçün istifadə etməyən ölkəmiz etibarlı tərəfdaş kimi qarşılıqlı maraqların təmin oluması prinsipini əsas götürür. Azərbaycan üçün əsas olan milli maraqların qorunmasıdır. Bu maraqların qorunması şərtilə mövcud bazar prinsipləri əsasında enerji ehtiyatlarını dünya bazarına çıxaran ölkəmiz hələ indiyə qədər altına imza atdığı heç bir müqaviləni yarımçıq saxlamayıb. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri vasitəsilə illərdir dünya bazarına neft və qaz çıxaran ölkəmiz indiyə qədər istehsalçı kimi istehlakçılara heç bir problem yaratmayıb. Əksinə çətin anlarda qonşu dövlətlərə dəstək olaraq etibarlı tərəfdaş olduğunu sübut edib. Bu baxımdan Avropa dövlətləri Azərbaycanla əməkdaşlıq etməkdə maraqlıdırlar. «Şahdəniz»in qaz ehtiyatının Avropaya daşınması üçün iki marşrut təklif edilirdi ki, Azərbaycanın söz sahibi olduğu konsorsium «Nabucco West»i deyil, TAP-ı seçdi. ABŞ, Böyük Britaniya kimi nüfuzlu dövlətlər Azərbaycanın bu seçimdə sərbəst olduğunu və qəbul edilən qərara hörmətlə yanaşacaqlarını bildirirdilər. Azərbaycan seçim edərkən yenə də hansısa siyasi maraqları deyil, sırf iqtisadi maraqları əsas götürüb. Belə ki, TAP layihəsinin tarifləri digərinə nisbətən daha ucuz başa gəldiyindən bu varianta üstünlük verilib. Rusiyanın «Neft-qaz» Agentliyinin bu məsələ ilə bağlı təqdim etdiyi məqalədə qeyd edilir ki, «Şahdəniz» qazı Yunanıstandan interkonnektor vasitəsilə Bolqarıstana çatdırılacaq: «Hər şey qazın həcmindən asılı olacaq. Əgər interkonnektor qazı ötürmək gücündə olmasa, yeni kəmər inşa ediləcək. Türkiyədən Bolqarıstana kəmər çəkilməsi də istisna deyil. Ancaq bu variant baha başa gələ bilər. TAP-ın buraxılış gücü artdıqca mavi yanacaq Avstriya və Macarıstana da ötürüləcək. Daha sonra «Şahdəniz» qazı Albaniya, Çernoqoriya, Xorvatiya və Sloveniyaya da satılacaq. TAP konsorsiumu artıq Xorvatiya, Çernoqoriya, Bosniya və Herseqovina hökumətləri ilə müqavilə imzalayıb. Qazın alınmasına heç bir məhdudiyyət qoyulmayacaq. İtaliyadan qazı alanlar onu İsveçrəyə də sata bilərlər. Həmin ölkələr bu imkanı 2016-cı ildə əldə etmiş olacaqlar».
Anar




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
“Aksam.com.tr”: “TANAP və TAP Yunanıstan sərhədində birləşdi”
21.11.2018
SOCAR “Türkmənistan-2018: neft və qaz” sərgisində iştirak edir
21.11.2018
Azərbaycan Tacikistan ilə əmtəə dövriyyəsinin genişləndirilməsində maraqlıdır
21.11.2018
TANAP və TAP boru kəmərləri bir-birinə qaynaq olunub
21.11.2018
Azərbaycanda ilk dəfə Sabirabadda 680 torpaq sahibi birləşərək kooperativ yaradıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info