İspaniya La Liqası: “Real Madrid“ dördüncü qələbəsini qazanıb
Tarix: 23.09.2018 | Saat: 01:55:00 | E-mail | Çapa göndər



Sentyabrın 22-də İspaniya La Liqasında beşinci turun növbəti oyunları keçirilib.

AZƏRTAC xəbər verir ki, "Real Madrid" klubu doğma meydanda Kataloniya təmsilçisi "Espanyol" komandasını qəbul edib. "Santyaqo Bernabeo" stadionunda keçirilən görüş "kral" klubunun minimal hesabla qələbəsi ilə başa çatıb (1:0). Oyundakı yeganə qolu 41-ci dəqiqədə Marko Asensio vurub.
Madrid şəhərinin digər təmsilçisi "Atletiko" səfərdə "Getafe" klubunu 2:0 hesabı ilə məğlub edib. Topu meydan sahiblərinin qapısındanTomas Lemar və David Soria keçiriblər.

Turun digər oyunları belə nəticələnib:
"Hueska" - "Real Sosyedad" - 0:1
"Rayo Vallekano" - "Deportivo Alaves" - 5:1
"Selta Vigo" - "Real Valladolid" - 3:3
"Eibar" - "Leganes" - 1:0.

Hazırda İspaniya çempionatının turnir cədvəlinə beş oyundan 13 xal toplayan "Real Madrid" klubu başçılıq edir. Əzəli rəqibindən bir oyun az keçirən “Barselona” 12 xalla ikinci yerdədir. Kataloniya klubu bu gün doğma meydanda “Girona” ilə qarşılaşacaq.




 
Bölməyə aid digər xəbərlər
22.07.2019
Qardaş Azərbaycanda qızıl medal qazandığım üçün çox xoşbəxtəm
22.07.2019
EYOF: Azərbaycanın daha bir güləşçisi gümüş medala layiq görülüb
22.07.2019
Qurban Qurbanov festivalda Azərbaycana üçüncü qızıl medalı qazandırıb
22.07.2019
Avropa Gənclər Olimpiya Festivalının atletika yarışları başlayıb
21.07.2019
Gimnastımız Arzu Cəlilova dünya çempionatının ikiqat mükafatçısı olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
2 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
3 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”
4 “Ermənistana qarşı iqtisadi sanksiyalar tətbiq olunmalıdır”
5 Подготовка армянских «джавахкских» боевиков-сепаратистов против Грузии в оккупированным Карабахе уже идет полным ходом - FOTO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info