“Ölkədəki hazırkı ictimai ovqat YAP-ı qane edir”
Tarix: 02.07.2013 | Saat: 01:55:00 | E-mail | Çapa göndər


“Azərbaycan cəmiyyəti İlham Əliyevin namizədliyi ilə bağlı YAP-ın V qurultayının qərarını birmənalı olaraq dəstəkləyir”. Bu fikirləri hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi, deputat Əli Əhmədov bu gün partiyanın Nəsimi rayon qərargahında partiya fəalları ilə görüşü zamanı deyib.
O qeyd edib ki, son 10 ildə əldə olunan uğur və nailiyyətlər xalqın dəstəyinin əsas səbəbidir. Onun sözlərinə görə, İlham Əliyev növbəti beş ildə də Azərbaycana rəhbərlik edəcək və bu isə Azərbaycanın növbəti beş ildə də bütün sahələrdə inkişafının, təhlükəsizliyinin qarantı deməkdir: “Bu gün Azərbaycan xalqının böyük əksəriyyətinin seçimi yalnız İlham Əliyevdir. Seçicilərin tam əksəriyyəti qarşıdan gələn seçkilərdə İlham Əliyevə səs verəcəklər”. Ə.Əhmədov qeyd edib ki, ölkədəki hazırkı ictimai ovqat da YAP-ı qane edir: “Seçkilərdə qalib gəlməklə bağlı bizim heç bir nigarançılığımız yoxdur. Amma seçkilərə hansısa bir töhfə vermək partiyanın hər bir üzvünün məsuliyyətidir”. O qarşıdan gələn seçkilər ilə bağlı Nəsimi rayon təşkilatı üzvlərinə bir sıra tövsiyələr və tapşırıqlar da verib.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“Aksam.com.tr”: “Türk Aerokosmik Sənayesi Azərbaycanla əməkdaşlıq etməyə hazırlaşır”
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi “ADEX-2018”də 270-dən çox məmulat nümayiş etdirir
25.09.2018
“Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
25.09.2018
Müdafiə Nazirliyi: Düşmənin istənilən uçuş vasitəsi tərəfimizdən dərhal neytrallaşdırılacaq
25.09.2018
“Fransızdilli” Ermənistanın Frankofoniya sərgüzəştləri

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10143

1 Yalnızlıq qorxusu
2 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
3 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Öz vətənimdə dünya çempionu oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info