“Qalatasaray” ikinci dəfə böyük hesabla məğlubiyyətə uğrayıb
Tarix: 23.09.2018 | Saat: 22:56:00 | E-mail | Çapa göndər



Sentyabrın 23-də futbol üzrə Türkiyə Superliqasının altıncı turunda son çempion “Qalatasaray” komandası səfərdə autsayder "Akhisarspor” klubu ilə qarşılaşıb.

İstanbul komandası bu mövsüm Türkiyə superkuboku uğrunda oyunda məğlub olduğu rəqibinə çempionat oyununda 3:0 hesabı ilə uduzub.
AZƏRTAC xəbər verir ki, gərgin idman mübarizəsi şəraitində keçən matçın birinci hissəsində hesab açılmayıb.
Matçın 12-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Adrian Reqattin topu rəqib qapısından keçirib. Lakin qonaq komandanın oyunçularının etirazından sonra görüşün referisi VAR sistemi vasitəsilə qolun oyundankənar vəziyyətdən vurulduğunu müəyyənləşdirib.
Qırx üçüncü dəqiqədə isə qonaqlardan Qeri Rodriges təyin olunan 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirə bilməyib.
Matçın 51-ci dəqiqəsində meydan sahibləri Elvis Manunun qolu ilə hesabı açıblar - 1:0. Səksəninci dəqiqədə Güray Vural penalti zərbəsi ilə hesab arasındakı fərqi artırıb - 2:0. Bundan dörd dəqiqə sonra isə Mustafa Yumlu oyunda üçüncü topu “sarı-qırmızılılar”ın qapısından keçirib – 3:0.
Bu, Manisa şəhərinin təmsilçisinin cari çempionatda ilk qələbəsi olub. Fatih Terimin baş məşqçisi olduğu komanda isə bu mövsüm çempionatda ikinci dəfə böyük hesabla məğlub olub.
Qeyd edək ki, bu tur keçirilmiş oyunlarda çempionluğa iddialı komandalardan “Başakşehir” klubu səfərdə “Bursaspor”la heç-heçə edərək, “Trabzonspor” isə öz meydanında “Göztəpə”yə məğlub olaraq xal itiriblər.
Tura sentyabrın 24-də keçiriləcək İstanbul derbisi ilə yekun vurulacaq. “Fənərbağça” klubu “Ülker” stadionunda “Beşiktaş” kollektivini qəbul edəcək.
Hazırda “Başakşehir” 13 xalla superliqanın vahid lideridir. “Qalatasaray” və “Kasımpaşa” 12 xalla ikinci və üçüncü yeri bölüşürlər. Hesabında 11 xal olan “Konyaspor” dördüncü, “Beşiktaş” isə 10 xalla beşinci pillədə qərarlaşıb.




 
Bölməyə aid digər xəbərlər
17.10.2018
Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
17.10.2018
İki boksçumuz Avropa çempionu olub, biri 3-cü yeri tutub
17.10.2018
UEFA Millətlər Liqasının dördüncü turuna yekun vurulub
16.10.2018
Azad Rəhimov Avropa Şurası idman nazirlərinin toplantısına qatılıb
16.10.2018
UEFA Millətlər Liqası: İngiltərə-İspaniya oyununda beş qol

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10263

1 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
2 Vətən uzaqda deyil
3 Tovuzda insanların poeziyaya olan məhəbbəti tükənməzdir
4 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
5 Dadaizm və Sürrealizm cərəyanının görkəmli nümayəndəsi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info