“Qarabağ” “Qəbələ”yə böyük hesabla qalib gəlib
Tarix: 23.09.2018 | Saat: 22:58:00 | E-mail | Çapa göndər



Sentyabrın 23-də Topaz Premyer Liqasının beşinci turuna yekun vurulub.
AZƏRTAC xəbər verir ki, turun mərkəzi qarşılaşması “Azərsun Arena”da iki əzəli rəqib – “Qarabağ” və “Qəbələ” klubları arasında oynanılıb.

Matçda hesabı ağdamlılar açıblar. Qarşılaşmanın 31-ci dəqiqəsində Abdullah Zubir adını tabloya yazdırıb - 1:0. Fasiləyə qədər Qurban Qurbanovun yetirmələri hesab arasındaki fərqi iki topa çatdırıblar. Matçın 45-ci dəqiqəsində Araz Abdullayev uzaq məsafədən baxımlı qola imza atıb - 2:0.
Oyunun ikinci hissəsində Ağdam klubu üçüncü topu rəqibin qapısından keçirdib. Bu dəfə Con Delarj fərdi ustalığı sayəsində iki müdafiəçini keçərək qapıçı ilə təkbətək çıxıb və hesabı 3:0 edib. Qarşılaşmanın 72-ci dəqiqəsində “Qarabağ” klubu rəqibi yenidən meydanın mərkəzinə dəvət edib. Abdullah Zubir özünün ikinci, komandasının isə dördüncü topunu vurub. Oyunun əsas vaxtının başa çatmasında bir dəqiq qalmış “Qəbələ” təsəlli qolunu vurmağa nail olub. Təmkin Xəlilzadənin künc ötürməsini Rasim Ramaldanov dəqiq baş zərbəsi ilə tamamlayıb.
Beləliklə, “Qarabağ” Topaz Premyer Liqasında növbəti qələbəsini qazanaraq xalını 10-a yüksəldib.
Turun bu gün keçirilən digər oyununda “Keşlə” doğma meydanda “Sumqayıt” klubuna məğlub olub (1:2). “Sumqayıt” klubunun heyətində Cavid Tağıyev və Əfran İsmayılov fərqləniblər. Meydan sahiblərinin yeganə qolunu isə Slavik Alxasov vurub.
Beş turdan sonra turnir cədvəlinə 13 xalı olan “Neftçi” klubu başçılıq edir. Aktivlərində 10 xalı olan son çempion "Qarabağ" və debütant “Sabah” klubları ikinci və üçüncü yerləri bölüşürlər. Digər pillələrdə isə müvafiq olaraq “Sumqayıt” (7), “Səbail” (5), “Qəbələ” (4), “Zirə” (2) və “Keşlə” (1) qərarlaşıblar.




 
Bölməyə aid digər xəbərlər
18.10.2018
“Hər il Avropa və dünya çempionatlarında iştirak edərək uğurlar əldə etmişik“
18.10.2018
Fərhad Rəcəbli 8-ci dəfə usta cüdoçular arasında dünya çempionu oldu
18.10.2018
Nurlan Səfərov bürünc medal qazanıb
17.10.2018
Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
17.10.2018
İki boksçumuz Avropa çempionu olub, biri 3-cü yeri tutub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10269

1 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
2 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
3 Dadaizm və Sürrealizm cərəyanının görkəmli nümayəndəsi
4 Vətən uzaqda deyil
5 Tovuzda insanların poeziyaya olan məhəbbəti tükənməzdir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info