Dövlət Sərhəd Xidməti Akademiyasında kursantların andiçmə mərasimi keçirilib
Tarix: 24.09.2018 | Saat: 10:47:00 | E-mail | Çapa göndər



Dövlət Sərhəd Xidməti (DSX) Akademiyasında kursantların andiçmə mərasimi keçirilib.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, gənc kursantlar təntənəli şəkildə hərbi andı qəbul etdikdən sonra Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elcin Quliyevin təbrik telefonoqramı çatdırılıb.
Tədbirdə çıxış edən Dövlət Sərhəd Xidməti Akademiyasının rəisi general-mayor Elşən Verdiyev ulu öndər Heydər Əliyevin dövlət sərhədlərimizin qorunması, Azərbaycan sərhəd mühafizəsinin formalaşması və inkişafı istiqamətindəki xidmətlərindən, böyük dövlət xadiminin müəyyənləşdirdiyi milli sərhəd strategiyasının Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi sayəsində ölkəmizin sərhəd mühafizəsinin ən müasir tələblər səviyyəsinə qaldırılmasından danışıb, Vətənə, dövlətə sədaqət andı içən kursantları təbrik edərək, hərbi anda daim sadiq qalacaqlarına, təhsildə və xidmətdə yüksək nəticələrə nail olacaqlarına əminliyini bildirərək onlara müvəffəqiyyətlər arzulayıb.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 2010-cu il avqustun 10-da akademiyanın açılış mərasimində iştirak etməsinin qürur hissi ilə xatırlandığı tədbirdə Dövlət Sərhəd Xidməti Akademiyasında kursantların sərhədçi zabit kimi hazırlanması üçün ən yüksək standartlara cavab verən şəraitin yaradılması, güclü elmi-tədris bazası və yüksək ixtisaslı hərbi-pedaqoji heyətin formalaşdığı, akademiyanın zabit-gizir, professor-müəllim heyətinin gənc kursantların Vətənin layiqli müdafiəçiləri kimi yetişmələri üçün qabaqcıl təcrübədən və səmərəli metodlardan bacarıqla istifadə etmələri xüsusi vurğulanıb.
Gənc kursantlar adından çıxış edənlər hərbi biliklərə dərindən yiyələnəcəklərinə, dövlət sərhədlərini göz bəbəyi kimi qoruyacaqlarına, sərhədçı adını daim uca tutacaqlarına söz vеriblər.
Tədbirdə çıxış edən valideynlər övladlarının Dövlət Sərhəd Xidməti Akademiyasında təhsil almaları ilə fəxr еtdiklərini bildirib, gənc kursantlara dövlətimizə və xalqımıza sadiq, mərd və qürurlu zabit kimi yetişərək Vətən torpaqlarının müdafiəsinə daim hazır olmalarını arzulayıblar.
Mərasim şəxsi heyətin təntənəli marşla keçidi ilə başa çatıb.




 
Bölməyə aid digər xəbərlər
20.10.2018
Udmurtiyada Tofiq Kərimovun xatirəsi əbədiləşdiriləcək
19.10.2018
“Bakcell”in dəstəklədiyi gənclərin uğuru
19.10.2018
AZAL və “Belavia“ Bakı-Minsk marşrutu üzrə kod-şerinq sazişi imzalayıb
19.10.2018
“The Guardian“: Xınalıq kəndi Avropanın 10 ən yaxşı turizm məntəqəsindən biridir
19.10.2018
Vyetnamda Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunmuş məktəbin açılışı olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10282

1 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
2 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
3 Azərbaycanlı gənclər İtaliyada şirkət açıblar
4 Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”
5 Türkiyə mediası: “Star”Avropanın ən müasir müəssisəsi olacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info