Gömrük sistemi hərtərəfli dövlət dəstəyi ilə təmin olunub
Tarix: 24.09.2018 | Saat: 12:13:00 | E-mail | Çapa göndər



Səfər Mehdiyev:
“Gömrük sistemində vətəndaş-məmur təması minimuma endiriləcək, xidmət səviyyəsinin və vətəndaş məmnuniyyətinin yüksələk”

Dövlət Gömrük Komitəsində "Gömrük orqanlarında həyata keçirilən islahatların 1-ci mərhələsinin yekunları"na dair müşavirə keçirilib.
Müşavirədə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev, Komitə sədrinin müavinləri, Baş İdarə rəisləri, ərazi və ixtisaslaşmış gömrük idarələrinin rəhbərləri və əməkdaşları iştirak edib.

Tədbirdə çıxış edən Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bildirib ki, ümummilli lider Heydər Əliyevin yüksək idarəçilik qabiliyyəti sayəsində formalaşan gömrük xidməti qısa zaman kəsiyində ölkəmizin iqtisadi təhlükəsizliyini təmin edən, fiskal siyasətin həyata keçirilməsində mühüm rol oynayan önəmli dövlət təsisatlarından birinə çevrilib. Ulu öndərin uzaqgörən siyasətinin davamçısı Prezident İlham Əliyev tərəfindən dövlət idarəçiliyinin təkmilləşdirilməsi məqsədilə həyata keçirilən islahatların gömrük işinin təşkilinin müasir standartlar səviyyəsində qurulmasına, gömrük xidmətinin dinamik inkişafına və Azərbaycan gömrüyünün beynəlxalq arenada etibarlı yer tutmasına şərait yaratdığını diqqətə çatdıran Səfər Mehdiyev gömrük sistemində aparılan son islahatların da bu siyasətin davamı olduğunu vurğulayıb.
Səfər Mehdiyev bildirib ki, Prezident İlham Əliyevin gömrük orqanları qarşısında qoyduğu tapşırıqlar şəffaflığın tam təmin olunması, korrupsiya və rüşvətin tamamilə aradan qaldırılması, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması, vətəndaş məmnunluğunun təmin edilməsi, beynəlxalq ticarətin sadə və asan şəkildə reallaşdırılması üçün bütün tədbirlərin həyata keçirilməsindən ibarətdir. DGK sədri vurğulayıb ki, gömrük sistemindəki islahatların məqsədi də qarşıya qoyulan tapşırıqların sürətli və səmərəli şəkildə həyata keçirilməsini təmin etməkdir. Bu məqsədlə istər gömrük orqanlarının maddi-texniki bazasının yaxşılaşdırılması, istər əməkdaşların sosial problemlərinin həlli istiqamətində zəruri addımlar atılıb və gömrük sistemi hərtərəfli dövlət dəstəyi ilə təmin olunub.
Aparılan struktur islahatları nəticəsində artıq respublikamızın gömrük sistemində beynəlxalq təcrübədə özünü doğruldan ən müasir modelin tətbiq edildiyini bildirən Səfər Mehdiyev bununla da təkrarçılığın aradan qaldırılacağına, əməkdaşların məhsuldarlıq səviyyəsinin artacağına, vətəndaş-məmur təmasının minimuma endiriləcəyinə, xidmət səviyyəsinin və vətəndaş məmnuniyyətinin yüksələcəyinə əminliyini ifadə edib.
Komitə sədri bütün gömrük əməkdaşlarına verilən tapşırıqları vicdanla yerinə yetirməyi, vətəndaşlara qarşı nəzakətli davranmağı, onların problem və şikayətlərini səbrlə dinləyib operativ şəkildə həllinə nail olmağı tövsiyə edib.
Daha sonra tədbirdə çıxış edən komitə sədrinin müavinləri, Baş İdarə rəisləri və digər gömrük əməkdaşları həyata keçirilən islahatların məqsədi, gedişi və səmərəliliyi barədə məlumat verib, təklif və tövsiyyələrini dilə gətiriblər.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
16.10.2018
“Loqos”da Üsküdar Universitetinin təqdimatı keçirilib
16.10.2018
Tərtər rayonunun daha dörd kəndinə təbii qaz verilib
16.10.2018
Naxçıvanda “Arıçılıq məhsulları – bal festivalı” keçiriləcək
16.10.2018
Respublika əhəmiyyətli Tərtər-Hindarx avtomobil yolu yenidən qurulur
16.10.2018
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsal artıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10258

1 Dənizçilər təqaüddə olan həmkarlarını ziyarət ediblər
2 Vətən uzaqda deyil
3 Tovuzda insanların poeziyaya olan məhəbbəti tükənməzdir
4 “Belarusda yaşayan azərbaycanlı gənclər yetərincə aktivdirlər”
5 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info