“Uşaqlar bizim gələcəyimizdir“
Tarix: 24.09.2018 | Saat: 12:16:00 | E-mail | Çapa göndər


22 sentyabr 2018-ci il tarixində Pirallahı Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı və Azərbaycan Qızıl Aypara Cəmiyyəti Pirallahı rayon bölməsinin birgə təşkilatçılığı ilə Bakının Şüvəlan qəsəbəsində yerləşən 4 nömrəli respublika xüsusi internat məktəbində "Uşaqlar bizim gələcəyimizdir" başlığı altında tədbir keçirildi.
Tədbiri giriş sözü ilə açan 4 nömrəli respublika xüsusi internat məktəbinin direktoru Vəfa Seyidova 1967-ci ildən fəaliyyət göstərən məktəbin 2013-cü ildə Heydər Əliyev Fondu tərəfindən sökülərək yenidən inşa olunması, fəaliyyəti barədə məlumat verdikdən sonra valideyn himayəsindən məhrum olan uşaqlara dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışdı.
Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov isə çıxışında vurğuladı ki, ölkəmizdə uşaqların gələcəyi ilə bağlı müxtəlif layihələr həyata keçirilir. Xüsusilə, ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun prioritet məqsədlərindən biri uşaqlara diqqət və qayğı göstərməkdir. Fondun qüvvəsi əhalinin ən zəif, xüsusi müdafiəyə ehtiyacı olan təbəqələrinə, ilk növbədə, xəstə uşaqlara, eləcə də dünyada ən qiymətli nemətdən - valideyn məhəbbətindən və qayğısından məhrum olmuş balalarımıza kömək göstərilməsinə yönəlib.
"Ümummilli lider Heydər Əliyev uşaqların ən yaxın dostu və qayğıkeşi idi. Bu gün ümummilli lider Heydər Əliyev siyasətinin layiqli davamçısı olan
ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uşaqlara diqqət və qayğı dövlət siyasətinin mühüm istiqamətlərindəndir. Uşaqlar bizim gələcəyimizdir. Günü-gündən inkişaf edən, çiçəklənən respublikamızın gələcəyi sizlərin əlindədir. Bu gün Pirallahı Rayon İcra Hakimiyyəti, YAP Pirallahı rayon təşkilatı və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Pirallahı rayon bölməsinin əməkdaşları tanınmış incəsənət nümayəndələri ilə birgə sizin qonağınızdır. Sizə sağlam həyat, uğurlu təhsil arzu edirəm" - deyə Hikmət Şikarov çıxışının sonunda qeyd etdi.
Tədbir tanınmış incəsənət nümayəndələrinin, müğənni və rəqqasələrin maraqlı çıxışları ilə davam etdi.




 
Bölməyə aid digər xəbərlər
11.12.2018
Suraxanı rayonunda payız-qış mövsümünə hazırlıqla bağlı iclas keçirilib
11.12.2018
23 ədəd mobil telefonu xüsusi “ssenari” ilə keçirməyə cəhd etdilər
11.12.2018
Cocuq Mərcanlıda istirahət parkı inşa edilir
11.12.2018
Neftçalada indiyədək 36 min 50 hektar sahədə payızlıq taxıl əkilib
10.12.2018
Qaradağ rayonunda qış mövsümünə hazırlıqla bağlı müşavirə keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10523

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
3 Türkiyədə yeni Azərbaycan diaspor təşkilatı qeydiyyatdan keçib
4 “Özümü qərib ölkədə hiss etmədim”
5 Çin şirkəti Gəncədə 5 metallurgiya zavodu tikəcək


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info