Neftin qiyməti 100 dollara yüksələcək
Tarix: 24.09.2018 | Saat: 14:11:00 | E-mail | Çapa göndər


Əlcəzairdə bağlı qapılar arxasında gedən müzakirələrdə İran neftini kompensasiya etmək üçün əlavə neft istehsalı müzakirə edilib


Əlcəzairdə OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin X iclası keçirilib. İclasda ölkəmizi energetika naziri Pərviz Şahbazov təmsil edib. Energetika Nazirliyindən bildiriblər ki, tədbirdə cari ilin avqust ayı üzrə neft hasilatı ilə bağlı Birgə Texniki Komissiyanın təqdimatı və OPEC-in qlobal neft bazarının inkişaf tendensiyalarına dair hesabatı dinlənilib. 2018-ci il iyunun 23-də OPEC və qeyri-OPEC ölkələri nazirlərinin IV iclasında neft hasilatının sutkada 1 milyon barel artırılması ilə bağlı qərarının icra vəziyyəti və bazara təsiri nəzərdən keçirilib. İclasda iştirak edən Azərbaycanın energetika naziri Pərviz Şahbazovun verdiyi məlumata görə, OPEC+ ölkələri tərəfindən öhdəliklər iyulda 109 faiz, avqustda isə 129 faiz yerinə yetirilib. Bu göstəricilər may ayı ilə müqayisədə bazarın balanslaşması istiqamətində mühüm irəliləyişlər hesab edilib. Nazir deyib: “OPEC+ razılaşmasına hələlik 100 faiz əməl edilməsə də, prosesin gedişatı ümumən qənaətbəxşdir. OPEC və qeyri-OPEC ölkələrinin ümumi rəyi ondan ibarətdir ki, hasilatın artırılmasına hazırkı yanaşma nailiyyətləri ilin sonuna kimi qoruyub saxlamağa imkan verir və hasilat həcmlərinin bölüşdürülməsinə zərurət yoxdur”. İclasda OPEC+ ölkələrinin iyun qərarının tam şəkildə yerinə yetirilməsi üçün koordinasiyalı fəaliyyətin və davamlı tənzimlənmənin vacibliyi qeyd olunub. 2019-cu ildən bazarın vəziyyətinin yenidən təhlili və adekvat qərarların qəbulu məqsədəuyğun sayılıb. Qeyd edək ki, toplantının keçirilməsində əsas məqsədlərdən biri ABŞ-ın İrana tətbiq etməyə hazırlaşdığı neft sanksiyası ilə bağlı idi. Birləşmiş Ştatlar noyabrdan etibarən müttəfiqlərinin İrandan neft almasını yasaqlayacaq. Daha doğrusu, müttəfiqlərindən kim İrandan neft alsa, ona sanksiya tətbiq ediləcək. Bu isə dünya neft bazarında yeni vəziyyət yaradacaq. Dünyanın ən böyük neft istehsalçılarından biri olan İranın neft sata bilməməsi bazarda qarışıqlıq yarada bilər. Əlcəzairdə bağlı qapılar arxasında gedən müzakirələrdə İran neftini kompensasiya etmək üçün əlavə neft istehsalı müzakirə edilib. Rusiya mediası xəbər verir ki, neft istehsal edən ölkələr bu məsələdə razılıq əldə edə bilməyiblər. Rusiya və Səudiyyə Ərəbistanının İran kvotasını tam həcmdə kompensasiya edə bilməyəcəyi bəlli olub. “Nezavisimaya qazeta” nəşri yazır ki, bu isə neftin qiymətinin 100 dollar yüksəlməsinə səbəb ola bilər. Sutkalıq bir milyon barel qaydasını davam etdirmək qərara alınıb. Kvotanın artırılması məsələsi isə müəyyənləşdirilməyib. İranın neft naziri Zəngənə “Bloomberg” agentliyinə müsahibəsində bildirib ki, Tramp İran neftin satışın sıfıra endirməklə bağlı qərarı heç öz hökuməti ilə belə məsləhətləşməyib: “İndi isə başa düşüb ki, bunu etmək mümkün deyil. Ona görə də simvolik də olsa, heç olmasa bir ay ərzində ixracı dayandırmaq haqqında düşünürlər”. “Wall Street Journal” nəşri yazır ki, ABŞ İranın neft satışına qadağa tətbiq edəndən sonra Səudiyyə Ərəbistanı boşluğu kompensasiya etmək üçün gündəlik 12 milyon barel neft istehsal etmək iqtidarında deyil. Donald Tramp açıqlamalarını birində deyib ki, Səudiyyə kralı ona gündəlik 12 milyon barel neft istehsal edə biləcəklərini vəd edib. Amma Səudiyyə Ərəbistanı rəsmiləri və neft üzrə ekspertləri qeyd edir ki, gündəlik 11 milyon barel neft istehsalı belə, ölkə üçü böyük gərginlikdir. Hazırda Səudiyyə Ərəbistanının gündəki hasilatı 10,4 milyon barelidir. Omanın neft naziri Hamad ar-Rumxi bildirib ki, İran neft ixracı azalarsa və ya dayanarsa onu kompensasiya etmək üçün neft istehsalını artırmaqla bağlı müzakirələr gedir. Amma hələlik vahid qərara gəlmək mümkün olmayıb. Ekspertlər hesab edir ki, yaranmış vəziyyət yaxın vaxtlarda neftin qiymətinin 90-100 dolara yüksəlməsinə səbəb olacaq. İranlı neft naziri Əlcəzairdə keçirilən toplantıya qatılmayıb. Onun sözlərinə görə OPEK konsensus olmadan qərar qəbul edə bilməz. Rusiyanın enerji naziri Novak isə bildirib ki, vəziyyətdən asılı olaraq ölkəsi neft istehsalını sutkalın bir neçə yüz min barel artıra bilər.

Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
18.10.2018
Balakəndə yeni yaradılan 60 kameralı tütün qəbulu məntəqəsində 90 nəfər işlə təmin olunub
18.10.2018
Gömrük orqanları arasında işgüzar dialoq ikitərəfli əlaqələrin inkişafına töhfə verir
18.10.2018
Dövlət Gömrük Komitəsinin sədri Türkiyə səfiri ilə görüşüb
18.10.2018
Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzi fermerlərə xidmət göstərməyə başlayıb
18.10.2018
İlin sonunadək İmişli və Şəkidə “ABAD”ın regional mərkəzləri açılacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10270

1 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
2 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
3 Dadaizm və Sürrealizm cərəyanının görkəmli nümayəndəsi
4 Vətən uzaqda deyil
5 Tovuzda insanların poeziyaya olan məhəbbəti tükənməzdir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info