Birinci Avropa Oyunlarında Rio-de-Janeyro Olimpiadasına lisenziya verilə bilər
Tarix: 02.07.2013 | Saat: 02:02:00 | E-mail | Çapa göndər


2015-ci ildə ilk dəfə Bakıda təşkil olunacaq birinci Avropa Oyunlarının Koordinasiya Komissiyasının növbəti iclası keçirilib. “Marriot Absheron” mehmanxanasında təşkil olunmuş tədbirin məqsədi birinci Avropa Oyunlarına hazırlıq məsələləri ilə tanış olmaqdır.
İclasda gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Avropa Olimpiya Komitəsinin baş katibi Rafaello Poqnatçi, Koordinasiya Komissiyasının sədri Spiros Kapralos və başqaları iştirak ediblər. İclasda idman növləri, idmançıların seçim prosesi və Bakı şəhərinin hazırlıq səviyyəsi barədə, həmçinin birinci Avropa Oyunlarının keçirilmə tarixi barədə də fikir mübadiləsi aparılıb. İdman federasiyalarının rəhbərləri ilə görüşlərin keçirilməsi və Avropa Oyunlarının proqramına daxil olan bəzi idman növlərinə Rio-de-Janeyro Yay Olimpiya Oyunları üçün təsnifat xarakteri verilməsi istiqamətində müzakirələr aparılıb. Qonaqlar ölkəmizdə yaradılan idman infrastrukturunu yüksək qiymətləndirib, olimpiya kəndinin yüksək səviyyədə təşkil edildiyini diqqətə çatdırıb və mötəbər yarışa hazırlıqdan məmnun olduqlarını ifadə ediblər. Sonda hazırlıq işləri məşğul olan əməliyyatçı şirkətlərin məruzələri dinlənilib. Qeyd edək ki, Avropa Oyunlarının ilkin proqramına idmanın 19 növü daxildir. Bunlar kamandan oxatma, su idman növləri (üzgüçülük, su polosu, suyatullanma), atletika, badminton, basketbol (3x3), boks, kanoe, velosiped (BMX, dağ velosipedi, şose), çimərlik futbolu, gimnastika (bədii gimnastika, idman gimnastikası, tamblinq və akrobatika), cüdo, karate, atıcılıq (stend və güllə), stolüstü tennis, taekvondo, triatlon, voleybol (zal və çimərlik), güləş və qılıncoynatma növləridir.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info