Mühacirətdəki müxaliflərin dini təbliğat aparmalarının səbəbi nədir?
Tarix: 24.09.2018 | Saat: 13:29:00 | E-mail | Çapa göndər


Görünür, indi də ağalarından bu istiqamətdə tapşırıq alıblar

İlin əvvəlində xaricdə yaşayan bir qrup müxalif gəncin, eləcə də onlara dəstək olan digər bəzi mühacirətdə olan müxaliflərin sosial şəbəkələrdə aktivliyi hiss olunsa da, artıq qurbağa gölünə daş atılıbmış kimi, bu radikal düşüncəli qüvvələrdən səs- soraq yoxdur. Onların aktiv fəaliyyətə başladıqları ilk günlərdə yazırdıq ki, bu qrupların özlərinin şəxsi maraqları var. Maliyyə əldə etmək, seçki ili olduğu üçün Azərbaycanda vəziyyəti gərginləşdirməyə çalışan xaricdəki bəzi dairələrin tapşırıqlarını yerinə yetirərək “sadiq, əmrə tabe qul” olduqlarını göstərmək və beləcə nəinki dövlət və dövlətçilik, eləcə də öz xalqının maraqlarının əleyhinə çıxmaqda peşəkardırlar. Həmin günlərdə onu da yazırdıq ki, bu fəaliyyət heç bir il çəkməyəcək, bu qrupdan istifadə edib, sonra onları bir kənara atacaqlar. Dediyimiz də oldu. Artıq onların sosial şəbəkələrdəki anormal paylaşımları ötən aylarda olduğu kimi izlənilmir, əvvəllər özlərini qəhrəman kimi göstərən bu söyüşcül dəstəni izləyənlərin böyük əksəri heç bir paylaşımaya ciddi reaksiya vermirlər. Qısası, indi bu adamlar gündəmdə qalmaq, sosial təbəqələrin diqqətini cəlb etmək üçün yeni-yeni yollar axtarırlar. Bu mənada, diqqətimizi Tural Sadıqlının bir neçə gün öncə paylaşdığı dini fikirlər, çağırışlarla zəngin qısa videosu çəkdi.
Daim Orduxan Temirxanla bir yerdə fəaliyyətini quran Tural Sadıqlı “Bəs sən özünü müsəlmanmı sanırsan?” sualıyla başlayan videogörüntüsündə arxa fonda qəmli mahnı verərək videoçağırışını təsirli etməyə çalışıb. Yalandan “məscidlərin sökülür”, “azanların boğulur” kimi, anormal, dəxilsiz, mənasız fikirlər səsləndirən Tural Sadıqlı, yəqin, son illərdə ölkədə tikilib dindarların istifadəsinə verilən məscidləri, təmir edilərək ziyarətçilər üçün qapıları açılan pir və ziyarətgahları görməzdən gəlir. Sonda isə deyir ki, “İmam Hüseynin yoluna xilaf çıxmaqla müsəlman adını daşıyırsan”... Maraqlıdır ki, siyasi fikirlərdə heç bir əndazəyə, çərçivəyə sığmayan söyüş, təhqir, aşağılayıcı anormal fikirlər səsləndirib gündəmə gələn söyüşcül qrupun üzvü indi din adına birdən-birə niyə belə çıxışlar etdi? Niyə mələk donu geyinərək “imam aşiqi” olduqlarını göstərməyə çalışdılar? Doğrudanmı, bu adamlar dini kəsimin onların bu fikirlərinə diqqət yönəldəcəyini, bu söyüşcül dəstəyə rəğbət bəsləyəcəyini ümid edirlər? Əsla! Əvvəla, Azərbaycanda dindarların böyük əksəriyyəti dövlətin yürütdüyü siyasəti dəstəkləyir, heç bir dindar üçün nə ibadətdə, nə əqidə, fikir azadlığında nə də digər məqamlarda məhdudiyyət və maneələr törədilmir. Əksinə, qədim məscidlər dövlət hesabına təmir və bərpa edilir, yeni məscidlər tikilir, sovet dönəmində baxımsızlıqdan və ya bilərəkdən dağıdılmış ziyarətgahlar təmir edilir və hətta hər il büdcədən dini icmalara təmənnasız maliyyə yardımları da ayrılır və s. Bu cür müsbət məqamları sadalamaqla bitməz. Bu mənada, dini kəsim nədən və niyə narazı olmalıdır axı? Sadəcə olaraq Orduxanlar, Sadıxlılar, siyasi fəaliyyətlərinin uğursuz olduqlarını çoxdan anlayıblar. İndi də dini bayramlarda və ya matəm günlərində dindarlarla bağlı çağırışlar edirlər, digər sosial təbəqələrə aid olan günlərdə isə həmin təbəqənin guya qeydinə qaldıqlarını göstərən fikirlər səsləndirirlər. Amma onların kino günündə aktyorlarla bağlı hansısa “canıyananlıq” etmələrinin, xüsusi effektlərlə bəzədilmiş videogörüntü paylaşmalarının şahidi olmadıq. Çünki onsuz da ilboyu aktyorluq edirlər... Hər kəs gözəl bilir ki, bu adamlar öz “rollarını oynadılar”, seçki ili olduğu üçün ilin əvvəlində xaricdəki maliyyə mənbələrindən kifayət qədər vəsait alaraq öz anormal fəaliyyətlərini qurdular. İndi bu qrup artıq nə sosial şəbəkələrdə ictimai fikrə az da olsa təsir gücünə malikdirlər, nə də ki, öz “ağa”larına lazım deyillər. Qısası, məşhur bir cizgi filmində olduğu kimi, sadəcə “Tülkü həccə gedir!”. Görək bundan sonra hansı gülməli, anormal çağırışlarla özlərini gülüş obyektinə çevirəcəklər...
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
23.07.2019
Массовый побег армян в Россию
23.07.2019
Müxalifətin başı daxili “düşmənlərə” qarışıb
22.07.2019
“Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə dair Dövlət Proqramı” qəbul edilib
22.07.2019
Elmar Məmmədyarov Litvanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirini qəbul edib
22.07.2019
Müxalifətin “nailiyyətsizlik sindromu”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10836

1 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
2 Подготовка армянских «джавахкских» боевиков-сепаратистов против Грузии в оккупированным Карабахе уже идет полным ходом - FOTO
3 “Cənub bölgəsi Azərbaycanda ən çox turist qəbul edən bölgə olacaq”
4 “Rusiya Azərbaycanlıları İttifaqı gündəmə bəyanatla yox, əməli işlə gəlir”
5 Abituriyentlər, Azərbaycan Dövlət Pedaqoji Universitetini seçin!


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info