Azərbaycanlı qızlar Süni İntellekt üzrə Təhsil Düşərgəsində iştirak ediblər
Tarix: 24.09.2018 | Saat: 14:20:00 | E-mail | Çapa göndər


Azərbaycandan 3 xanım şagird “Alis gələcəyi canlandırır - Süni İntellekt dünyanı qavrama şəklimizi necə dəyişə bilər” mövzusunda Yunanıstanın Afina şəhərində baş tutan 4 günlük seminarda iştirak ediblər. Təhsil düşərgəsinin keçirilməsinin əsas məqsədi 15-17 yaşlı 160-dan çox şagirdi elmə və texnologiyaya həvəsləndirmək, STEM karyerasını əhatə edən mifləri dağıtmaq və onların gələcək karyeralarını seçmək, eyni zamanda arzularını reallaşdırmaq üçün ruhlandırmaq olub.

Alis daima xəyal edən, yeni təcrübələr axtarışında elm həvəskarı olan bir qızdır. O həvəsli, yaradıcı və hər şeyin daha yaxşı olacağını düşünməkdə inadkardır. Biz hər birimiz Alisi tanıyırıq və onun Möcüzələr diyarında təxəyyülündə yaratdığı arzulara çatmasını istəyirik. Onun fikirləri və qətiyyəti ilə möcüzələr reallığa çevrilə bilər!

“Microsoft” şirkəti tərəfindən aparılan sorğulara əsasən texnologiyanın inkişaf etməsinə və şəxsi inkişaf üçün müstəsna imkanlar yaratmasına baxmayaraq, yalnız 42 % xanım gələcəkdə STEM yönümlü karyera qurmaq istədiyini bildirib. Bu istəksizliyin müxtəlif səbəbləri var, respondetlərin 60%-i STEM ilə əlaqəli peşələrdə qadınlara və kişilərə qeyri-bərabər davranıldığını bildirib.

“Təhsil düşərgəsinin vasitəsilə qiymətli təcrübə və yeni beynəlxalq dostlar qazandım. Microsoftun Azərbaycan üzrə səfiri olmaq mənim üçün qürürverici hissdir. Karyeramı bir həkim olaraq davam etdirmək və süni zəkanın gücündən istifadə edərək daha yaxşı həllər hazırlamaq üçün əldə etidyim texniki bacarıqlarımı tətbiq etmək istəyirəm ", - deyə Təbiət Elmləri Gimnaziyasının şagirdi Leyla Paşazadə bildirib.

Digər mühüm faktlardan biri də odur ki, xanımların indi və gələcəkdə STEM fənnlərinə maraq göstərmələrinə əsas səbəb rol modelinin olmasıdır. 2018-ci ildə Microsoft şirkətinin apardığı tədqiqata görə rol modeli olduğu təqdirdə STEM fənnləri ilə maraqlanan qızların sayı iki dəfə çoxalır (rol modeli olmayan xanımların 26%-i, rol modeli olanların isə 41 %-i STEM fənnlərinə maraq göstərir). Eyni tədqiqatın nəticəsinə əsasən rol modeli olan 51 % xanım STEM-də öz gələcək karyeralarını təsəvvür edə bilirlər və bu təsir sadəcə məktəb mərhələsindən sonra da davam edir.

Təbiət Elmləri Gimnaziyasının digər şagirdi Firəngiz Süleymanova qeyd edib: “Süni İntellekt Təhsil Düşərgəsi mənim üçün çox böyük ilham mənbəyi oldu. Yeni texnologiyalardan istifadə, minecraft oyunlarında iştirak, robot düzəltmək və müxtəlif seminarlarda iştirak etmək süni intellekt kimi innovativ texnologiyaları tam başa düşməmə və gələcək karyeramı hansı iştiqamətdə davam edəcəyimi seçməyimdə kömək oldu. Tədbirdən sonra mənim ən böyük arzum süni intellekti neft sahəsində tətbiq etmək və gələcəkdə Microsoft-da çalışmaqdır”
Bu tədbirin ərsəyə gətirilməsinə səbəb, gənc xanımların Süni İntellekt kimi öncül texnologiyaları anlaması və gələcək peşələrini bu sahədə seçmək üçün bacarıqlarının olmasına inandırmaqdır.
Bu, “Microsoft” şirkətinin Mərkəzi-Şərqi Avropa ölkələrində süni intellektin hal-hazırda təsir gücünü göstərmək və yeni nəsli rəqəmsal gələcəyə daha yaxşı hazırlamaq üçün atdığı ilk addımdır. Microsoft, ibtidai sinif şagirdlərindən məzun olmuş tələbələrə kimi, gələcək ixtiraçıların ən son texnologiyalara çıxışını təmin etmək və gələcəyə dair vizyon formalaşdırmaq bacarıqlarını inkişaf etdirmək üçün investisiyalar edir. Bu baxımdan, Microsoft şagirdlərin inkişafını və gələcək üçün lazımi bacarıqların yaxşılaşdırılmasını təmin etmək üçün Mərkəzi-Şərqi Avropa ölkələrində Təhsil Nazirlikləri ilə tərəfdaşlıqlar axtarışındadır.
Sosial İnnovasiya Mərkəzinin həmtəsisçisi Leyla Tağızadə tədbir haqqında fikirlərini bu cür bildirib: “Tədbirin ən yaddaqalan məqamları mühüm təqdimatlar, süni intellekt texnologiyalarının cari tətbiqi sahələri, interaktiv hackathonlar, Microsoftun təhsildə tətbiq edilən məhsulları, “Azure cognitive”, bulud servisləri, mühəndisliyin əsasları, Microbtye, Lego beyin fırtınası və Minecraft oyunların tətbiqi oldu. İnteraktiv texnologiyalarla işləməklə şagirdlərimiz qiymətli təcrübə və biliklər qazandılar. Onlar Azure cognitive servisləri, üz tanıma, çat-bot xidmətlərinin qurulması bacarıqlarının əsaslarına yiyələndilər. Gələcəkdə şagirdlər bu texnologiyaları üzərində işlədikləri layihələrdə tətbiq etməyi planlaşdırırlar. Məsələn, Pictofy komandası Azure face recognition xidmətindən istifadə edəcəkdir”

Yeni nəslə yönəlmiş ruhlandırıcı konfrans
Beynəlxalq spikerlərin iştirakı, həmçinin bir sıra interaktiv tədbirlər və seminarlar vasitəsi ilə, Microsoft iştirakçılara Süni İntellekt Dünyası tərəfindən yaradılmış imkanları aşkar etmək şansı verərək onlara misilsiz bir təcrübə və arzularını həyata keçirmə şansı verir.




 
Bölməyə aid digər xəbərlər
20.10.2018
Udmurtiyada Tofiq Kərimovun xatirəsi əbədiləşdiriləcək
19.10.2018
“Bakcell”in dəstəklədiyi gənclərin uğuru
19.10.2018
AZAL və “Belavia“ Bakı-Minsk marşrutu üzrə kod-şerinq sazişi imzalayıb
19.10.2018
“The Guardian“: Xınalıq kəndi Avropanın 10 ən yaxşı turizm məntəqəsindən biridir
19.10.2018
Vyetnamda Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunmuş məktəbin açılışı olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10282

1 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
2 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
3 Azərbaycanlı gənclər İtaliyada şirkət açıblar
4 Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”
5 Türkiyə mediası: “Star”Avropanın ən müasir müəssisəsi olacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info