Lerik və Yardımlıda elektrik enerjisi infrastrukturu yenidən qurulur
Tarix: 24.09.2018 | Saat: 14:22:00 | E-mail | Çapa göndər


“Azərişıq” ASC tərəfindən Cənub regionunda aparılan yenidənqurma işləri davam etdirilir. “Azərişıq”ın Mətbuat Xidmətindən verilən məlumata görə, İstismar müddətini başa vurmuş elektrik şəbəkələri yenidən qurulur. Texniki itkilərin səviyyəsinin minimuma endirilməsi, kənd təsərrüfatı, sənaye, turizm və digər iaşə obyektlərinin, o cümlədən əhalinin keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi üçün 2018-ci ilin 9 ayı ərzində əsaslı işlər görülüb Ölkəmizin turizm sektoruna daxil dağlıq ərazi olan Lerik rayonunda da sürətli yenidənqurma işləri aparılır. Xüsusən də qış aylarında bu ərazidə kəskin hava şəraitini nəzərə alaraq, “Azərişıq” ASC çətin relyefdə ən etibarlı elektrik dayaqları ilə dayanıqlı enerji nəqlinə nail olub. Rayonun bir çox kəndlərində, eləcə də rayon mərkəzindən İranla sərhəd istiqamətində 35 kilometr məsafədə yerləşən Zuvand adlanan ərazidə təmir-bərpa və yenidənqurma işləri həyata keçirilib. “Cənub” RETSİ-nə daxil olan Lerik EŞ bu ilin 9 ayı ərzində 110 kv-luq hava xəttində 136 ədəd yararsız ağac dirəkləri dəmir dayaqlarla əvəz edib. Rayonun Şingədulan, Camaşair, Böyük Orand və Kəlvəz kəndlərində elektrik enerjisinin ötürülməsində bütün problemlər tamamilə aradan qaldırılıb, dayanıqlı və etibarlı enerji təchizatı üçün bu kəndlərdə 12 min metr SİP kabelləşmə aparılıb, 400-ə qədər yeni dəmir dayaqlar basdırılıb. Yeni güc mənbələrinin yaradılması üçün 9 ay ərzində 10-dan yuxarı KTM quraşdırılıb. Abonentlərin sayğacla təmin edilməsində də xeyli uğura nail olunub. 9 ay ərzində Lerik rayonunda 1200-dən çox istehlakçı yeni sayğacla təmin edilib “Cənub” RETSİ-nə daxil olan Yardımlı rayonunda da bu ilin 9 ayı ərzində elektrik enerjisinin ötürülməsində əhmiyyətli dəyişikliyə nail olunub. Abonentlərin etibarlı və dayanıqlı elektrik enerjisi ilə təminatı üçün “Azərişıq”ASC tərəfindən Yardımlı rayonu ərazisində 70 ədəd 10 kv-luq metal dayaq, 828 ədəd 0.4 kv-luq metal dayaq basdırılıb, 38 220 metr məsafədə kabelləşmə işi aparılıb. Yeni güc mənbəsi kimi 9 ədəd KTM quraşdırılaraq istifadəyə verilib. Rayonun bütün kəndlərində çətin relyef və məsafə uzaqlığına baxmayaraq təmir-bərpa işləri aparılaraq abonentlərin etibarlı elektrik enerji təminatı yaradılıb. Hazırda rayonun Ostayır və Dəlləkli kəndlərində son tamamlama işləri aparılır. Yardımlı şəhərində və Ostayır kəndlərində 486 abonent yeni SMART tipli sayğaclarla təmin edilib. Qarşıdan gələn qış fəslini nəzərə alaraq rayonun bütün kəndlərində yoxlama-sınaq işləri də həyata keçirilir. Hazırda Lerik və Yardımlı rayonlarında 0,4 kV-luq elektrik şəbəkələrinin ÖİN kabellərlə əvəzlənməsi işləri davam etdirilir, yeni avadanlıqlar (dayaqlar,SİP kabellər,KTM-lər və s.) quraşdırılır, sayğaclar dəyişdirilir
Tural




 
Bölməyə aid digər xəbərlər
18.10.2018
Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzi fermerlərə xidmət göstərməyə başlayıb
18.10.2018
İlin sonunadək İmişli və Şəkidə “ABAD”ın regional mərkəzləri açılacaq
18.10.2018
Abşeron rayonunda 24 investisiya layihəsinə 17 milyon 896 min manat güzəştli kredit verilib
18.10.2018
Neft Fondu Yaxın Şərq ölkələrinin buraxdığı qiymətli kağızlara investisiyalar edib
18.10.2018
Doqquz ayda ictimai iaşə dövriyyəsi 6 faiz artıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10269

1 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
2 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
3 Dadaizm və Sürrealizm cərəyanının görkəmli nümayəndəsi
4 Vətən uzaqda deyil
5 Tovuzda insanların poeziyaya olan məhəbbəti tükənməzdir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info